• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Layihələrin idarə olunmasında 12 yayılmış səhv və onlardan qaçma üslubları.

Çox vaxt şirkətlər sonunda heç bir şəkildə həyata keçirilə bilməyəcəyi LAYİHƏLƏRƏ çox pul və zaman sərf edirlər. Bəs niyə maraqlı layihələr əksər halda uğursuz olur? Bu yazıda, Layihələrin idarə olunmasında 12 yayılmış səhv və onlardan qaçmağı izah etməyə çalışacam.

 

Səhv №1. SİZ DÜZGÜN LAYİHƏ RƏHBƏRİNİ SEÇMƏMİSİNİZ

İş bölgüsü aparılması mərhələsində əsas diqqət layihənin rəhbərinin seçilməsinə deyil, layihənin ifaçılarını tapmağa sərf olunur. Menecer “səriştə baxımından uyğun” olan yox, “tapşırıqlardan azad” olan meyar əsasında seçilir. Bununla da səhv seçilmiş və ya lazımi təcrübəyə malik olmayan bir layihə rəhbəri layihənin uğursuzluğuna səbəb olur.

Həlli: Başlayacağınız layihədən həqiqətəndə anlayışı olan peşəkara tapşırın. Bu sizi uğura daha da yaxın edəcək.

 

Səhv №2. KOMANDADA MOTİVASİYA YOXDUR

Layihə iştrakçıları proseslərə tam qatılmadığı halda Layihə uğursuz olacaq. Layihənin rəhbəri ya komandanı tam motivasiyada saxlamır, ya bir lider kimi arxasınca komandanı apara bilmir. Bəzən layihənin əhəmiyyəti və dəyəri haqqında komandanı məlumatlandırmır. Nəticədə komanda proseslərə zəif qatılır.

Həlli: Layihənin rəhbəri layihədə işləyən hər kəsi bir arada yığmalı, hətta məsafədə çalışanları belə, və layihə haqqında detallı paylaşmalıdır. Komanda üzvlərini proseslərə cəlb edərək motivləşdirməlidir.

 

Səhv №3. SİZİN LAYİHƏNİZİ HEÇ KƏS NƏZARƏT ETMİR

“Rəhbər yoxdur – deməli hesabatların təqdimatı yoxdur. Tam sərbəstlikdir” – düşünə bilərsiniz. Elə bunun özü də çox pisdir. Ali rəhbərin nəzarəti olmadığı halda özünüzü rahat hesab edib, daimi tonusda olmayacaqsınız.

Həlli: Layihələrin gedişatı daimi olaraq işlədiyiniz şirkətin ali rəhbərin, sifarişçinin nəzarəti altında olmalıdır. Və ya təyin edilmiş “nəzarətçi”nin nəzarəti olmalıdır. Hər bir halda bilməlisiniz ki, nəzarəti olmayan layihələr uğursuz olacaq.

 

 

Səhv №4. SİZ ÜZƏRİNİZƏ EYNİ ZAMANDA BİR NEÇƏ LAYİHƏ GÖTÜRMÜSÜNÜZ

Bəziləri hesab edir ki, biraz artıq iş üzərilərinə götürərlərsə onlar daha da yaxşı işləyəcəklər. Belə strategiya heç də effektiv deyil.  Beləki, bir neçə layihələrin üzərində işlədikdə işlər yubanır. Hər kəs layihənin müəyyən mərhələsinin yoxlanmasını gözləyir və bu müddət ərzində zamanlarını boşa itirir.

Həlli: Bir neçə iri layihələrə eyni zamanda rəhbərlik etməkdən imtina edin. Belə olan halda komanda ilə işləməyə zamanınız yetərincə qalacaq və onlara dəstək ola biləcəksiniz. Belə layihələr uğurlu olur.

 

Səhv №5. SİZİN KOMANDADA KOMUNİKASİYA DÜZGÜN QURULMAYIB


Layihə rəhbərinin əsas kompetensiyalarından/bacarığından biri hər bir komanda üzvü ilə eyni dildə danışmağıdır. Əgər komanda üzvləri ilə daima tamasda olmasaz komanda dağılır, layihə isə uğursuz olacaq.

Həlli: Komanda ilə həftəlik görüş üçün gün və saat təyin edin və bu cədvələ uyğun hərəkət edin. Planlaşdırılmış görüşlər komandanı hər zaman hazırlıqlı və layihənin gedişatından məlumatlı edir.

 

Səhv №6. LAYİHƏNİZİN MƏQSƏDİ BƏLLİ DEYİL VƏ YA SİZ ONU LAYİHƏNİN GEDİŞATINDA MÜƏYYƏN EDİRSİNİZ


Layihənin dəqiq müəyyən edilmiş məqsədi yoxdursa o layihə uğursuz olacaq. Məqsədi isə layihə gedişatında dəyişilməsi çox təhlükəlidir. Siz zaman və büdcənizi aşa bilərsiniz. İstənilən cüzi dəyişiklər (rəng, əlavə səhifə və s) layihənin gözlənilməz çətinliklərinə səbəb olacaq.

Həlli: Layihənizin məqsədini başlama mərhələsində aydın müəyyən edin. Sonra məqsədə doğru getməyinizi daimi nəzarətdə saxlayın. Dəyişiklərin qeydlərini aparın və plandan kənarlaşmağa təsirini izləyin. Dəyişiklərin aidiyyəti şəxslərlə razılaşdırmağı unutmayın.

 

ARDI ....

 

 

28.06.2021

Six Sigma-nın tətbiqində qarşılaşılan çətinliklər və ...

Xəbərlər

Six Sigma-nın tətbiqində qarşılaşılan çətinliklər və ...

Six Sigma-nın tətbiqi keyfiyyət və səmərəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər, lakin ...

Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək

Xəbərlər

Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək

Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...