Bu kurs kimlər üçündür?


Özünü layihə meneceri kimi görən hər bir şəxs üçün:

  • Layihə idarəedilməsi istiqamətində karyera qurmaq istəyənlər. (İş təcrübəsi olmayanlar)
  • Layihə meneceri kimi çalışıb artıq beynəlxalq sertifikat almaq istəyənlər
  • Layihə idarəedilməsi üzrə IPMA sertifikatının dərəcəsini yüksəltmək istəyənlər
  • İmtahanı Azərbaycan dilində verərək Beynəlxalq dərəcəli sertifikasiya əldə etmək istəyənlər
alternative
Rəşad İbrahimov

Təlimin rəhbəri


Rəşad İbrahimov – peşəkər layihə rəhbəri, layihələrin idarə olunması üzrə konsultant, bu sahədə olan beynəlxalq sertifikatlar və ümumrusiya yarışmasının finalçısıdır. Ölkəmizdə layihələrin idarə olunması sahəsində ilk və yeganə peşəkar, PMO.az internet səhifənin qurucusudur.

Ətraflı

Bizim təlimin üstünlükləri


PMO.az platformasında IPMA ICB4 sertifikatlaşdırma imtahanına hazırlıq üçün seçdiyiniz təlimin növündən asılı olmayaraq bu üstünlüklərdən faydalana bilərsiniz:

  • Təlimlər, təqdim olunan material, imtahan – Azərbaycan dilində!
  • Tez bir müddətdə imtahana hazır olmaq fürsəti.
  • İmtahana sənədlərin toplanılması və hesabatların hazırlanmasında dəstək.
  • Bizim təlimi bitirənlərə imtahana giriş qiymətinə endirim əldə edəcəksiniz
alternative

Özünə uyğun proqramı seç


Əyani təlim
  • Ənənəvi dərslər
  • 8 görüş - 28 ak. saat
  • İmtahana hazırlığa tam dəstək

800

Ətraflı
Hibrid təlim
  • Onlayn/oflayn dərslər
  • 12 görüş - 36 ak. saat
  • İmtahana hazırlığa tam dəstək

600

Ətraflı
Video kurs
  • 32+ video-təlim
  • Sərbəst qrafik
  • Təlimçi ilə konsultasiya imkanı

200

Ətraflı
  • 2 və daha çox əməkdaşını təlimlərə cəlb edən korporativ müştərilərə təlimlərin qiymətinə 10% endirim tətbiq olunacaqdır
  • PMO.az platformasının istifadəçilərinə endirim nəzərdə tutulmuşdur
  • İştrakçıların IPMA ICB4 dərəcəsinə uyğun imtahan qiyməti proqrama daxil deyil

IPMA ICB4 sertifikatı nədir?


IPMA – Layihələrin İdarə olunması üzrə Beynəlxalq Assosiasiya (International Project Management Association) 1965-ci ildə İsveçrədə yaradılmış və öz ətrafında layihə idarə olunması peşəkarlarını toplamış assosiasiyadır. IPMA özünün 4 dərəcəli (4LC) sertifikatlaşdırma sxemini qurmuşdur. Bu sertifikatlar dünyanın 80 ölkəsində tanınır və daha çox ölkələrdə Standartları keçərlidir.

  • A

    Sertifikatlaşdırılmış Layihələr Direktoru – IPMA A dərəcəsi

    Tələblər: Strateji əhəmiyyət daşıyan portfel və/və ya proqram idarəetməsi sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən, mürəkkəb portfel və ya proqram idarəçiliyi üzrə məsuliyyətli rəhbər vəzifələrdə 3 il və layihələrin idarəedilməsi üzrə 2 il iş stajı.

    Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏR DİREKTORU funksiyasınıicra edir. Layihələr direktoru layihə idarəçiliyi sahəsində çalısan mütəxəssislərin köməyi ilə, digər layihələrinrəhbərlərinə (menecerlərinə) rəhbərliyi həyata keçirməklə portfel və proqramları idarə etməyi bacarmalıdır:

  • B

    Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri – IPMA B dərəcəsi

    Tələblər: Layihələrin idarə edilməsi sahəsi üzrə ən azı 5 il iş təcrübəsi, o cümlədən, mürəkkəb layihələrdəməsuliyyətli rəhbər vəzifələrdə 3 il iş stajı.

    Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında APARICI LAYİHƏ MENECERİ funksiyasını icra edir. Aparıcı layihə meneceri layihələrin idarə edilməsi şöbəsinin əməkdaşlarının köməyi ilə, birneçə təşkilatın mürəkkəb layihələri üzərində işləyən əməkdaşlarına rəhbərlik etməyi bacarmalıdır.

