• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Avrora komandası ilə birlikdə IPMA ICB4 təliminə start verdik

Avrora komandası ilə birlikdə IPMA ICB4 təliminə start verdik və artıq ilk günlərdən çox maraqlı, dinamik bir mühit formalaşıb. Təlim prosesi sadəcə nəzəri biliklərlə məhdudlaşmır — iştirakçılar öz real iş təcrübələrini açıq şəkildə bölüşür, bu təcrübələr vörkşoplarda praktiki şəkildə əksini tapır. Bu isə öyrənmə prosesini daha dərin və dəyərli edir.
Başlanğıc mərhələsində Avrora komandası ilə birlikdə Rəşad İbrahimovun xüsusi müəllif proqramı olan “PM Anatomy” vörkşopunu təşkil etdik. Vörkşop ekspertimiz Vüqar Bayramovun iştirakı ilə həyata keçirildi və iştirakçılar üçün olduqca fərqli bir təcrübə yaratdı.

Bu sessiyanın əsas məqsədi real iş mühitinə maksimum yaxın olan case study üzərindən işləmək idi. İştirakçılar komandalar şəklində bölünərək təqdim olunan layihənin sənədlərini başlanğıcdan sona qədər idarə etdilər, qərarlar qəbul etdilər, problemlərlə üzləşdilər və həll yolları formalaşdırdılar. Bu proses həm onların mövcud bilik və bacarıqlarını üzə çıxardı, həm də yeni baxış bucaqları qazandırdı.
Ümumilikdə, proses çox interaktiv, enerjili və düşündürücü keçdi. Hər bir iştirakçı yalnız öyrənən deyil, eyni zamanda öyrədən rolunda çıxış etdi. Bu isə təlimin dəyərini qat-qat artırdı.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

22.06.2026

Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin əsas növləri

Xəbərlər

Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin əsas növləri

Dövlət-Özəl Tərəfdaşlığı dedikdə çoxlarımızın ağlına yalnız ödənişli yollar və ya iri ...

Layihələrin idarə olunması yalnız metodologiya və ...

Xəbərlər

Layihələrin idarə olunması yalnız metodologiya və ...

Layihələrin idarə olunması yalnız metodologiya və alətlərdən ibarət deyil — bu, ...