Xəbərlər
Layihə idarə olunması prinsipləri
Layihə idarə olunması prinsipləri
Hazırlanma məqsədi
-
Layihə Birliyinin üzvləri arasında layihə idarəetmə prinsipləri haqqında ümumi anlayışı təmin etmək.
-
Təlim və sertifikatlaşdırma proqramlarının hazırlanması üçün təməl qoymaq.
-
Layihə Birliyinin korporativ üzvlərinə layihə menecerinin rolu haqqında düzgün gözləntilərini formalaşdırmaq.
Sənədin təsviri
Bu sənəd layihə müddətində layihə menecerinin nə etməli olduğunu təsvir edir.
Prinsiplərin həyata keçirmə metodunun seçimi, "necə" sualına cavab - layihə menecerinin məsuliyyət sahəsidir.
Layihə Birliyinin fərdi üzvləri bu prinsiplərə riayət etməlidirlər.
-
Layihə meneceri mövcud etika kodekslərinin birini seçməli və öz fəaliyyətində onu rəhbər tutmalı və ya öz etik prinsiplərini hazırlamalıdır.
-
Layihə meneceri layihədə o zaman iştirak edir ki, layihə ilə həqiqətən maraqlanır, əmindir ki, onun riayət etdiyi həmin idarəetmə və etik prinsiplərinə uyğun olaraq onu yerinə yetirəcək gücdədir.
-
Layihənin əvvəlində
3.1. layihənin məhsulunu və faydalarını təsvir edir, onlar üçün şəxsi məsuliyyətin möhkəmlənməsinə nail olur;
3.2. əsas maraqlı tərəfləri və onların gözləntilərini müəyyənləşdirir;
3.3. layihənin əhəmiyyətli riskləri, məhdudiyyətləri və fərziyyələri barədə maraqlı tərəfləri məlumatlandırır;
3.4. layihənin planlaşdırılması üçün zəruri olan mütəxəssislərin tərkibini müəyyənləşdirir;
3.5. layihənin uğurla həyata keçirilməsi üçün zəruri səlahiyyətləri qeyd edir.
Layihəni planlaşdırarkən:
4.1. maraqlı tərəflərin tərkibini və onların layihədən gözləntilərini aydınlaşdırır;
4.2. maraqlı tərəflərin əhəmiyyətli maraq toqquşması zamanı, münaqişəni dərhal həll edir və ya daha yüksək səviyyəyə qaldırır
4.3. planlaşdırma alətlərini istifadə edərək, layihənin maraqlı tərəflərin gözləntilərinin təmin olunması şərtilə, layihənin həyata keçirilməsinin mümkünlüyünə əmin olur; zərurət olduqda maraqlı tərəflərin gözləntilərinə düzəliş edir;
4.4. layihənin maraqlı tərəflərin gözləntilərinin təmin olunması şərtilə layihənin tamamlanmasının mümkünlüyünə əmin olmadıqca layihənin icrasına keçid etmir.
Layihəni icra edərkən müntəzəm olaraq nəzarət edir, ki:
5.1. layihə maraqlı tərəflər üçün hələ də dəyərlidir;
5.2. layihə hələ də maraqlı tərəflərin gözləntilərini təmin edə bilir;
5.3. layihə komandası hələ də layihənin uğuruna inanır.
5.4. Zəruri olan halda layihəyə düzəliş etməyi və ya onu dayandırmağı təklif edir, layihənin düzəlməsi üçün tədbirlər görür
5.5. Maraqların toqquşması yarandığı halda, bütün maraqlı tərəflərin fikirlərini nəzərə alaraq, onları açıq şəkildə həll edir.
Layihəni sonlandırarkən öyrənilmiş dərsləri təhlil edir və fərdi inkişaf planını düzəldir
Layihə rəhbəri layihəni prinsiplərə uyğun aparmasının formal əlamətləridir.
Audit zamanı layihə meneceri bu sənədləri təqdim edə bilər:
-
Öz etik layihə idarəetmə prinsiplərinin təsvirini və ya seçilmiş etika kodeksinə linki;
-
Məhsulun təsvirini və layihənin faydalarını və onların düzgünlüyünün sifarişçi təsdiqi;
-
Auditin başlandığı andan sona qədər genişlənmiş layihə planı və gözlənilən bitmə planı;
-
Növbəti ay üçün ətraflı layihə planı;
-
Bütün layihə sənədlərinin strukturlaşdırılmış arxivi və arxiv quruluşunun təsviri;
-
Layihənin müntəzəm dövri hesabatları;
-
Layihənin həyata keçirilmə təhlili nəticələri (tamamlanmış layihə üçün).
Layihələrin idarə olunması və layihə nəzarəti prinsipləri tam olaraq yükləyə bilərsiniz
24.06.2021
Xəbərlər
Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...
Layihə idarəetməsində 80/20 qaydası (və ya Pareto prinsipi) geniş şəkildə istifadə ...
Xəbərlər
Lahiyə İdarəetməsində Səhvlər: Yayındırıcı Faktorlardan Necə ...
Lahiyə idarəetməsi müasir iş dünyasında şirkətlərin uğurlu olmasında mühüm rol oynayır. ...