• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlarının hazırladığı birinci layihə “TURKSU” Layihəsi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlarının hazırladığı birinci  layihə “TURKSU” Layihəsidir. 
Komanda üzvləri Arzu Gülməmmədova, Səbinə Babayeva, Nigar Məmmədova, Mehriban Bağırova, Əvəz Mustafayev idi. 

TURKSU layihəsi, Türk Dövlətləri Təşkilatının (TDT) tam hüquqlu üzvü olan beş dövlətin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan – ali təhsil mübadiləsi proqramıdır. Təqdimatda layihənin müxtəlif aspektləri, o cümlədən ümumi məlumat, RACI matriksi, satınalma cədvəli, layihənin nizamnaməsi, maraqlı tərəflərin siyahısı, WBS+Gantt diaqramı, büdcə, standartlar və risk cədvəli yer alır. Bu layihə, iştirakçı ölkələr arasında akademik və mədəni əlaqələrin gücləndirilməsi, təhsil sahəsində yeni imkanların yaradılması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədini güdür.

TURKSU layihəsi, yalnız təhsil sahəsində deyil, həm də mədəniyyət və diplomatik əlaqələr sahəsində müsbət təsirə malikdir. Bu layihə vasitəsilə, iştirakçı ölkələr arasında daha sıx əlaqələr qurulacaq, qarşılıqlı anlayış artırılacaq və təhsil mübadiləsinin davamlı olması üçün struktur təmin ediləcək. Həmçinin, layihə gələcəkdə daha geniş regionlara təsir göstərməyi planlaşdıran bir nümunə ola bilər.

Bu layihə, həmçinin Türk Dövlətləri Təşkilatının gələcək təhsil siyasətləri və strategiyalarının formalaşdırılmasında əsas rol oynaya bilər.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

25.12.2024

HR-də yaxşı ideyalar niyə nəticə vermir?

Xəbərlər

HR-də yaxşı ideyalar niyə nəticə vermir?

HR-də bir çox yaxşı fikir eyni aqibəti yaşayır. Başlanğıcda hər şey ...

PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ ...

Xəbərlər

PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ ...

Keçdiyimiz günlərdə WUF13 və PMO.az'ın əməkdaşlıq çərçivəsində Xankəndi şəhərinin Qarabağ Universiteti ...