• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlarının hazırladığı ikinci layihə “SÜNİ İNTELEKT dəstəyi ilə Karyera Planlanması Platforması” Layihəsi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlarının hazırladığı ikinci  layihə “SÜNİ İNTELEKT dəstəyi ilə Karyera Planlanması Platforması” Layihəsidir.
Komanda üzvləri Xədicə Cəbrayılova, Mehriban Səlimova, Kənan Əli, Nigar Həsənova idi.

"Karyera Plus" platforması, istifadəçilərin karyera planlamasında daha effektiv və məlumatlı qərarlar qəbul etməsinə dəstək olmaq üçün süni intellekt texnologiyalarını tətbiq edir. Bu platforma istifadəçilərin fərdi maraqlarını, bacarıqlarını və uzunmüddətli məqsədlərini nəzərə alaraq, onlara xüsusi uyğunlaşdırılmış məsləhətlər, təlim proqramları və karyera inkişaf yolları təqdim etməyi hədəfləyir.

Platformanın əsas funksiyalarına fərdi təhlil vasitəsilə uyğun peşələrin müəyyənləşdirilməsi, iş bazarında mövcud trendlər barədə məlumatlandırma, effektiv CV və müraciət strategiyalarının hazırlanması və peşəkar şəbəkə qurma imkanlarının genişləndirilməsi daxildir. Həmçinin, istifadəçilər üçün interaktiv təlimlər, sertifikat proqramları və peşəkar mentorlarla əlaqə qurma imkanı da təqdim olunur.

Bu yanaşma vasitəsilə "Karyera Plus" həm fərdi, həm də korporativ istifadəçilərin karyera inkişafı sahəsində etibarlı tərəfdaşa çevrilməyi məqsəd qoyur.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

29.12.2024

Neytrallığın sonu: Layihə menecerləri etik aydınlıqla ...

Xəbərlər

Neytrallığın sonu: Layihə menecerləri etik aydınlıqla ...

1990-cı illərin sonlarında layihə meneceri kimi fəaliyyətə başladığımda mənə neytrallığın qızıl ...

Layihə İdarəetməsində

Xəbərlər

Layihə İdarəetməsində "Liderlik Davranışlarının Təsiri"

Layihə idarəetməsi yalnız bir sıra təkrarlanan tapşırıqların yerinə yetirilməsi deyil, həm ...