• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Proqram nədir?

Proqram nədir? 
Nahid Shukurov PMI-PgMP®, PMI-PMP®, PMI-ACP®, ITIL®


Hər bir təşkilatın uğuru təyin edilmiş strateji hədəflərə çatmaq üçün düzgün formalaşdırılmış starteji plan və bu plan əsasında təyin olunan təşəbbüslərdən asılıdır.

Ətrafda baş verən dəyişiklik və yeniliklər, təlabat, iqtisadi və ya siyasi amillər həmçinin bir neçə digər amillər təşkilatları hər daim yeni təşəbbüslərə sövq edir.

Bu təşəbbüslər müxtəlif strukturda əks olunur: 1) Portfolio 2) Program 3)Project

Qeyd olunan təşəbbüslərin hər birində məqsəd və ya hədəf təşkilat adına cari durumdan fərqli, daha dəyərli və faydalı duruma keçməkdir. Yeni faydalar əldə etməkdir – maddi (tangible) və ya qeyri-maddi (intangible).

Bir çox hallarda fərdi şəkildə icrası zamanı istənilən faydaların əldə oluna bilməyəcəyindən bir-birinə bağlı olan, ortaq çıxarlar və ya nəticələr üçün xidmət göstərən layihələrin əlaqələndirilmiş şəkildə icrası təşkilat tərəfindən təyin edilir və idarə edilməsi həyata keçirilir. Qeyd olunan fəaliyyət və ya təşəbbüs Proqram adlanır.

Misal: Hesab edək ki, X adlı inzibati rayonda yenidən qurma işləri nəzərdə tutulur.
Burada yol abadlaşdırılmalı, səkilər yenilənməli, elektrik dirəkləri və işıqlanma sazlanmalı, ərazi üzrə binalar abadlaşdırılmalı, su və kanalizasiya xətləri sazlanmalı, yeni park salınmalı, hətta daha dərinə getsək ağıllı ərazi formalaşdırılaraq bəzi vasitələrin avtomatlaşdırılmış şəkildə idarə edilməsi təşkil olunmaldır.
Hal-hazırda, bir çox hallarda, hətta deyərdim hər zaman  bu cür təşəbbüslər – LAYİHƏ - adlanır. Əslində bu təşəbbüs – PROQRAM - adlanır!

Gəlin baxaq:
Layihə 1 – yolun abadlaşdırılması
Layihə 2 - elektrik sistemin sazlanması
Layihə 3 -  ərazi üzrə binaların abadlaşdırılması
Layihə 4 – su və kanalizasiya xətlərinin sazlanması
Layihə 5 – yeni parkın salınması
Layihə 6 – vasitələrin avtomatik idarə edilməsi

Məqsədimiz nədir? X adlı inzibati rayonda yenidənquram işləri!
Layihələrin bağlılığı nədir? Yenidən qurma işlərinə töhvə vermək!
Fərdi şəkildə layihələrin idarə edilməsindən alınacaq dəyər nə qədər faydalıdır?  Fərdi şəkildə, bir layihənin icrası bizə yekun istənilən məqsədə - inzibati rayonun yenidən qurmasını təmin etmir.

Qeyd olunan layihələrin vahid Proqram tərkibində idarə edilməsi təşkilata imkan yaradır:
-       Resursların (fərdi və fiziki) tənzimlənməsinə və cəmlənməsinə
-       Maliyyə vəsaitlərindən səmərəli istifadə
-       Xərclərə qənaət
-       Təchizat və logistika xidmətlərində səmərəlilik
-       Asıllıqların təyini və vahid yekun hədəfə köklənmə
- Layihələrin nəticələrindən asılı olaraq strateji planın
tənzimlənməsi
-       Təşkilatın strateji planına uzlaşma
-       Keyfiyyətin səmərəli şəkildə təminatı
- Riskərin ümumi olaraq təhlili və dəyərləndirilməsi

Təşkilat tərəfindən təklif edilən təşəbbüslərin düzgün şəkildə təyin edilməsi, doğru idarəetmə yanaşmasının formalaşmasına və təşkilat adına faydaların (benefit) səmərəli və effektiv şəkildə icrasına təminat verir.

 

07.07.2022

Layihə idarəetmə yolu: səyahətinizdə naviqasiya

Xəbərlər

Layihə idarəetmə yolu: səyahətinizdə naviqasiya

Layihə idarəetmə yolu: səyahətinizdə naviqasiya Bizi Telegramdan izləyin Layihənin idarə edilməsi ...

Öyrənmə Yolunuzda Naviqasiya: Doğru Tədris Yolunu ...

Xəbərlər

Öyrənmə Yolunuzda Naviqasiya: Doğru Tədris Yolunu ...

Öyrənmə Yolunuzda Naviqasiya: Doğru Tədris Yolunu Seçmək Bizi Telegramdan izləyin Zəngin ...