• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Məhsulunu Kim, Nə Zaman və Niyə Tərk Edir? Cohort Analizi sənin üçün danışır

Məhsul meneceri kimi istifadəçilərin davranışlarını sadəcə ümumi göstəricilərlə izləmək bəzən sizi yanıltmağa bilər. Çünki hər istifadəçi eyni dövrdə, eyni kontekstdə və eyni təcrübə ilə qarşılaşmır. Məhz bu fərqləri başa düşmək üçün cohort analizi (və ya kognort analizi) vacibdir.

Cohort analizi — istifadəçiləri ilk qeydiyyat, ilk alış, və ya önəmli bir hadisədən (məsələn, onboarding prosesi, ilk klik və s.) etibarən bənzər zaman çərçivəsinə salaraq qruplaşdırmaq və onların davranışlarını zamanla müqayisə etmək üsuludur.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Bu metod sizə məhsulun “həqiqi həyatını” göstərəcək. Klassik zaman qrafikləri sizə sadəcə ümumi dəyişiklikləri göstərsə də, cohort analizi istifadəçinin nisbi zamanına fokuslanaraq, onların məhsulla necə əlaqədə olduqlarını daha real şəkildə anlamağa imkan verir.

🔍 Sadə Nümunələr:

  • Yanvar cohort-u: Yanvar ayında qeydiyyatdan keçmiş istifadəçilər qrupu

  • Aprel ilk alış cohort-u: Apreldə ilk alışını etmiş istifadəçilər qrupu

 

🧠 Bu analiz sizə aşağıdakı suallara cavab tapmaqda kömək edir:

  • Yeni endirim kampaniyası istifadəçi saxlanmasına necə təsir edib?

  • Tətbiq etdiyiniz yeni UI dizaynı, əvvəlki versiyadan daha effektivdirmi?

  • Onboarding zamanı istifadəçilər ən çox harada tərk edir?

 

3️⃣ Cohort analizini niyə istifadə etməliyik?

✅ Retention (qoruma) ölçüsü

Sadəcə «retention@30 gün=15 %» demək kifayət deyil — haradan gəldiklərini bilmək lazımdır. Məsələn:

  • Yanvar: 25 %

  • Fevral: 20 %

  • Mart: 12 % 

✅ LTV – Lifetime Value

LTV (Lifetime Value) — bir istifadəçinin məhsul və ya xidmətinizlə olan bütün əlaqəsi dövründə sizin üçün yaratdığı ümumi gəlirdir.

Bir istifadəçi sizin tətbiqinizdə/hizmətinizdə aktiv olduğu müddətdə ortalama nə qədər pul qazandırır?

CLV – Müştərinin Ömürlük Dəyəri (ingiliscə: Customer Lifetime Value) – bir müştərinin bir şirkətə bütün əməkdaşlıq müddəti ərzində gətirəcəyi ümumi gəlirin təxmini hesabıdır.

CLV = Orta alış dəyəri × Alış tezliyi × Müştəri ömrü

 

🧠 Məhsul tərkini anlamağın əsas 3 istiqaməti

1. Nə vaxt gedirlər? (Zaman kəsiyi üzrə analiz)

Retention göstəriciləri sizə istifadəçinin neçə gün/ay sonra məhsuldan ayrıldığını göstərir.
Məsələn:

  • 7-ci gündən sonra kəskin azalma varsa, onboarding və ya ilk təcrübədə problem var.

  • 30-cu gündən sonra gedirlərsə, ola bilsin ki, məhsulda davamlı dəyər yaratmaq çətindir.

 

2. Kimlər gedir? (Cohort-lar üzrə fərqlər)

Fərqli kanallardan gələn istifadəçilərin davranışı fərqli ola bilər.

  • Referral ilə gələnlər daha uzun qalırsa, həmin kanala daha çox fokuslanmaq olar.

  • Ads ilə gələnlərin retention-u zəifdirsə, ya mesajlama, ya da hədəfləmə düz deyil.

