Project Management Office
Haqqımızda
PMO.az - Azərbaycanın layihə düşüncəsi missioneri!
Zamanın tələbindən irəli gələrək "Project Management Office Azerbaijan" komandası olaraq fəaliyyətə başladıq. Ətrafımızda layihə peşəkarlarını toplamağı bacardıq və layihələrin idarə olunmasında beynəlxalq təcrübəni gənclərimizə əl çatan etdik.
Ofisimiz peşəkar biliyinin genişləndirilməsini arzulayan, fikir mübadiləsi aparmağı sevən, əlaqələrin artırılmasını istəyən, konsultasiya və təlimlər vasitəsilə biliklərini paylaşmağı bacaranları ətrafında birləşdirir. Bununla da Layihələrin İdarə olunmasının geniş təbliğatını aparırıq.
"NASA-nın layihə rəhbərinin 100 qaydası"-nda bildirilir ki, layihənin uğurlu olmasının əsası layihənin əvvəlində qoyulur. Layihələrin idarə olunması tədbiqi, layihə yönümlü düşünmə artıq zamanın tələbidir.
Komandamız bununla yanaşı videokurslar platforması və təlimlər də təqdim edir. Proqramın özəlliyi ondadır ki, bu, tək nəzəriyyə deyil, təlimdə praktiki alətlər istifadəsilə, həqiqətən layihənin necə idarə olunması göstərilir. Bunun üçün addım-addım izah verilərək komandalar ilə şirkətin fərdi proqramını hazırlanır. Müassir texnologiyaların tədbiqilə isə, oxumaqla yanaşı video dinləmə və real layihə şablonlarından faydalanmağa imkan yaradılır. Şirkət daxili uzun müddətli fayda əldə olunur.
Layihələrinizin effektivliyinə optimizasiya və sistemliklə çatırıq!
Təsisçi və Direktor
Rəşad İbrahimov
Məqsədimiz
Project Management Office (PMO) ayrıca bir idarəetmə sahəsi olaraq, populyarlıq qazanmağa davam edir. Layihə ofisinin yaradılmasının əsas məqsədi - layihə idarəetmə metodları, prosesləri və qaydalarının standartlaşdırılmasından faydalanmaqdır. Bu sadə formulasiyanın arxasında potensial olaraq əldə edilə bilən kifayət qədər böyük iş həcmi var. PMO olaraq əsas məqsədimiz Azərbaycanda Beynəlxalq təcrübəni geniş yayılmasına töhvə vermək və bu idarəetmə yanaşmasından faydalanmaq istəyənlərə dəstək olmaqdır.
Missiyamız
Bizim missiyamız tərəfdaşlıq prinsiplərinə əsaslanır. Təhlil edirik, tanıyırıq və sonra hərəkət edirik. Mövcud inanclara meydan oxuyan və lazım olan dəyişiklikləri həyata keçirə biləcək insanları bir araya gətiririk. Müştərilərə düzgün səlahiyyətləri inkişaf etdirməyə və uzunmüddətli faydalar əldə etməyə kömək edirik və gələcəyi formalaşdırırıq. Anti-krizis və dəyişiklərin idarə edilməsində biz sizlərləyik.
Layihələrinizin effektivliyinə optimizasiya və sistemliklə çatırıq!
Fəaliyyətimiz
Fəaliyyət İstiqamətləri
Xidmətlərimiz və üstünlüklərimiz
Bizimlə iş birliyində olan hər kəs PMO.az-ın özəl üstünlüklərindən yararlanır.
Layihələlərin hər mərhələsinin təlimi
Beynəlxalq standarlara uyğun keçirilən təlimlərə qatılmaqla siz effektiv və işinizdə faydalı ola biləcək biliklər əldə edəcəksiniz. Peşəkarlarla başlayın.
Kompetensiyalarını təkmilləşdir
Daim təkmilləşən proqramlarımıza qatılmaqla fərdi inkişaf, motivasiya, idarəetmə və s. bacarıqlarınızı artırın.
Birgə layihələr idarə et
PMO.az-ın qatıldığı layihələrin bir hissəsi olun. Maraqlı və dəyərli layihələrdə peşəkar komanda işlərindən faydalanın.
Bilik mübadiləsinə qatıl
PMO.az platformasının peşəkarların görüşlərinə qatılmaqla bilik mübadiləsi aparın və suallarınıza profesionallardan cavab alın.
İntensiv netvorkinqdən faydalan
Bizimlə birgə hədəflərinizə daha yaxınlaşırsınız və effektiv əlaqələr qurub imkanlardan faydalanırsınız. Biznesinizə dəyər qatırsınız.
Layihələr və onların auditi
Layihə başlamaq istəyirsiniz? Bağlanmış layihələrinizin auditi necə? O zaman PMO.az ilə birgə başlayın.
Bizimlə Siz dəyişikləri effektiv idarə edəcəksiniz. Rəqəmsal transformasiya, elektron dövriyələr və təşkilati dəyişiliklərin güclü komanda ilə başlayın.
MÜRACİӘT FORMASI