• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

3 dekabr, Konfransın ilk günü nə ilə yadda qaldı

Konfransın ilk günü nə ilə yadda qaldı:
1-ci sessiya dostum və partyorum Vadim Boqdanovun “Başlanc: Motivasiya Tamaşası”. Vadim möhtəşəm çıxışında şəxsi həyatının layihəsinin idarə olunmasında nə ilə motivasiya əldə etməkdən danışdı. Sözün əsl mənasında “mən bu gün hardayam və yolum (məqsədim) hara doğrudur?” sualına cavab axtaranlar üçün özünəxas yanaşmada cavab idi. Yagin ki, buna bənzər peşəkar master-klasslar gələcəkdə geniş yayılacaq.

2-cü sessiyada dostum Pavel Alfyorovun maraqlı oyununu «Сыр для слоновщика» sınaqdan keçirdim. Çox peşəkar hazırlanmış oyun və ən əsası mən bu oyunu aldım. Min eşitməkdənsə 1 görmək vacibdir. Növbəti açıq qapı günlərindən birində sizinlə oynayacağıq. Hətta Pavel ilə bu oyunun azərbaycan dili versiyasını işləyəcəyik. Bizi izləyin!

3-cü sessiya partnyorumuz GPM Global-ın İcraçı direktoru Oksana Klimenko ilə maraqlı interaktiv görüşü oldu. Biz Dayanıqlı layihələ Menecmentinin idarə etdiyimiz layihələrdə işlədik. Oksana ilə görüşlərimiz hələ qabaqdadır. Yadda qalan isə o oldu ki, öncəki paylaşımdakı sualın cavabını gördüm.

4-cü sessiya Nikolay Jukovun Təqdimat hazırlama təcrübələrindən oldu. Bir daha təsdiq aldım ki, prezentasiya hazırlayarkən vacib olan alət deyil, vacib olun ötürəcəyiniz məlumatların düzgün və səlist izahıdır. 124 sayd olan prezentasiya necə keçdisə, heç hiss edilmədi. Odur ki, təqdimatların hazırlanması barədə vebinarımıza Nikolayı dəvət etdim. Bizi izləyin. 

5-ci sessiya özüm idim. Özümü tərifləməyəcəm. Video və şəkilləri paylaşanda hiss edəcəksiniz. 

Ardı var...

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

10.12.2024

Məqsəd Yönümlü Təşkilatlar

Xəbərlər

Məqsəd Yönümlü Təşkilatlar

Məqsəd Yönümlü Təşkilatların Yüksəlişi: Bizneslər üçün Reallıq Yoxlaması Artıq hamımız bunu ...

PMO (Project Management Office) nədir?

Xəbərlər

PMO (Project Management Office) nədir?

Layihələr həmişə gecikir? Komandada hər kəs fərqli sistemlə işləyir? Büdcə plana ...