Qeydiyyatdan Keçin
1. Ümumi müddəalar
1.1. İstənilən fiziki və hüquqi şəxsə (bundan sonra — Sifarişçi) ünvanlanmış bu sənəd “lms.pmo.az” və “pmo.az” Platformasının (bundan sonra — Platforma) rəsmi təklifidir və predmeti bu ofertanın 2.1-ci bəndində müəyyən edilmiş təlim və köməkçi xidmətlərinin göstərilməsinin bütün mühüm şərtlərini ehtiva edir.
1.2. Azərbaycan Respublikası Mülki məcəlləsinin 408-ci maddəsinə uyğun olaraq bu sənəd public oferta sayılır. Xidmətlərin sifarişi onun akseptidir ki, bu da müqavilədə göstərilən şərtlərlə müqavilənin bağlanmasına bərabər sayılır. Oferta Platformain İnternet şəbəkəsində https://PMO.az və https://lms.PMO.az saytlarında yerləşdirilib.
1.3. Bu publik ofertanın şərtlərini qəbul edərək Sifarişçi həmçinin https://PMO.az və https://lms.PMO.az ünvanlar üzrə yerləşdirilmiş konfidensial məlumatların emalı ilə bağlı Platformanin şərtləri ilə razılaşır.
1.4. Sifarişçi bu ofertanın mətni ilə diqqətlə tanış olmalıdır. Sifarişçi onun hər hansı şərtləri ilə razı olmadıqda, ona Platforma xidmətlərindən imtina etmək təklif olunur. Sifarişçidə xidmətlərin xüsusiyyətləri ilə bağlı suallar yarandıqda, o, sifariş verməzdən əvvəl Platformanin mütəxəssisinə konsultasiya üçün müraciət etməlidir, və ya imtina etməsi barədə info@pmo.az mail göndərməlidir.
1.5. Bu ofertanın şərtlərinin yerinə yetirilməsi məqsədi ilə istifadə olunan anlayışlar:
1.5.1. Xidmətlər – Platforma tərəfindən təqdim olunan və həyata keçirilən xidmətlər.
1.5.2. Məhsul – platformada yerləşdirilən və təqdim edilən məhsul.
1.5.3. Platformanin istifadəçisi – Xidmətləri istifadə edən şəxs.
1.5.4. Şəxsi kabinet – Platformada olan xidmətlərdən fərdi qaydada istifadə etmək üçün Sifarişçinin qeydiyatdan keçdikdən sonra yaradılmış məkandır. Şəxsi kabinetin qeydiyyatı üçün ən azı Sifarişçinin adı, mail (elektron poçt) və telefon nömrəsi barədə məlumatın verilməsi zəruridir.
1.5.5. Şəxsi kabinetdə olan məhsullar/xidmətlər – platformada yerləşdirilmiş məhsullara edilmiş ödənişin əvəzinə istifadə hüququ verilmiş məhsullar/xidmətlər.
1.5.6. Sifarişçi – Platforma vasitəsilə məhsullar/xidmətlərdən faydalanan şəxsdir.
2. Ofertanın predmeti
2.1. Bu ofertanın predmeti təklifin şərtlərinə və Podratçının xidmətlərinin cari qiymət siyahısına uyğun olaraq Sifarişçiyə xidmətlərin platforma üzərindən göstərilməsidir. Platforma istənilən vaxt https://PMO.az və https://lms.PMO.az internet resurs ünvanında yenisini yerləşdirməklə Qiymət Siyahısını dəyişdirmək hüququna malikdir. Platforma, dəyişdirilmiş şərtlərin https://PMO.az və https://lms.PMO.az resursunda ən azı 1 (bir) gün öncə dərc edilməsini təmin etməklə, Sifarişçi ilə əvvəlcədən razılaşmadan istənilən vaxt bu açıq ofertanın şərtlərini birtərəfli qaydada dəyişdirmək hüququna malikdir.
