Xəbərlər
ADA Universitetinin tələbələri üçün təşkil olunan PM Game workshop-u uğurla həyata keçirildi
Ekspertlərimizdən Zeynəbxanım Hüseynova və Firuzə Nəsibzadənin iştirakı ilə ADA Universitetinin tələbələri üçün təşkil olunan PM Game workshop-u uğurla həyata keçirildi.🎯
Bu cür interaktiv sessiyalar bir daha göstərir ki, layihə idarəçiliyi yalnız texniki alətlərdən və planlaşdırmadan ibarət deyil. Praktiki yanaşma zamanı iştirakçılar real vaxtda ünsiyyət qurmağın, komanda daxilində düzgün koordinasiyanın, operativ qərarvermənin və liderlik bacarıqlarının nə qədər vacib olduğunu öz təcrübələri ilə hiss edirlər.
Workshop boyunca tələbələr yüksək motivasiya nümayiş etdirdilər, aktiv iştirak etdilər və verilən tapşırıqları böyük maraqla yerinə yetirdilər. Bu isə sessiyanın daha dinamik və məhsuldar keçməsinə şərait yaratdı.🌟
Əməkdaşlığa verdiyi töhfəyə görə Vüsal Həsənova xüsusi təşəkkürümüzü bildiririk.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
23.06.2026
Xəbərlər
Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin əsas növləri
Dövlət-Özəl Tərəfdaşlığı dedikdə çoxlarımızın ağlına yalnız ödənişli yollar və ya iri ...
Xəbərlər
Layihələrin idarə olunması yalnız metodologiya və ...
Layihələrin idarə olunması yalnız metodologiya və alətlərdən ibarət deyil — bu, ...