 

3. Niyə gedirlər? (Qavranan dəyər və friksiya nöqtələri)

Cohort analizindən əlavə, bu mərhələdə təcrübə xəritəsi (user journey) və funnel analizi ilə birlikdə işləmək daha faydalı olar.
Məsələn:

  • Checkout səhifəsinə qədər gələn, amma alış etməyən cohort varsa – texniki problem, qiymət, və ya UX zəifliyi ehtimalı yüksəkdir.

  • Yeni bir funksiya əlavə olunandan sonra retention düşübsə – deməli dəyişiklik istifadəçiyə əlavə yük yaradıb.

 

Hansı kognort daha dəyərli? Hansı kanaldan gələnlər daha çox qazandırır?

Onboarding tənzimləmələri

Hansı etapda istifadəçi əldən qaçırılır — interfeys, mesaj, yaxud funksiya çatışmazlığı?

Kampaniya / A/B test effektləri

Yeni dizayn və ya kampaniya hansı zamanda nəyə təsir göstərib?

4️⃣ Hansı alətlərlə bunu etmək olar?

Alət

İstifadə sahəsi

Amplitude

Davranış analizi, yaxından cohort

Mixpanel

Segment və davranış analizi

Google Analytics 4

Sadə cohort analizi

Metabase/Looker/Power BI

Şəkilli, icmal cohort cədvəllər

Excel/Sheets

Kiçik komanda, manual analiz

 

🔍 Real nümunə:

Cohort

Qeydiyyat Tarixi

Retention

Əsas Davranış

Yanvar

01.01.2025

28%

Referral ilə gəlmiş, əsasən mobil istifadəçilər

Fevral

01.02.2025

19%

Google Ads ilə gəlmiş, desktop dominant

Mart

01.03.2025

12%

UI dəyişiklik sonrası qeydiyyat edənlər

 

🎭 YUMOR BLOKU: “KOGNORTLAR KLUBU”

 

😂 1. PM və Analitik arasında "klassik" dialoq

Analitik: Mart kognortunda 30-cu gün retention cəmi 12%-dir.
PM: Hmm... istifadəçilərimizi ay işığında qeydiyyatdan keçməyə məcbur etmişdik bəlkə?
Analitik: Yox, sadəcə onboarding 9 ekran, 3 forma, 1 CAPTCHA və 2 “bizi qiymətləndirin” mesajı ilə başlayır.
PM: ...başqa sözlə, 3 dəqiqəyə adamı həyatından soyudur.

 

🧪 2. “Kognort Experimentləri” laboratoriyası

👨‍🔬 Analitik: “Biz 2025-cü ilin aprel kognortunda istifadəçilərə onboarding zamanı pişik GIF-ləri göstərmişik.”
👩‍💻 PM: “Və nə baş verdi?”
👨‍🔬 Analitik: “Retention 38%-dən 65%-ə qalxdı. İndi pişiklərlə roadmap düzəldirik.” 


 

🧠 3. Kognortdan çıxmaq istəyən istifadəçinin monoloqu

"Salam, mən mart ayı kognortundanam. Mən sadəcə qeydiyyatdan keçmək istəmişdim. Sonra bir pop-up açıldı, sonra daha bir. Sonra birdən zəng gəldi. Və mən, sadəcə... çıxdım. İndi mən sadəcə e-poçt spamındayam. Məni xatırlamayın."

 

Əli Həsənov 
Digital Banking Business Analyst

12.08.2025

Beynəlxalq inkişafda dayanıqlılıq: Niyə P5 standartı ...

Xəbərlər

Beynəlxalq inkişafda dayanıqlılıq: Niyə P5 standartı ...

İnkişaf layihələri sadəcə plan sənədləri deyil — onlar verilmiş vədlərdir. Bu ...

Ədalətli keçid anlayışı və yerli reallıqlar

Xəbərlər

Ədalətli keçid anlayışı və yerli reallıqlar

“Ədalətli keçid” anlayışı beynəlxalq iqlim forumlarında geniş yayılmış ifadəyə çevrilib. Bu, ...