• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

“Dairəvi iqtisadiyyat”dan “Dairəvi bəhanələr”ə: Niyə Net-Positive sistemlərə ehtiyacımız var

Circular economy uzun müddətdir dayanıqlılıq müzakirələrinin mərkəzindədir: tullantını azalt, materialları yenidən istifadə et, qalanı isə təkrar emal et. Kağız üzərində bu yanaşma səliqəli və məntiqli görünür. Amma reallıqda bu, çox vaxt minimum səylə “irəliləyiş” görüntüsü yaradır. Başqa sözlə, sistem işləyir kimi görünür, amma əsl dəyişiklik baş vermir.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Problem ondadır ki, bu yanaşma əsasən reductionist (azaldıcı) düşüncəyə əsaslanır:

- Kompleks problemləri sadə metriklərə çevirir (məsələn, “X% daha çox təkrar emal etdik”)

- Əsas səbəbləri deyil, simptomları hədəfləyir

- “Daha az pis olmaq” yanaşmasını uğur kimi təqdim edir

Bu isə təhlükəlidir. Çünki:

- Kiçik nailiyyətləri böyük irəliləyiş kimi görməyə başlayırıq

- Aktivliyi inkişafla səhv salırıq

- Əsas sistem problemləri olduğu kimi qalır


SDG 12 niyə irəliləmir?

United Nations tərəfindən müəyyən edilən SDG 12 (Məsuliyyətli istehsal və istehlak) əslində çox ambisiyalı bir məqsəd idi: sistemləri planetin özünü bərpa etmə qabiliyyəti ilə uyğunlaşdırmaq.

Amma illər keçməsinə baxmayaraq, irəliləyiş zəifdir. Səbəb sadədir:

- Sistemləri dəyişmək əvəzinə, yalnız hissələr üzərində işləyirik

- Kiçik optimizasiyalarla kifayətlənirik

- Əsas problemlər – həddindən artıq istehsal, istehlak və tullantı – toxunulmaz qalır

Daha nazik plastik qablaşdırma və ya bir az daha yüksək təkrar emal faizi həqiqi həll deyil. Bunlar sadəcə diqqəti əsas problemlərdən yayındırır.


Circular economy-nin yaratdığı “rahatlıq illüziyası”

Bugünkü formada tətbiq olunan circular economy çox vaxt yanlış bir rahatlıq hissi yaradır. Şirkətlər təkrar emal göstəricilərini artırdıqlarını vurğulayır, məhsulların yenidən istifadə üçün dizayn edildiyini qeyd edir və tullantıların azaldığını göstərən hesabatlar paylaşırlar. Kağız üzərində bu, irəliləyiş kimi görünür. Lakin daha dərindən baxdıqda fərqli mənzərə ortaya çıxır: təkrar emal artsa da, ilkin xammal istehsalı paralel şəkildə yüksəlir, “yenidən istifadə üçün dizayn edilmiş” məhsulların böyük hissəsi isə heç vaxt ikinci həyat qazanmır.

Əsas problem ondadır ki, bu yanaşma biznes modellərinin özünü sorğulamır. Şirkətlər proseslərdə kiçik optimizasiyalar edərək ümumi təsiri yaxşılaşdırdıqlarını iddia edir, amma əslində istehsal və istehlakın həcmi dəyişməz qalır və ya daha da artır. Nəticədə sistem əvvəlki kimi qalır, sadəcə daha “effektiv” görünür.

Bəzi hallarda isə bu yanaşma əks təsir yaradır. Məsələn, fast fashion sektorunda bir çox brend köhnə geyimləri geri gətirən müştərilərə endirimlər təklif edir. İlk baxışda bu təşəbbüs müsbət görünür, çünki təkrar istifadəyə təşviq edir. Amma əslində bu, insanları daha çox alış-veriş etməyə yönləndirir və artıq istehlakı artırır. Beləliklə, yaxşı niyyətlə başlayan təşəbbüs sistemdəki əsas problemi, həddindən artıq istehlakı — daha da gücləndirir.