2.2. Bu ofertanın şərtlərinin Sifarişçi tərəfindən qəbulu şəxsi kabinetdən istifadəyə başladığı andan sayılır və rəsmi müraciətinə cavab aldıqdan sonra dəyişdirilə bilinər.
2.3 Sifarişçi Sifarişin yerləşdirilməsi zamanı təqdim edilmiş məlumatın məzmununa və düzgünlüyünə görə məsuliyyət daşıyır.
2.4. Sifariş verildikdən sonra Sifarişçi və ona lazım olan xidmətlərin xarakteri barədə məlumatlar dəyişə və onun razılığı olmadan redaktə edilə bilinər.
2.5. Platforma Sifarişə girişini təmin edir, Sifarişçi öz seçimi barədə Platformaya bildirir. Platforma yalnız sifarişə uyğun seçilmiş və ödənilmiş xidmətə girişin verilməsinə zəmanət verir, xidmətin göstərilməsi üçün ödənişsiz xidmətlərdə istisna edilmir.
2.6. Platforma tərəfindən Xidmətin yerinə yetirilməsi üçün lazım olan bütün məlumatları göstərməklə, təqdim olunan Xidmətin qaydası və xüsusiyyətləri barədə platforma vasitəsilə Sifarişçini məlumatlandırır.
2.7. Platforma Xidmətlərin göstərilməsi üçün ilkin sifarişləri qəbul edə bilər.
2.8. Platforma bu ofertanın şərtləri ilə razılaşmadığını ifadə edən Sifarişçiyə imtinanın səbəblərini izah etmədən xidmət göstərməkdən imtina etmək hüququnu özündə saxlayır.
2.9. Platformanin fəaliyyətinə daxili nəzarət məqsədi ilə Sifarişçi ilə Platforma arasında mail yazışmaları qeydə alınır.
2.10 Təqdim olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin Sifarişçi ilə platforma arasında operativ qarşılıqlı əlaqənin təmin edilməsi məqsədi ilə Sifarişçi Platformanı elektron əks-əlaqə xidmətindən istifadə etməklə və ya Platformanın olduğu yer üzrə yazılı şəkildə Sifarişçinin hüquqlarının Xidmətlərin göstərilməsi zamanı pozulduğu hallar barədə məlumatlandıra bilər. Bu halda Platforma Sifarişçidən daxil olmuş pretenziya barədə məlumat verir, Sifarişçinin əlaqə telefon nömrəsini, həmçinin pretenziyanın məzmununu bildirir. Bu bəndin məzmunu Platformain təbii və ya pul formasında zərərin əvəzinin ödənilməsinə, kompensasiyaların ödənilməsinə və/və ya Platformanın bu ofertada nəzərdə tutulmayan digər vəzifələri öz üzərinə götürməsinə dair hər hansı öhdəliyi qəbul etməsi kimi göstərilmir və qiymətləndirilə bilməz.
2.11. Sifarişçinin şəxsi məlumatlarının toplanması və emalı zamanı Platforma “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanununun müddəalarını, həmçinin konfidensial məlumatların emalı ilə bağlı Platformain Siyasətini rəhbər tutur.
3. Tərəflərin Vəzifələri
3.1. Sifarişi qəbul etmək, Sifarişə çıxışı təmin etmək və Sifarişçini Sifarişin yerinə yetirilməsi haqqında məlumatlandırmaq.
3.2. Xidmətin göstərilməsində məcburi gecikmə halları barədə Sifarişçini məlumatlandırmaq.
3.3. Xidmətin göstərilməsinin mümkünsüzlüyü halları barədə Sifarişçini məlumatlandırmaq.
3.4. Sifarişçinin ödənişlərini qəbul etmək.
3.5. İstifadəçi Platformada qeydiyyatdan keçdiyi andan etibarən bu müqavilə qüvvəyə minir və hər iki tərəf üçün məcburi hüquqi qüvvə daşıyır. Xidmətlərdən istifadə etmək üçün qeydiyyatdan keçən andan etibarən müqavilə bağlamağa razılıq verirsiniz. Şərtlər sizə uyğun deyilsə, qeydiyyatdan keçməyin və xidmətlərdən istifadə etməyin.
