Məsləhət xidmətləri
Hər hansı bir fərdi sahibkar, şirkət rəhbərliyi və idarəetmə heyəti biznesin fəaliyyəti zamanı yaranan bütün suallara hər zaman müstəqil və düzgün cavab tapa bilmir. Peşəkar məsləhətlər rəhbərliyə istehsalın səmərəliliyini və xidmətlərin keyfiyyətini yüksəltməyə, biznes fəaliyyətini daha da genişləndirməyə, biznesi yeni səviyyəyə gətirməyə, durğunluq və böhranla mübarizə aparmağa, biznesə yeni gözlə baxmağa və s. kömək edir.
Biz bizneslərinin optimallaşdırılmasında maraqlı olan şirkətlərə onların fəaliyyətlərinin bütün mərhələlərində yüksək peşəkarlıqla məsləhət (konsaltinq) xidmətlərini təklif edirik. Məsləhət xidmətləri biznes fəaliyyətlərinin təhlili, inkişaf perspektivlərinin əsası, fəaliyyət sahələri və bizneslərinin xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi innovasiyaların tətbiqindən ibarətdir. Bizim məsləhət yönümümüz kifayət qədər genişdir.
Məsləhət xidmətləri həm biznesin inkişafı, həmdə müxtəlif istiqamətlərdə sahibkarların fəaliyyəti zamanı yarana biləcək istiqamətlərdə təşkil olunacaq sessiyalar vasitəsilə həyata keçirilir. Burada, məsələn, kənd təsərrüfatı sahəsində meyvəçilik, bitkiçilik, toxumçuluq üzrə aqronom, biotexnik və qida mühəndislərinin cəlb olunması ilə sahələrdə təşkil edilir. Yeni brendin yaradılması zamanı marketinq, brendinq, satış və korparativ hüquq üzrə məsləhət xidmətləri təşkli olunaraq biznesin yaradılmasına dəstək göstərilir.