• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Kitablar

Fərdi kompetensiya əsasları - Cild 1. İqbal Babayev

Layihələr, Proqramlar və Layihə Portfellərinin İdarə Edilməsi üçün fərdi kompetensiyaların əsasları Cild 1. Layihələrin idarə edilməsi - İqbal Babayev

Hazırki nəşr layihələrin, layihə rəhbərlərinin proqram və portfellərinin idarə edilməsi istiqamətində Fərdi kompetensiyaların təməlini təşkil edir (Individual Competence Baseline, ICB Version 4.0) və Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) çərçivəsində layihənin idarə olunması üzrə Azərbaycan Milli Sertifikatlaşdırma Proqramının əsas sənədidir.
Peşəkar biliklərin təməli və beynəlxalq layihələrin idarəetmə assosiasiyası – İPMA üzrə layihə rəhbərlərinin səlahiyyətlərinin qiymətləndirmə sistemi kitabda sistemləşdirilmiş şəkildə və Azərbaycana məxsus özəlliklər nəzərə alınmaqla öz əksini tapıb. Qiymətləndirmə səlahiyyətləri strukturlaşdırılmış formada üç istiqamət üzrə formalaşdırılır – insanlar, təcrübə və perspektivlər,  təqdim olunan əsas biliklər, layihə idarəetməsi proseslərinin təklif olunan mərhələləri, proqramlar və portfellər, araşdırma mövzuları, səlahiyyət mərhələlərinin qiymətləndirmə meyarları və onların digər modullarla əlaqəsi. Göz layihənin aydınlıq və vizuallıq rəmzidir. Bilik və səlahiyyətlərin qiymətləndirilməsinin sistem modeli göz şəklində formalaşdırılıb ki, bu da konkret situasiyanın qiymətləndirilməsini həyata keçirən layihə rəhbərinin layihənin bütün idarəetmə elementlərinə inteqrasiyasına səlahiyyətli baxışını özündə əks etdirir.
Kitab qiymətləndiricilər, sertifikatlaşdırma üzrə namizədlər, elmi işçilər, müəllimlər, universitet tələbələri, layihələrin idarə edilməsi üzrə aspirant və doktorantlar üçün nəzərdə tutulub. Kitab layihələr üzrə idarəetmə sahəsində təcrübələr, biznesin istənilən fəaliyyət sahəsinin inkişafı üzrə layihə və proqramlar həyata keçirən təlimçi və sahibkarlar üçün faydalı ola bilər.

Project Management
İşini, dəyərlə düzgün çalışanından, dərsini peşəkarından götür.
Təşəkkürlər! Rashad Ibrahimov professional Coach, səmimi insan.

Layihə komanda üzvü

Elgün Xəlilov

Rəşad müəllimlə ilk danışığımızda mənə bu sahənin profesional baxımdan aydınlığını verdi ve gördüm ki, bir sahənin ən gözəl tərəfi onu profesional, genişmiqyasli öyrənməkdir. Buna görə də qısa müddət ərzində pmo.az saytından əldə etdiyim "Project management" təliminə başladım. "Management sahəsi təcrübədə qazanılır" fikri ilə razı olsam da, hər zaman bilik və təcrübə birləşdikdə profesionallığın yarandığına inanıram...
Rəşad müəllimin həm profesionallığı, həm motivator olması, həm də pozitivliyi de maraqla öyrənməyə kömək oldu. Rashad Ibrahimov, bu cür detallı və faydalı təlim tərtib etdiyinizə göre minnətdaram. 

Gənc layihə rəhbəri

Günel Əliyeva

MÜRACİӘT FORMASI

Gәlin birlikdә inkişaf edәk