• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Təlimlər

PMO.az layihələrin idarə olunması sahəsində beynəlxalq standartlara və qabaqcıl dünya təcrübələrinə əsaslanan təhsil proqramları təqdim edir. Biz kompetensiyaların inkişafında institusional yanaşmanı tətbiq edirik — qlobal metodologiyaları yerli kontekst və real tətbiq təcrübəsi ilə birləşdiririk.

Proqramlarımız aşağıdakı beynəlxalq akkreditasiyalar və tərəfdaşlıqlar əsasında qurulub:

  • IPMA ICB4 (AzPMA ilə əməkdaşlıq çərçivəsində)

  • GPM Global (P5, GPM-b, GPM360) — dayanıqlı layihə menecmenti

  • PeopleCert — rəsmi akkreditasiyalı təlim tərəfdaşı olaraq

    • PRINCE2® — dünyada ən geniş tətbiq olunan layihə idarəetmə metodologiyası

    • ITIL® 4 — rəqəmsal dövr üçün İT xidmətlərinin idarə olunması üzrə qlobal ən yaxşı praktikalar

  • APMG International — rəsmi akkreditasiyalı təlim tərəfdaşı olaraq

  • PMI® sertifikasiyalarına (PMP® və s.) hazırlıq proqramları

Biz standartları sadəcə öyrətmirik — izah edirik ki, nəyə görə və hansı şəraitdə bu metodologiyalar effektivdir. Təlimlər interaktiv formatda keçirilir: real keys-lər, biznes oyunlar, simulyasiyalar, workshop-lar və real layihə sənədləri ilə iş.

Xüsusi yer tutan müəllif proqramlarımız:

Proqramlarımız təkcə Azərbaycanda deyil, Türkiyə, Avropa, Mərkəzi Asiya digər ölkələrindən olan mütəxəssislər tərəfindən də dinlənilmişdir ki, bu da beynəlxalq səviyyədə etibarlılığımızı göstərir.

Korporativ müştərilər üçün:

  • proqramların sektor və şirkət spesifikasına uyğunlaşdırılması,

  • daxili metodologiya və standartların hazırlanması,

  • layihə komandalarının və rəhbərlərinin inkişafı,

  • təşkilat daxilində sistemli kompetensiya modeli qurulması həyata keçirilir.

PMO.az üçün təhsil sadəcə kurs deyil.
Bu, layihə düşüncəsinin formalaşdırılması və təşkilatların peşəkar yetkinliyinin artırılması prosesidir.