• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Asif Bəşirov ilə layihə menecmentində peşəkarlıq və yaradıcılığın birləşməsi

Dilshad İbrahimova: Bugünkü müsahibimiz IPMA və GPM kimi müxtəlif təlimlərimizdə aktiv şəkildə iştirak edərək, özünü daim inkişaf etdirməyə çalışan iştirakçılarımızdan biri Asif Bəşirovdur. Onunla daha yaxından tanış olma fürsətimiz birlikdə təşkil etdiyimiz workshop zamanı yarandı. Həmin workshopda epoksidən saat hazırlanması üzərində çalışırdıq. Hər detalı diqqətlə izləməsi, prosesə maraqla yanaşması və nəticəni daha da yaxşılaşdırmaq üçün təşəbbüslər göstərməsi onun həm peşəkar, həm də yaradıcı tərəfini göstərirdi. Bu yanaşma sayəsində Asif bəyi daha yaxından tanımaq və onun peşəkar yolunu izləmək bizim üçün ayrıca maraqlı oldu.

Asif bəy tikinti, infrastruktur və sənaye menecmenti sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malik layihə rəhbəridir. Hazırda regional və beynəlxalq miqyaslı mühəndislik və infrastruktur layihələrini uğurla icra edən "SHALSET GROUP" MMC-nin Direktoru vəzifəsində çalışır. Onun fəaliyyət sahəsi təkcə fiziki konstruksiyaların qurulması ilə məhdudlaşmır, eyni zamanda irimiqyaslı resursların, risklərin və strateji tərəfdaşlıqların qlobal standartlara uyğun idarə edilməsini də əhatə edir.

Asif bəy böyük təcrübəniz var, yəqin ki, fərqli layihələr idarə etmisiniz. Hansı növ layihələrdə iştirak etmisiniz?

Asif Bəşirov: Karyeram ərzində olduqca çoxşaxəli və yüksək büdcəli layihələrin idarəetməsini həyata keçirmişəm. Bunlara misal olaraq:
​İnfrastruktur və Tikinti: Heydar Aliyev adına Neft Emalı Zavodunda irimiqyaslı modernizasiya, "Azərkimya" İB-nin layihələri, zavodların köçürülməsi və rekonstruksiyası, eləcə də beynəlxalq səviyyəli (məsələn, Özbəkistanda irihəcmli yol-tikinti layihələri) Joint Venture (Müştərək Müəssisə) danışıqları və icrası;
​Texnologiya və İnnovasiya: Müəyyən müddət Fintex (Maliyyə Texnologiyaları) və startap sahəsində rəhbər vəzifələrdə çalışaraq, biznesin rəqəmsal transformasiyası və innovativ idarəetmə sistemlərinin qurulmasında iştirak etmişəm.

Dilshad İbrahimova: Bu sahəyə marağınız necə yaranıb, məqsədli şəkildə seçmisiniz, yoxsa hansısa təsadüf sizi bu sahəyə gətirib?

Asif Bəşirov: Bu sahəyə gəlişim tamamilə müasir dövrün və qlobal bazarın tələblərini doğru analiz etməyimin nəticəsidir. Günümüzün iqtisadi və texnoloji trendlərini araşdırarkən anladım ki, böyük layihələrin effektiv idarə edilməsi həm yerli, həm də qlobal səviyyədə ən kritik ehtiyaclardan biridir. Bu tələbi vaxtında görüb, hədəfyönümlü şəkildə araşdırmalar edərək marağımı bu istiqamətdə formalaşdırdım və peşəkar karyeramı tamamilə bu dinamik sahə üzərində qurdum.


Dilshad İbrahimova: Ümumiyyətlə özünüzün rəhbər olduğunuz biznesiniz varmı ya da olmasını istərdinizmi?

Asif Bəşirov: Bəli, bir tərəfdən irimiqyaslı sənaye layihələrinə rəhbərlik edərkən, digər tərəfdən sahibkarlıq fəaliyyəti və rəqəmsal brendinq sahəsində şəxsi biznes layihələrimi inkişaf etdirirəm. Xüsusilə yüksək keyfiyyətli sənətkarlıq, estetik dizayn və sənaye standartlarının (məsələn, premium ağac və epoksi materialların işlənməsi) birləşdiyi özəl biznes istiqamətlərinə rəhbərlik edirəm. İdarəçi olaraq inanıram ki, peşəkar menecer həm korporativ strukturlarda, həm də fərdi biznes ekosistemində dəyər yaratmağı bacarmalıdır.


Dilshad İbrahimova: Bir menecer kimi hansı idarəetmə stilindən istifadə edirsiniz?

Asif Bəşirov: Mən fəaliyyətimdə IPMA ICB4 (International Project Management Association) qlobal standartlarına əsaslanan, çevik və nəticəyönümlü idarəetmə mexanizmlərindən istifadə edirəm. Strateji qərarlarda McKinsey metodologiyasına uyğun strukturlaşdırılmış analitik yanaşmanı tətbiq edirəm. Komanda daxilində isə "Situasiyalı Liderlik" (Situational Leadership) və Transformasiyaedici idarəetmə üslubuna üstünlük verirəm; bu yanaşma həm risklərin ciddi idarə olunmasını, həm də komanda üzvlərinin potensialını maksimum dərəcədə üzə çıxarmağa imkan verir.


Dilshad İbrahimova: Bu sahəyə yeni başlayan birinə və gənclərə nə məsləhət verərdiniz?

Asif Bəşirov: Gənclər üçün tövsiyə:
"Uğurun sirri günün tələblərini vaxtında oxumaq və dayanmadan öyrənməkdir. Heç vaxt tək bir sahə ilə məhdudlaşmayın; tikinti ilə texnologiyanı, idarəetmə ilə estetiği birləşdirə biləcək çoxşaxəli (T-shaped) mütəxəssis olmağa çalışın. Beynəlxalq standartları (məsələn, IPMA) erkən yaşlardan mənimsəyin və unutmayın: Yaxşı idarəçi sadəcə tapşırıq verən deyil, prosesi vizyonla idarə edən və komandasını vizyonuna ortaq edən şəxsdir. Öz maraqlarınızı bazardakı boşluqları analiz edərək formalaşdırın və hər zaman qlobal düşünün."


Dilshad İbrahimova: Səmimi və dəyərli fikirlərinizi bizimlə paylaşdığınız üçün təşəkkür edirəm Asif bəy. Gələcək layihələrinizdə uğurlar arzulayıram, yenidən görüşmək ümidi ilə.

30.07.2026

Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin əsas növləri

Xəbərlər

Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin əsas növləri

Dövlət-Özəl Tərəfdaşlığı dedikdə çoxlarımızın ağlına yalnız ödənişli yollar və ya iri ...

Layihələrin idarə olunması yalnız metodologiya və ...

Xəbərlər

Layihələrin idarə olunması yalnız metodologiya və ...

Layihələrin idarə olunması yalnız metodologiya və alətlərdən ibarət deyil — bu, ...