Xəbərlər
Azərbaycan Respublikasının Gənclər Fondu
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən “Layihələrin idarəedilməsi üzrə menecerlik” proqramında “PMO.az - layihə düşüncə məktəbi” komandası olaraq tərəfdaş kimi iştrak etdik.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
1 ay davam edən proqramda 30 nəfər gənc Layihə yazmağı öyrəndilər, öz layihələrini hazırladılar və mülsiflər heyəti qarşısında müdafiə etdilər.
Təlimin sonunda komandalar öz layihələrini təqdim etdilər. Layihələrdən biri “RobECO” komandasının idi. Komanda üzvləri Elvira Təhməzli,Sücayət Məmmədova,Qasım Xəlilov,Sevinc Hüseynzadə,Əvəz Əsgərov və Elmir Şahgəldiyev idi.Onlar su hövzələrinin təmizlənməsi üçün robotların istifadəsini əhatə edirdi. Komanda, çirklənmiş su hövzələrində robot texnologiyalarından istifadə etməklə tullantıların təmizlənməsini hədəfləyirdi. Layihənin əsas məqsədi, ekoloji problemlərin həllinə töhfə vermək, həmçinin, bu sahədə robot texnologiyalarının tətbiqini genişləndirmək idi. Təqdimat zamanı komanda robotların iş prinsipini, istifadə olunan texnologiyaları və gözlənilən nəticələri ətraflı izah etdi. Bu layihə, həm texnologiyanın inkişafı, həm də ətraf mühitin qorunması baxımından əhəmiyyətli bir təşəbbüs olaraq diqqət çəkdi. Layihənin uğurla həyata keçirilməsi, gələcəkdə bu sahədə daha geniş miqyasda tətbiq olunma potensialını da nümayiş etdirir.
Qeyd edim ki, Dayanıqlı Layihə Menecmenti mövzusu ilə üst üstə düşməsi və GPM Global təşkilatının Beynəlxalq təlim partnyoru olaraq bizi çox sevindirdi. Bu arada növbəti beynəlxalq imtahana hazırlıq təlimlərimizə start veririk və sizləri gözləyirik.💚
#layihedushunce #asankönüllüləri
12.08.2024