Xaricdə karyerada beynəlxalq sertifikasiyanın əhəmiyyəti
Beynəlxalq karyera arzusunda olan hər bir şəxs üçün maraqlı olan mövzulardan biri də uğurlu və yüksək maaşlı karyera üçün hansı addımların atılması mövzusudur. İş bacarıqlarınızın yüksək olması ilə yanaşı onun beynəlxalq standartlara uyğun olması, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sertifikasiyadan keçməniz sizi digər namizədlərdən 10 addım irəliyə atır. Mövzunun aktuallağını nəzərə alaraq hər bir Azərbaycan gəncinə faydalı olan bir vebinar planlamışıq. Hər bir kəsin faydalanması üçün də bunu tamamilə ödənişsiz etmişik. PMO.az davam etdirdiyi - gənclərimizin Layihələrin idarə edilməsi mövzusunda maarifləndirilməsi missiyasına sadiq qalaraq növbəti görüşümüzə hər kəsi dəvət edirik!
Rəşad İbrahimov
Beynəlxalq layihələrə rəhbərlik etmiş, neft, bank, IT və s. kimi sahələrdə çalışmış, beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüş, Azərbaycanda layihə menecerləri üçün ilk hər kəsə açıq portalın müəllifi və nəhayət PMO.az Layihə Düşüncə Məktəbinin yaradıcısı.
Kamilə Fətullayeva
8 ildən çox xaricdə təhsil sualları ilə məşğul olan Fətullayeva Kamilə, hazırda Educated Future Xaricdə Təhsil şirkətinin təsisçisi kimi fəaliyyət göstərir. Dünyanın bir çox ölkəsində – Böyük Britaniya, ABŞ, Kanada, Avstaliya, Yeni Zelandiya, İspaniya, İsveçrə, İrlandiya, Hollandiya və s. qabaqcıl universitetlərinə sənədləşmə işləri, visa dəstəyi, təhsil proqramları üzrə məsləhətlər verir.