Xəbərlər
PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ Universitetində Dayanıqlı Layihə İdarəetməsi tədbiri keçirildi
Keçdiyimiz günlərdə WUF13 və PMO.az'ın əməkdaşlıq çərçivəsində Xankəndi şəhərinin Qarabağ Universiteti tələbələri üçün xüsusi maarifləndirmə tədbiri təşkil olundu.
Tədbirin əsas hissəsini “Dayanıqlı Layihə İdarəetməsi” mövzusunda interaktiv təlim təşkil edib. PMO.az Layihə Düşüncə Məktəbinin ekspertləri bu sahədəki praktiki təcrübələrini tələbələrlə bölüşüb, gənclər real tapşırıqlar üzərində işləyərək layihə idarəetməsi prosesini praktiki şəkildə sınaqdan keçiriblər.
Həmçinin, tələbələr strateji qərarvermə, planlama və komanda işi bacarıqlarını inkişaf etdirən beynəlxalq səviyyəli “Sea Wolf Game” biznes simulyasiyasında güclərini yoxladılar. Vorkşopun sonunda qalib və fəal iştirakçılar mükafatlandırılıblar.
Tədbirin əsas hədəfi Qarabağ regionunda müasir idarəetmə yanaşmalarını təşviq etmək və gəncləri “Green Project Management P5” prinsipləri ətrafında maarifləndirməkdir. Bu yanaşma gələcək layihələrdə həm biznes səmərəliliyini, sosial məsuliyyət və ətraf mühitin qorunmasını bir araya gətirməyə xidmət edir.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
13.05.2025
Xəbərlər
Asif Bəşirov ilə layihə menecmentində peşəkarlıq ...
Dilshad İbrahimova: Bugünkü müsahibimiz IPMA və GPM kimi müxtəlif təlimlərimizdə aktiv ...
Xəbərlər
Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin əsas növləri
Dövlət-Özəl Tərəfdaşlığı dedikdə çoxlarımızın ağlına yalnız ödənişli yollar və ya iri ...