  • C

    Sertifikatlaşdırılmış Layihə Meneceri – IPMA C dərəcəsi

    Tələblər: Məhdud mürəkkəb layihələrin məsuliyyətli rəhbər vəzifələrində layihə idarə edilməsi üzrə ən azı 3 il iştəcrübəsi.

    Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏ MENECERİ funksiyasını icraedir. Layihə meneceri məhdud mürəkkəb layihəni və ya onun bir hissəsini aparmağı, və ya müxtəlif təşkilatlarınməhdud mürəkkəb layihə və ya onun bir hissəsi üzərində işləyən əməkdaşlarına (müştəri və podratçılar da daxil olmaqla) rəhbərlik etməyi bacarmalıdır.

  • D

    Sertifikatlaşdırılmış Layihə Mütəxəssisi – IPMA D dərəcəsi

    Tələblər: Layihə idarəçiliyi üzrə iş təcrübəsi vacib deyildir. Lakin, namizədin öz biliklərini hər hansı bir səviyyədətəcrübədə tətbiq etməsi üstünlük gətirə bilər.

    Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ ÜZRƏ SERTİFİKATLAŞDIRILMIŞ MÜTƏXƏSSİS funksiyasını icra edir. Layihə idarə edilməsi üzrə mütəxəssislayihə idarəçiliyi sahəsində biliklər tətbiq etmək qabiliyyətinə malikdir və layihədə komandanın bir üzvü kimi işəcəlb oluna bilər, lakin onun ümumi bilikləri daha mürəkkəb tapşırıqların icrası üçün kifayət deyildir. Layihəidarəçiliyi üzrə mütəxəssis adətən kollektiv çərçivəsində tapşırıqların icrası üzərində işləyir.

Ətraflı məlumat almaq, suallarınızı cavablandırmaq üçün bizə yazın, menecerlərimiz sizinlə əlaqə saxlasınlar

Qeydiyyat

IPMA ICB4 sertifikatının faydaları


 

Sübhan Qaragözov foto

Rəşad müəllim dəyərli mütəxəssisdir

Karyera peşəkarlığı ilə yanaşı eyni zamanda səmimi, pozitiv, gülərüz və mehriban olması ona təbii ki əlavə üstünlüklər qazandırır. Təlim ərzində bütün komanda olaraq xeyli nəzəri və praktiki biliklərə yiyələndik, bu istiqamətdə hansı yolla və necə irəliləyəcəyimizi dəqiqləşdirdik, xeyli tədris materialı əldə etdik. Təşəkkürlər Rəşad müəllim!

Sübhan Qaragözov
IPMA B dərəcəsi

Smart Systems Technology LTD
Director Project Management

Məmməd Rzayev foto

Təbriklər, Rəşad bəy!

Layihə idarə etməsi təliminizə bir layihə kimi yanaşsaq, siz bu layihəni çox uğurla bitirdiniz. Bütün kompetensiyalarınızdan maksimum istifadə edərək öhdəsindən gəldiniz. Bu sahədə olan savadınız və təcrübənizlə yanaşı təlim keçmək bacarığınız, metodunuz Sizin peşəkarlığınızın, işinizi nə qədər sevdiyinizin göstəricisidir.

Məmməd Rzayev
IPMA B dərəcəsi

Azərbaycan Dəmir Yolları Gürcüstan filialı
Aparıcı Layihə rəhbəri

alternative

Təlimdə biliklərimi daha da dərinləşdirdim

Rəşad bəyin mentorluq etdiyi "Layihə Menecmenti üzrə Beynəlxalq Serifikasiya" təlimində layihə menecmenti üzrə biliklərimi daha da dərinləşdirdim və böyük təcrübəsindən yararlanma imkanım oldu. Pozitiv təbiəti və pedaqogikası sayəsindən işdən sonra keçirilən bu təlimlərdə bir dəqiqə belə yorğun hiss etdiyimin fərqinə varmadım. Daha böyük addımlar atarkən dəstəyini və təcrübəsini əsirgəməyəcəyindən əminəm.

Pərvin Yusifov
IPMA C dərəcəsi

Foxstone
Quality Assurance Engineer

Haqqımızda


PMO.az Layihə düşüncə məktəbi layihə idearəedilməsinə dair bütün nöqtələri özündə birləşdirən platformadır.

Təlim, sertifikatlaşdırma və layihənin idarə edilməsinin həyata keçirilməsi.

IPMA (AzPMA) Beynəlxalq Peşəkar Akkreditasiya keçmiş ilk şirkəti.

Ətraflı
alternative

Qeydiyyat

Qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə əlaqə saxlayaraq sizi maraqlandıran bütün sualların cavabını versin.