Özünü layihə meneceri kimi görən hər bir şəxs üçün:
Rəşad İbrahimov – peşəkər layihə rəhbəri, layihələrin idarə olunması üzrə konsultant, bu sahədə olan beynəlxalq sertifikatlar və ümumrusiya yarışmasının finalçısıdır. Ölkəmizdə layihələrin idarə olunması sahəsində ilk və yeganə peşəkar, PMO.az internet səhifənin qurucusudur.
ƏtraflıPMO.az Layihə düşüncə məktəbinin yaradıcısı Rəşad İbrahimov artıq 20 ilə yaxındır ki, müxtəlif növ layihələrdə çalışır və rəhbərlik edir.Bunlardan MBA, IPMA-B, PMO-CP, CPS və s. xüsusi yer tutur. Qeyd etmək istərdik ki, 2019-cu ildən"PMO Global Awards" dünya yarışmasının münsiflər komitəsinin üzvü, «Проектный Руководитель-2019» ümumrusiya yarışmasının yüksək göstəricilərlə finalçısıdır, Rusiya Federasiyasının yüksək kvalifikasiyalı layihə rəhbərləri siyahısındadır, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarda mentor, təlimçi, PM kouçdur.
QeydiyyatPMO.az platformasında IPMA ICB4 sertifikatlaşdırma imtahanına hazırlıq üçün seçdiyiniz təlimin növündən asılı olmayaraq bu üstünlüklərdən faydalana bilərsiniz:
IPMA – Layihələrin İdarə olunması üzrə Beynəlxalq Assosiasiya (International Project Management Association) 1965-ci ildə İsveçrədə yaradılmış və öz ətrafında layihə idarə olunması peşəkarlarını toplamış assosiasiyadır. IPMA özünün 4 dərəcəli (4LC) sertifikatlaşdırma sxemini qurmuşdur. Bu sertifikatlar dünyanın 80 ölkəsində tanınır və daha çox ölkələrdə Standartları keçərlidir.
Tələblər: Strateji əhəmiyyət daşıyan portfel və/və ya proqram idarəetməsi sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən, mürəkkəb portfel və ya proqram idarəçiliyi üzrə məsuliyyətli rəhbər vəzifələrdə 3 il və layihələrin idarəedilməsi üzrə 2 il iş stajı.
Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏR DİREKTORU funksiyasınıicra edir. Layihələr direktoru layihə idarəçiliyi sahəsində çalısan mütəxəssislərin köməyi ilə, digər layihələrinrəhbərlərinə (menecerlərinə) rəhbərliyi həyata keçirməklə portfel və proqramları idarə etməyi bacarmalıdır:
Tələblər: Layihələrin idarə edilməsi sahəsi üzrə ən azı 5 il iş təcrübəsi, o cümlədən, mürəkkəb layihələrdəməsuliyyətli rəhbər vəzifələrdə 3 il iş stajı.
Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında APARICI LAYİHƏ MENECERİ funksiyasını icra edir. Aparıcı layihə meneceri layihələrin idarə edilməsi şöbəsinin əməkdaşlarının köməyi ilə, birneçə təşkilatın mürəkkəb layihələri üzərində işləyən əməkdaşlarına rəhbərlik etməyi bacarmalıdır.
Tələblər: Məhdud mürəkkəb layihələrin məsuliyyətli rəhbər vəzifələrində layihə idarə edilməsi üzrə ən azı 3 il iştəcrübəsi.
Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏ MENECERİ funksiyasını icraedir. Layihə meneceri məhdud mürəkkəb layihəni və ya onun bir hissəsini aparmağı, və ya müxtəlif təşkilatlarınməhdud mürəkkəb layihə və ya onun bir hissəsi üzərində işləyən əməkdaşlarına (müştəri və podratçılar da daxil olmaqla) rəhbərlik etməyi bacarmalıdır.
Tələblər: Layihə idarəçiliyi üzrə iş təcrübəsi vacib deyildir. Lakin, namizədin öz biliklərini hər hansı bir səviyyədətəcrübədə tətbiq etməsi üstünlük gətirə bilər.
Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ ÜZRƏ SERTİFİKATLAŞDIRILMIŞ MÜTƏXƏSSİS funksiyasını icra edir. Layihə idarə edilməsi üzrə mütəxəssislayihə idarəçiliyi sahəsində biliklər tətbiq etmək qabiliyyətinə malikdir və layihədə komandanın bir üzvü kimi işəcəlb oluna bilər, lakin onun ümumi bilikləri daha mürəkkəb tapşırıqların icrası üçün kifayət deyildir. Layihəidarəçiliyi üzrə mütəxəssis adətən kollektiv çərçivəsində tapşırıqların icrası üzərində işləyir.
PMO.az Layihə düşüncə məktəbi layihə idearəedilməsinə dair bütün nöqtələri özündə birləşdirən platformadır.
Təlim, sertifikatlaşdırma və layihənin idarə edilməsinin həyata keçirilməsi.
IPMA (AzPMA) Beynəlxalq Peşəkar Akkreditasiya keçmiş ilk şirkəti.
Ətraflı https://pmo.az/ISO 9001 Beynəlxalq Keyfiyyət Standartına əsasında şirkətinizdə layihələrinizin idarə olunması yanaşmasının tətbiqi və əməkdaşlarınızı ISO 21500 üzrə sertifikatlaşması
PMO Value Ring Metodologiyası və Klassik yanaşma əsasında Layihələrin İdarə Olunması ofisinizin (PMO) qurulması
Layihələrin idarə olunması sahəsində AZS ISO 21500:2022 və AZS ISO 21502:2021 dövlət standartlarının ekspertizasının aparılmasında və təqdim edilmiş standart layihələri təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilməsində rolumuz əvəz olunmazdır.
Təqdimatı yükləQeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə əlaqə saxlayaraq sizi maraqlandıran bütün sualların cavabını versin.
Copyright © 2022-2023 PMO.az