Bu səbəbdən circular economy, düzgün tətbiq olunmadıqda, real həll yolu olmaq əvəzinə bir “rahatlıq illüziyası”na çevrilə bilər. O, təşkilatlara dəyişiklik etdikləri hissini verir, amma eyni zamanda onları daha fundamental və çətin transformasiyalardan uzaqlaşdırır.

 

Həll: Net-positive sistemlər

Artıq əsas sual “zərəri necə azaldaq?” deyil. Sual dəyişib: “necə daha çox müsbət təsir yaradaq?”

Net-positive yanaşma məhz bu düşüncəyə əsaslanır. Burada məqsəd sadəcə mövcud ziyanı minimuma endirmək deyil, sistemləri əvvəlkindən daha yaxşı vəziyyətə gətirməkdir. Yəni layihə və ya fəaliyyət nəticəsində:

ekosistemlər bərpa olunur

biomüxtəliflik artır

icmalar güclənir

iqtisadi dayanıqlılıq möhkəmlənir

Bu yanaşma klassik dayanıqlılıqdan fərqli olaraq “zərər vermə” ilə kifayətlənmir. Əksinə, aktiv şəkildə dəyər yaradır.

Bunu ən yaxşı göstərən nümunələrdən biri regenerativ kənd təsərrüfatıdır. Bu yanaşma yalnız kimyəvi istifadənin azaldılması və ya emissiyaların aşağı salınması ilə kifayətlənmir. O, torpağın sağlamlığını bərpa edir, karbonu torpaqda saxlayır, biomüxtəlifliyi artırır və eyni zamanda fermerlər üçün iqtisadi fayda yaradır. Yəni sistem həm özünü, həm də ətraf mühiti “sağaldır”.


GPM-in yanaşması

GPM bu dəyişimi yalnız nəzəri səviyyədə deyil, praktikada da tətbiq edir. Yeni kompetensiya standartlarında əsas fokus artıq incremental (kiçik addımlarla irəliləyən) yanaşmadan uzaqlaşmaqdır. Çünki mövcud problemlər bu cür yanaşma ilə həll olunacaq səviyyədə deyil.

Bu çərçivədə əsas yanaşmalar belədir:

- Dayanıqlılıq layihənin bütün mərhələlərinə inteqrasiya olunur (ideyadan icraya qədər)

- Ümumi və qeyri-müəyyən ifadələrdən qaçılır, konkret təsir ölçülür

- Layihələrin real nəticələri və net təsiri qiymətləndirilir

Ən vacibi isə verilən suallar dəyişir. Artıq əsas diqqət bu kimi suallara yönəlir: layihə həqiqətən nəyi dəyişir? O, sistemi bərpa edir, yoxsa sadəcə ziyanı bir az azaldır? İcmalara real fayda verirmi, yoxsa yalnız riskləri minimuma endirir?

Bu suallar çətin olsa da, məhz onlar real təsiri ortaya çıxarır.


Nəticə

Dayanıqlılığın gələcəyi artıq yalnız circular economy ilə məhdudlaşmır. Yeni istiqamət daha ambisiyalıdır — net-positive və regenerativ yanaşma.

Bu, düşüncə tərzinin dəyişməsini tələb edir:

“Daha az zərər ver” yanaşmasından

“Daha çox fayda yarat” yanaşmasına keçid

Artıq sadəcə fəaliyyətdə olmaq kifayət deyil. Əsas olan real təsir yaratmaqdır. Əks halda biz sadəcə yerimizdə sayırıq və bu, artıq kifayət deyil.
 

Joel Carboni, 2025

Original məqalə üçün: GPM GLOBAL

Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun

04.02.2026

PMP imtahanında böyük yenilənmə – 9 ...

Xəbərlər

PMP imtahanında böyük yenilənmə – 9 ...

Project Management Institute tərəfindən elan olunan yeni PMP imtahan yeniləməsi layihə ...

Product Manager vs Project Manager: Bilməli ...

Xəbərlər

Product Manager vs Project Manager: Bilməli ...

“Product Manager” və “Project Manager” anlayışları çox vaxt (səhvən) startup qurucuları ...