3.6. Platformada olan ödənişsiz və ödənişli xidmətlərdən faydalanmaq.
3.7. Sifarişçinin təqsiri üzündən xidmət göstərilmədikdə (platformada olan xidmətə qoşulmadan), Platforma bu xidmətin ilkin təşkili üçün çəkdiyi xərclər (məhsulun və xidmətin hazırlanma, platforma xərcləri, bank xidməti xərcləri və digər) çıxılmaqla qalıq ödəniş Sifarişçiyə qaytarıla və ya əvəzləşə bilinər.
3.8. Sifarişçi Platforamın təqdim etdiyi bank hesabına mövcud texnologiyalar vasitəsilə pul köçürür və xitməti alır.
3.9. Sifarişçi xidmətlərin göstərildiyi tarixdən bir iş günü ərzində icraçının ünvanına xidməti qəbul etməkdən əsaslandırılmış imtina məktubu göndərməzsə, xidmətlər düzgün və tam həcmdə təqdim edilmiş sayılır.
4. Tərəflərin Məsuliyyəti
4.1. Tərəflər öhdəliklərinin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
4.2. Platforma bu təklifin 2.1-ci bəndində göstərilən xidmətlərin göstərilməsi zamanı Platformaya aid olmayan proqram təminatı və ya avadanlıqların nasazlığı zamanı yaranan fasilələrə görə məsuliyyət daşımır.
4.3. Platforma bu təklifin 2.1-ci bəndində göstərilən xidmətlərin göstərilməsində avadanlığın, proqram təminatının dəyişdirilməsi və ya Platformain texniki vasitələrinin iş qabiliyyətinin saxlanması və inkişaf etdirilməsi zərurəti ilə bağlı yaranan digər işlərlə bağlı tam və ya qismən fasilələrə görə məsuliyyət daşımır.
4.4. Platforma tərəfindən göstərilən Xidmətlərdən istifadə nəticəsində Müştərinin çəkdiyi birbaşa itkilərə, itirilmiş mənfəətə görə məsuliyyət daşımır.
4.5. Platforma öhdəliklərini yerinə yetirməməsinə görə məsuliyyət daşımır.
4.6. Xidmət 3-cü şəxslərə aid olan xəritələrdə hər hansı coğrafi obyektin təsvirinə, habelə təsvirin düzgünlüyünə və etibarlılığına görə heç bir məsuliyyət daşımır.
4.7. Sifarişçi tərəfindən qoşulduğu andan əldə edilən bütün məlumatların, materialların, tədris və test məhsullarının yayınmasına məsuliyyət daşıyır.
5. Mübahisələrin həlli qaydası
5.1. Bu ofertanın icrası ilə bağlı mübahisələri və fikir ayrılıqlarını Tərəflər danışıqlar yolu ilə həll edəcəklər.
5.2. Mübahisələrin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll edilməlidir.
6. Xüsusi şərtlər
6.1. Bu redaksiyadakı ofertanın şərtləri ilə razılaşaraq, Sifarişçi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq belə razılığın alınması tələb olunduğu hallarda onun şəxsi məlumatlarının emalına razılığını bildirir, həmçinin informasiya mesajlarını, o cümlədən reklam məlumatlarını, o cümlədən belə mesajların və məlumatların Viber, WhatsApp, Telegram və analoji internet messencerləri vasitəsilə kommunikasiya şəbəkələri üzərində yayılan mesajlar vasitəsilə alınmasına razılıq vermək, belə razılığa ehtiyac yarandığı məqsədlər və hallarda. Reklam haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduqda.