Xəbərlər
Aysel Yusifova - Rəqəmsal Transformasiyanın Biznes modelləri
RƏQƏMSAL TRANSFORMASİYANIN BİZNES MODELLƏRİ
-
Xülasə
Şirkətlərin bu günə qədər reallaşdırdıqları rəqəmsallaşma təcrübələrindən daha geniş bir rəqəmsallaşma mənasına gələn rəqəmsal transformasiya şirkətlərin irəliləməsində biznes modellərində, müştəri münasibətlərində, bütün təşkilatı fəaliyyətlərində və quruluşlarında dağıdıcı dəyişikliklərə yol açmaqdadır. Şirkətlərdəki bu dağıdıcı dəyişikliyin idarə olunması üçün geniş bir rəqəmsal transformasiya stratejisi yaradılmalıdır və bir yol xəritəsi çəkilməlidir. Mövcud rəqəmsal transformasiya yol xəritələri ya çox ümumi olaraq hazırlanır, ya da sadəcə tək bir rəqəmsal transformasiya ssenarisinə fokuslanır. Bu tezisdə şirkətlərdəki fərqli rəqəmsal transformasiya ssenarilərinə uyğun biznes modellərin yaradılması təklifləri verilmişdir.
-
Açar sözlər: Rəqəmsal transformasiya, Biznes modellər
-
giriş
Rəqəmsallaşma və rəqəmsal transformasiya terminləri son illərdə tez-tez qarşımıza çıxır. “Digites” sözündən əmələ gəlib, mənası “barmaq” deməkdir. Zaman keçdikcə bu söz dəyişdirilərək “digital” termini yaranmış və rəqəmsallaşmanı ifadə etmişdir. İstifadə olunan bütün məlumatlar zamanla saxlanılan, idarə edilən bir hala gəlib çatmışdır. İlk öncə rəqəmsallaşma və rəqəmsal tranformasiya terminləri arasında fərqi anlamaq lazımdır. Rəqəmsallaşma dedikdə hər hansı prosesləri proqram təminatı üzərindən idarə etmək başa düşülür. Rəqəmsal transformasiya isə proqram təminatı tərəfindən toplanılan məlumatları emal edərək nəticə əldə etmək, statistika toplamaq, təhlil edərək nəticə əldə etmək başa düşülür. Yaşadığımız dövrdə proseslərin optimallaşdırılması və nəticə əldə edilməsi üzrə rəqəmsal transformasiyanın tətbiqi üçün biznes modellərin yaradılması zəruri hal daşıyır.
-
TədqiQat metodu
Rəqəmsal transformasiyanın günümüzə gətirdiyi yeni biznes modelləri aşağıdakı kimi qruplaşdırmaq olar:
-
Ortaq biznes modellər – Ortaq biznes modellər fərqli təşkilatlar arasında “Ekosistemlər” in yaradılmasına əsaslanır. Təşkilatı ekosistemlər tələb və təklif irəli sürən tərəflərinin platformada bir nöqtəyə gəldiyi iqtisadi cəmiyyətlərdir. Ekosistemin maraqlı tərəfləri bir birlərinə fərqli dəyərlər qatır və fayda verirlər.
-
Smart məhsul biznes modelləri – Məhsullara daxil edilmiş sensorlar məhsulların izlənilməsini və ikitərəfli ünsiyyətə açıq olmasını təmin edir. Və bu da öz növbəsində müəssisələrin məhsulu alan müştəriləri ilə davamlı ünsiyyətdə olmasını və beləliklə məhsulun istifadəsi barədə məlumat əldə etmələrini təmin edir.
-
Smart xidmət biznes modelləri – Müştərinin istifadə etdiyi ağıllı məhsullar tərəfindən verilən məlumatlara görə fərqli xidmətlərin təqdim olunduğu biznes modelləridir.
