Xəbərlər
ARDI- Layihələrin idarə olunmasında 12 yayılmış səhv və onlardan qaçma üslubları.
Səhv №7. LAYİHƏNİN İCRA MÜDDƏTİ DÜZGÜN MÜƏYYƏN EDİLMƏYİB
Müştərinin istəklərini qısa müddətdə yerinə yetirilməsi heç də pis arzu deyil. Lakin siz bunun üçün layihənin icrasına yetərincə zaman ayırmasanız bu sifarişçinin əlavə qəzəbinə və sizin etibarınızın itməsinə səbəb olacaqdır.
Həlli: Layihənin icrası üçün düzgün seçilmiş proqram təminatı sizin iş prosesinizi asanlaşdıra bilər. Hər ehtimala qarşı əlavə vəsait və büdcə də nəzərdə saxlamağınız tövsiyyə olunur. Bu əsasən İT layihələrində gərəkdir.
Səhv №8. SİZ HEÇ BİR QÜZƏŞTLƏRƏ GETMİRSİZ
Layihənin planlarına müqəddəs kitab kimi baxmayın. Planda dəyişiklər mümkündür. Komanda üzvlərinin yeni təkliflərinə açıq olun və onları dinləyin.
Həlli: Layihəyə kənardan baxın. Hansısa bir dəyişiklərin edilməsi zərurətinə baxın. Bu o demək deyil ki, siz hər addımda dəyişiklik edəsiniz. Sadəcə layihənin dahada uğurlu olmasına səbəb ola biləcək yeniliklərə acıq olun.
Səhv №9. LAYİHƏDƏ OLAN DƏYİŞİKLƏRİ SİSTEMSİZ İZLƏNİLİR
Ara yoxlamaları həyata keçirilməsə layihənin final mərhələsinə çatması çətinləşəcək. Bununla yanaşı layihənin dəyişiklərinin müzakirələri üçün xüsusi zaman və məkan müəyyən edilməlidir.
Həlli: Layihənizin ara yoxlamaları üçün xüsusi nəzarət vərəqələri (çek listlər) hazırlamalısınız. Müəyyən edilmiş dəyişikləri detallı araşdırın – xərclər, əhəmiyyət, layihənin digər komponentlərinə təsiri. Səhvlərin müəyyən olunması üçün isə sistemi test mühitində mütləq çalışdırın.
Səhv №10. ƏMƏKDAŞLARINIZIN HƏR ADDIMINI İZLƏYİRSİNİZ.
İcraçıların nazı ilə oynamayın. Bəzi rəhbərlər düşünürlər ki, onlar bütün işçilərinin ətrafında nəzarət etməlidirlər. Başqa cür alınmayacaq.
Həlli: İşçilərinizi addım addım təqib etməkdənsə onlar üçün sistemli şəkildə gündəlik çek listə əsasən hesabat verməyə alışdırın. Bununlada komanda gündəlik effektiv işə tənzimlənəcək və nəticə yönümlü olacaq.
Səhv №11. KOMANDADA VƏZİFƏLƏRİ DÜZGÜN BÖLÜŞDÜRMƏMİSİNİZ
komanda üzvləri bir birinin işini təkrarlamamalıdır. Hər kəs sırf öz işinə fokuslanmalıdır. Bəzən olur ki, komanda üzvləri kömək üçün digər həmkarını işinə şərik çıxır. Nəticədə onlar öz işlərində yubanma edir, digər işdə isə keyfiyyətsizliyə nail olur.
Həlli: Kiminsə digər şəxsin işi ilə məşğul olmasına yol verməyin. Hər kəsin vəzifə öhdəliklərini detallı qeyd edin və vaxt aşırı onlarla müzakirələr edin. Belə bölgü plana uyğun işin təşkilinə təminat verir və iş bölgüsünü düzgün bölünməsində dəstək olur.
Səhv №12. LAYİHƏNİZİN UĞUR MEYARINI ÖLÇƏCƏK ALƏTİNİZ YOXDUR
Layihənin üzərində işləyərkən onun necə ideal olacağını düşünün və daim o ideala yaxınlaşın. Layihəniz ən iri, ən möhtəşəm və ya ən faydalı olacağını gördükdə anlayacaqsınız ki, siz hər işi düzgün etmisiniz.
Həlli: Layihə rəhbəri sifarişçi üçün olan ən vacib uğur meyarını bilməlidir. Bu layihənin yekunlaşması zamanı gərək olacaq və nəticədə komanda rahatlıqla evə buraxılacaq.
Bu 12 əsas rastlaşdığımız səhvlərdi. Əgər sizin bildiyiniz səhvlərdə varsa, buyurun paylaşın hər kəs faydalansın.
29.06.2021
Xəbərlər
Layihə İdarəetməsində Etik Dəyərlər
Layihə idarəetməsinin dinamik və mürəkkəb dünyasında etik prinsiplərə riayət etmək bir ...
Xəbərlər
Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...
Layihə idarəetməsində 80/20 qaydası (və ya Pareto prinsipi) geniş şəkildə istifadə ...