• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Cəlil Məmmədquluzadə,
    102A, City Point

Xidmətlərimiz

Xidmətlərimiz

Təlim

Təlim

Müasir dövrdə biznesin fəaliyyətinə təsir göstərən daxili və xarici mühit dinamik və rəqabətcil struktura malikdir. Bu səbəbdən müəssisələr uzun müddət ayaqda qala bilmək, rəqabət qabiliyyətini qoruyub saxlamaq, qarşıya qoyulmuş hədəflərə istiqamətlənərək fəaliyyətini davam etdirmək məqsədilə ətraf mühitə uyğunlaşmalıdır. Günümüzün iş dünyası şirkətləri yaradıcılığa, məsələlərə daha innovativ yanaşmağa, yeniliyə qarşı elastik olmağa sövq edir. Müəssisələr qoyulan tələbləri yerinə yetirmək məqsədilə idarəetmə fəlsəfəsi, təşkilati mədəniyyət, kadr siyasəti kimi köklü məsələlərdə yeni yanaşmaları nəzərə alaraq müəyyən dəyişikliklər etməli olur. Kadrlar onlara verilən təlimlərin nəticəsində işin tələblərinə uyğun keyfiyyətlərə sahib olduqları zaman iş performanslarını artıraraq qısa zaman ərzində yüksək məhsuldarlıq əldə edirlər.

Təlim və inkişaf siyasətimizin əsas məqsədi Şirkətlərin strateji hədəflərinə çatdıracaq yollarda təlimə olan ehtiyacları müəyyənləşdirərək, onların biliklərinin sistemli şəkildə yenilənməsini və fəaliyyət istiqamətlərinə uyğun praktiki səriştələri əldə etmələrini təmin etməkdir.

Tәlim xidmәtlәrimiz biznesin təkmilləşdirilməsi üçün zәruri istiqamәtlәrdә tәtbiqi sәriştәlәrin aşılanmasına yönәlmiş tәdris proqramına әsasәn hәyata keçirilir. 

Təsisçi və Direktor
Rəşad İbrahimov