Biznes model növləri fərqli olsa da modellərin yaradılması üçün ümumiləşdirilmiş bir təklif verilə bilər. Rəqəmsal transformasiyadan müəssisələrin iş prosesləri də təsirlənir. Hər şeydən əvvəl istehsalda rəqəmsal texnologiyaların tətbiqi xammal almaqdan istehsala, istehsaldan satışa və satışdan məhsula\xidmətə qədər bütün mal və xidmətlər axınına aid olan biznes zəncirini dəyişdirir. Təchizatçıları, istehsalçı işini, hətta işin bütün fəaliyyətlərini və müştərilərini birləşdirir.
Aşağıdakı şəkildə Rəqəmsal transformasiyanın tətbiqi üçün göstərilən piramidada 4 blok təqdim olunmuşdur:
-
Nəticə
Hər yeni və yenilənmiş strategiyada rəqəmsal transformasiyaya yanaşma olmalıdır. Lakin modelin qurulması və tətbiqi zamanı bir çox problemlərlə qarşılaşa bilərik. Bu səbəbdən biznes və bazar araşdırmasını, məlumat əsaslı məhsulları (xidmətlər), rəqəmsal texnologiyanı, big data və s., nəzərə almaq lazımdır. Eyni zamanda rəqəmsal bir mühitində biznes strategiyasını təyin edərkən şirkətlər texnologiya ilə təmin olunmuş biznes modellərinin imkanlarını və təsirlərini qiymətləndirməlidirlər.
Biznes modelin qurulmasında şirkətin fəaliyyət sahəsi üzrə və işçilərin dəyişikliyə və ya yeniliyə uyğunlaşması üçün piramidaya əsaslanaraq aşağıdakı metodu tətbiq edə bilərik:
1-ci addım - Biznes strategiyasının qurulması. Biznes hədəflərini və iş hədəflərini müəyyən etmək
2-ci addım - Korporativ icra mexanizmi və Marketing yaradılması. Əməliyyat modeli və Əməliyyatları müəyyən etmək (burada şirkət, proses və alətlər məlum olmalıdır) , icra mexanizmini yaradaraq biznes məqsədlərinə nail olmaq, məhsul və müştərini birləşdirmək
3-cü addım – Rəqəmsal transformasiya istiqamətində ehtiyac yaranan texnologiyaların müəyyənləşdirilməsi. Texnoloji həllər sayəsində iş icraatını asanlaşdırmaq (burada ERP, CRM, Big DATA analitics, Chatbot, Apis, Digital channel, Manufacturing kimi alətlər nəzərdə tutulur.)
-
Ədəbiyyat siyahısı
-
Müge KLEİN, 2020 - Digital Transformation Scenarios Of Businesses -A Conceptual Modelproposal, Agile Biznes Analistin Yol Xəritəsi, Anar Rüstəmov, Bakı - 2020.
-
Moore, J. F. (1996).The Death of Competition: Leadership and Strategy in the Age of Business Ecosystems. New York: HarperCollins Tschimmel, K.: Design thinking as an effective toolkit for innovation. In: Proceedings of the XXIII ISPIM Conference: Action for Innovation: Innovation from Experience, Barcelona, pp. 1–20 (2012). ISBN 978-952-265-243-0
-
Blunck, E., & Werthmann, H. (2017). Industry 4.0–An opportunity to realize sustainable manufacturing and its potential for a circular economy. In DIEM: Dubrovnik International Economic Meeting(Vol. 3, No. 1, pp. 644-666). Sveučilište u Dubrovniku.
-
The Digital Transformation People (2018), Patrick Turchi Roland Berger - The Digital Transformation Pyramid: A Business-driven Approach for Corporate Initiatives
-
Foundations of Management, Vol. 10 (2018), ISSN 2080-7279 DOI: 10.2478/fman-2018-0011 - Digital Transformation Of Business Models, Marcin Kotarba
22.06.2021
Xəbərlər
Six Sigma-nın tətbiqində qarşılaşılan çətinliklər və ...
Six Sigma-nın tətbiqi keyfiyyət və səmərəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər, lakin ...
Xəbərlər
Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək
Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...