• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

6 iyun - 3 günlük proqramımızın ilk günü

3 günlük proqramımızın ilk günü, 6 iyun tarixində keçirilən tədbir iştirakçılar üçün həm mənalı, həm də yaddaqalan bir gün oldu. Günə LTC lab'da təlimimizi keçməklə başladıq. Burada Rəşad İbrahimov və Alex Graudins-in təqdimatını dinlədik. Onlar proqramın məqsədləri və iştirakçılara açılan imkanlar barədə ətraflı məlumat verdilər.

Təqdimatdan sonra Qənimətlər Parkına yollandıq. Burada Vətən Müharibəsinin izlərini əks etdirən eksponatlar iştirakçılarda dərin təəssürat yaratdı. Daha sonra Şəhidlər Xiyabanını ziyarət etdik və qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etdik. Ardınca Dağüstü Parkdan açılan möhtəşəm Bakı mənzərəsinin şahidi olduq.

Axşam saatlarında iştirakçılarla birlikdə şam yeməyi təşkil olundu və Azərbaycan mətbəxinin dadlı nümunələri təqdim edildi. Günün sonunda isə Xalça Muzeyini ziyarət etdik və ölkəmizin qədim xalçaçılıq irsi ilə tanış olduq.

Bu gün həm öyrədici, həm də milli qürur hissi aşılayan təəssüratlarla dolu bir təcrübə oldu.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

11.06.2025

Daha bir Qarabağ layihəmiz!💚

Xəbərlər

Daha bir Qarabağ layihəmiz!💚

Məqsədimiz sadə idi: tələbələri düzgün istiqamətləndirmək və onlara karyeralarının başlanğıcında real ...

Özünü dərk etmə və özünü idarəetmə

Xəbərlər

Özünü dərk etmə və özünü idarəetmə

Müasir layihə idarəetməsində uğur qazanmaq üçün yalnız texniki biliklərə sahib olmaq ...