Xəbərlər
Konfranslardan nə ilə qayıdırsınız?
Hər dəfə Beynəlxalq layihə menecmenti Konfransında spiker kimi çıxış edəndə anlayıram belə tədbirlər layihə idarəetməsinin inkişafını formalaşdıran əsas platformalardır. Burada “necə olmalıdır” deyənlər yox, real layihələrdə nəyin işlədiyini göstərən peşəkarlar toplaşır. Bu il xüsusilə aydın hiss etdim ki, ölkəmizdə də belə konfranslara ciddi ehtiyac var. Elə tədbirlər ki, trendlər kitabdan yox, praktikadan müzakirə olunur, beynəlxalq standartlar və transformasiya layihələri haqqında açıq dialoq gedir, sual verib, həqiqi peşəkar cavab almaq olur.
Bu səfərdən nə gətirdim?
- Yeni yanaşmalar
- Bir neçə güclü müşahidə
- Layihə idarəetməsi üzrə baxış bucağını dəyişə biləcək praktik vörkşoplar
21 dekabr 2025 tarixində bunları "Həm əylən, həm öyrən!" tədbirimizdə bölüşəcəyik, faydalı və praktik olacaq. Əli boş qayıtmayacaqsınız.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
15.12.2025