Xidmətlərimiz
Xidmətlərimiz
IPMA ICB4 Sertifikat imtahanı
IPMA ICB4 Sertifikat imtahanı
PMO.az 1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir
IPMA ICB4 sertifikatı nədir?
IPMA – Layihələrin İdarə olunması üzrə Beynəlxalq Assosiasiya (International Project Management Association) 1965-ci ildə İsveçrədə yaradılmış və öz ətrafında layihə idarə olunması peşəkarlarını toplamış assosiasiyadır. IPMA özünün 4 dərəcəli (4LC) sertifikatlaşdırma sxemini qurmuşdur. Bu sertifikatlar dünyanın 80 ölkəsində tanınır və daha çox ölkələrdə Standartları keçərlidir.
Sertifikatlaşdırılmış Layihələr Direktoru – IPMA A dərəcəsi
Tələblər: Strateji əhəmiyyət daşıyan portfel və/və ya proqram idarəetməsi sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən, mürəkkəb portfel və ya proqram idarəçiliyi üzrə məsuliyyətli rəhbər vəzifələrdə 3 il və layihələrin idarəedilməsi üzrə 2 il iş stajı.
Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏR DİREKTORU funksiyasınıicra edir. Layihələr direktoru layihə idarəçiliyi sahəsində çalısan mütəxəssislərin köməyi ilə, digər layihələrinrəhbərlərinə (menecerlərinə) rəhbərliyi həyata keçirməklə portfel və proqramları idarə etməyi bacarmalıdır:
Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri – IPMA B dərəcəsi
Tələblər: Layihələrin idarə edilməsi sahəsi üzrə ən azı 5 il iş təcrübəsi, o cümlədən, mürəkkəb layihələrdəməsuliyyətli rəhbər vəzifələrdə 3 il iş stajı.
Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında APARICI LAYİHƏ MENECERİ funksiyasını icra edir. Aparıcı layihə meneceri layihələrin idarə edilməsi şöbəsinin əməkdaşlarının köməyi ilə, birneçə təşkilatın mürəkkəb layihələri üzərində işləyən əməkdaşlarına rəhbərlik etməyi bacarmalıdır.
Sertifikatlaşdırılmış Layihə Meneceri – IPMA C dərəcəsi
Tələblər: Məhdud mürəkkəb layihələrin məsuliyyətli rəhbər vəzifələrində layihə idarə edilməsi üzrə ən azı 3 il iştəcrübəsi.
Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏ MENECERİ funksiyasını icraedir. Layihə meneceri məhdud mürəkkəb layihəni və ya onun bir hissəsini aparmağı, və ya müxtəlif təşkilatlarınməhdud mürəkkəb layihə və ya onun bir hissəsi üzərində işləyən əməkdaşlarına (müştəri və podratçılar da daxil olmaqla) rəhbərlik etməyi bacarmalıdır.
Sertifikatlaşdırılmış Layihə Mütəxəssisi – IPMA D dərəcəsi
Tələblər: Layihə idarəçiliyi üzrə iş təcrübəsi vacib deyildir. Lakin, namizədin öz biliklərini hər hansı bir səviyyədətəcrübədə tətbiq etməsi üstünlük gətirə bilər.
Əsas kompetensiya: Bu dərəcə üzrə mütəxəssis layihə komandasında LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ ÜZRƏ SERTİFİKATLAŞDIRILMIŞ MÜTƏXƏSSİS funksiyasını icra edir. Layihə idarə edilməsi üzrə mütəxəssislayihə idarəçiliyi sahəsində biliklər tətbiq etmək qabiliyyətinə malikdir və layihədə komandanın bir üzvü kimi işəcəlb oluna bilər, lakin onun ümumi bilikləri daha mürəkkəb tapşırıqların icrası üçün kifayət deyildir. Layihəidarəçiliyi üzrə mütəxəssis adətən kollektiv çərçivəsində tapşırıqların icrası üzərində işləyir.