• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

1 ay ərzində beynəlxalq sertifikat alma imkanı

PMO.az Layihə Düşüncə Məktəbi.

Zamanın tələbindən irəli gələrək "Project Management Office Azerbaijan" komandası olaraq fəaliyyətə başladıq. Ətrafımızda layihə peşəkarlarını toplamağı bacardıq və layihələrin idarə olunmasında beynəlxalq təcrübəni gənclərimizə əl çatan etdik. 

Yeri gəlmişkən bu mövzüya dair qısa video layihə düşüncə YouTube kanalımızda baxa bilərsiniz 

https://youtu.be/3BYgnuWbnVw 

Fəxr hissi ilə bildiririk ki, qısa müddət ərzində ölkədə layihələrin keyfiyyətli və səmərəli idarə olunmasının təmin edilməsi məqsədilə Layihə, proqram və portfelin idarə edilməsi sahəsində Azərbaycan dövlət standartlarını hazırladıq və təqdim etdik. Dövlət tərəfindən qəbul edilmiş AZS ISO 21500:2022 və AZS ISO 21502:2022 standartları dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlara, eləcə də mürəkkəbliyindən və müddətindən asılı olmayaraq istənilən layihə, proqram və portfelə şamil edilir. 

Bununla yanaşı Azərbaycanda ilk dəfə olaraq Layihələrin idarə ediməsi, eləcədə idarəetmənin əsasları sahəsində PMO.az peşəkar platformasını yaratdıq. Burada idarəetmə sahəsində faydalı biliklərlə yanaşı peşəkar videokurslar və  Azərbaycan dilində beşəkar ədəbiyyatlar bloku yaratdıq.

Layihələrinizdə çətinliklər yaşayırsınız? Komandanız layihələri effektiv idarə etmir? Beynəlxalq təcrübəni tədbiq etmək istəyirsiniz? O zaman bizi dəvət edin. Biz beynəlxalq idarəetmə prinsiplərinə əsaslanan effektiv idarəçiliyin təşkilində sizə dəstək ola bilərik. 
Məsləhət və təlim xidmətlərimizdən faydalanın. Biznes proseslərinizin effektiv qurulması, layihələrinizi faydalı və effektiv idarə olunmasını, komandanızın və Layihələrin idarə edilməsi ofisinizin qurulmasını bizə həvalə edin. 

Layihə düşüncəli olun ki, layihə düşüncə faydalanasınız!


PMO.az Layihə düşüncə məktəbi – 1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir.

Layihə menecerlərinin karyera yüksəlişində IPMA ICB4 (Individual Competence Baseline, ICB Version 4.0) beynəlxalq layihənin idarə olunması standartı sertifikatının alınması mühüm pillə hesab olunur. Ölkənin bu sahədə ən qabaqcıl, yeganə akkreditasiya olunmuş qurumlarından olan PMO.az sizə bu imtahana hazırlaşmaq üçün özəl bir imkan yaradır. 

IPMA ICB4 sertifikatı nədir?
IPMA – Layihələrin İdarə olunması üzrə Beynəlxalq Assosiasiya (International Project Management Association) 1965-ci ildə İsveçrədə yaradılmış və öz ətrafında layihə idarə olunması peşəkarlarını toplamış assosiasiyadır. IPMA özünün 4 dərəcəli (4LC) sertifikatlaşdırma sxemini qurmuşdur. Bu sertifikatlar dünyanın 80 ölkəsində tanınır və daha çox ölkələrdə Standartları keçərlidir.
●    IPMA A dərəcəsi - Sertifikatlaşdırılmış Layihələr Direktoru (Certified Projects Director)
●    IPMA B dərəcəsi - Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri (Certified Senior Project Manager)
●    IPMA C dərəcəsi - Sertifikatlaşdırılmış Layihə Meneceri  (Certified Project Manager)
●    IPMA D dərəcəsi - Sertifikatlaşdırılmış Layihə Mütəxəssisi (Certified Project Management Associate)

Kursun formatı və üstünlükləri
●    Dərslər yüksək dərəcəli akkreditasiya olunmuş mütəxəssislər tərəfindən keçiləcəkdir
●    Təlimlər, material (200+ səh), imtahan – Azərbaycan dilində! (rus və ingilis dillərində də mövcuddur)
●    Cəmi 1 ay müddətində (8 dərs, 32 akademik saat) beynəlxalq dərəcəli təlimçilər tərəfindən praktiki məşğələlər və mühazirələr.
●    Dünyanın 80-dən çox ölkəsində tanınan BEYNƏLXALQ SERTİFİKAT.
●    İmtahana sənədlərin toplanması və hesabatların hazırlanmasında dəstək.
●    Bu kursu yüksək nəticələrlə bitirmiş şəxslər PMO.az adından imtahana giriş üçün endirim əldə etmə imkanı.
●    İmtahana sənədlərin toplanması və hesabatların hazırlanmasında dəstək.

Başlanma tarixi 27.04.2022.
Qeydiyyatdan keçmək üçün:      +994 55 205 60 07          info@pmo.az


🟢 PMO.az Layihə düşüncə məktəbi – layihə menecerlərinə 1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir.
İlk dəfə Azərbaycan dilində IPMA ICB4 sertifikatının alınması üçün hazırlıq kursu.


🇦🇿 Təlimlər, material (200+ səh), imtahan – Azərbaycan dilində!
📆 Cəmi 1 ay müddətində (8 dərs, 32 akademik saat) beynəlxalq dərəcəli təlimçilər tərəfindən praktiki məşğələlər və mühazirələr.
🌎 Dünyanın 80-dən çox ölkəsində tanınan BEYNƏLXALQ SERTİFİKAT.
✅ Bu kursu yüksək nəticələrlə bitirmiş şəxslərin PMO.az adından imtahana giriş üçün endirim əldə etmə imkanı.

Bu kurs kimlər üçündür? Özünü layihə meneceri kimi görən hər bir şəxs üçün:
●    Layihə idarəedilməsi istiqamətində karyera qurmaq istəyənlər. (İş təcrübəsi olmayanlar)
●    Layihə meneceri kimi çalışıb artıq beynəlxalq sertifikat almaq istəyənlər
●    Layihə idarəedilməsi üzrə IPMA sertifikatının dərəcəsini yüksəltmək istəyənlər.
●    Beynəlxalq dərəcəli imtahanı Azərbaycan dilində verərək Beynəlxalq dərəcəli sertifikasiya əldə etmək istəyənlər.

Tez bir zamanda qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur.
 

05.04.2022

Layihə İdarəetməsində Etik Dəyərlər

Xəbərlər

Layihə İdarəetməsində Etik Dəyərlər

Layihə idarəetməsinin dinamik və mürəkkəb dünyasında etik prinsiplərə riayət etmək bir ...

Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...

Xəbərlər

Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...

Layihə idarəetməsində 80/20 qaydası (və ya Pareto prinsipi) geniş şəkildə istifadə ...