• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Azərbaycanda Layihə idarəolunması prinsipləri varmı?

Azərbaycanda Layihə idarəolunması prinsipləri varmı?

Ötən il Beynəlxalq səviyyədə tanınmış peşəkar layihə rəhbəri Rəşad İbrahimovun rəhbərliyi ilə “Layihələrin İdarə Olunması Prinsipləri” hazırlanaraq oxuculara təqdim edildi. Prinsiplər ilk dəfə olaraq Rusiya Layihə Birliyi (Проектная Ассоциация) komandası hazırlamışdır. Qeyd etmək istərdik ki bu gün layihə yanaşmasını tədbiq edən hər bir şirkət bu prinsipləri əsas götürməsi tövsiyyə edilir.

Şirkətlər peşələr inkişaf etdikdə iş dünyasında tətbiq olunan aparıcı idarəolunma prinsipləri, metodları, eləcə də rəhbərlərin işə baxış bucağı dəyişməyə davam edir. Ən qədim zamanlardan başlayaraq müəyyən bir qurumun, təşkilatın müasir dövrümüzdə isə şirkətlərin təməli layihələr üzərində qurulmuşdur. Şirkətdə olan əsas məhsulun ərsəyə gəlməsindən başlayıb onun alt mərhələlərinə ensək görərik ki, hər bir detalın hazırlanması üçün müəyyən bir resurs, vaxt, məqsəd tələb olunur. Vacib olan unikal məhsulun hazırlanması isə elə layihənin özüdür. Deməli layihə başdan sona işin ən vacib hissəsini təşkil edir. Layihələr müxtəlif sahələrə, strukturlara malik ola bilir. Lakin həcmindən mahiyyətindən asılı olmayaraq hər bir layihənin uğur göstəricisi onun rəhbərindən asılıdır. Bu nöqteyi nəzərdən demək olar ki, sağlam bir gəmi bir səbəb olmadan uğursuzluğa düçar olub batırsa, bu yerdə hər kəs gəmini idarə edən kapitanı günahlandıracaq. Keyfiyyət baxımından çatışmazlığı olmayan layihəni kapitanlar məhv edə bilər. Lakin texnologiya və informasiya mübadiləsi inkişaf etdikcə layihə rəhbərləri öz misalımızca desək -həmin kapitanlar artıq kifayət qədər özlərini inkişaf etdirə bilərlər. Layihənin başlanğıcından onun sonunu görə bilən rəhbər hər zaman kifayət qədər risklərə davamlı və planlı hərəkət edə bilir.

Əlaqəli məqalələr:

Layihə İdarəetmə nədir?

Layihə idarə etməsində etikanın vacibliyi.

 Layihələr aktuallığını hər zaman saxlayacaq fəaliyyətdir buna görə də onun idarəolunma prinsipləri istər xarici bazarda, istərsə də ölkə miqyasında hər zaman öz mahiyyətini qoruyub saxlayır. Hər gəmi eyni olmadığı kimi, hər kapitan da gəmini eyni cür idarə etmir. Məsələn Amerikanın ən böyük ştatlarının birində kifayət qədər resurs və təcrübəsi olan bir rəhbər genişmiqyaslı bir layihəni öz təcrübə və biliklərinə əsaslanaraq idarə edib başdan sona müəyyən edilən vaxtda yekunlaşdıra bilər. Lakin bir digər tərəfdə dünya standartlarına çatmayan bir ölkədə çox da böyük olmayan şirkət daxilində layihə idarə olunmasında elə bir prinsip ortaya çıxa bilər ki, bu həm vaxt həm keyfiyyət baxımından həmin layihənin dəyərini birə-beş artıra bilər. Deməli əsl səriştə həqiqətən də kapitanda olmalıdır. Bu baxımdan sizə ölkəmizdə Layihə düşüncə məktəbinin yaradıcısı, PMO.az platformasının təsisçisi Rəşad İbrahimovun layihə idarəolunması prinsiplərinin əsasını təşkil edən sənədlər əsasında bu prinsiplərin detallarını işıqlandırmaq istəyirəm.

 

Prinsiplərə görə də əgər layihə rəhbəri şəxsən özü proseslərdə iştirak edirsə, bu zaman layihə rəhbərinə xas prinsiplər irəli sürülməlidir.

1. Layihə meneceri mövcud etika kodekslərinin birini seçməli və öz fəaliyyətində onu rəhbər tutmalı və ya öz etik prinsiplərini hazırlamalıdır.

Təbiidir ki, öz şəxsi dəyərlərini formalaşdırmağı bacarmayan bir kəs hər hansı bir məhsulun formalaşdırılması prosesində ona nəzarət edə bilməz. Bu baxımdan layihə rəhbəri kifayət qədər kompetensiyalı olmaqla yanaşı, həm də şəxsi dəyərləri baxımından zəngin olmalıdır.

Layihə meneceri layihədə o zaman iştirak edir ki, layihə ilə həqiqətən maraqlanır, əmindir ki, onun riayət etdiyi həmin idarəetmə və etik prinsiplərinə uyğun olaraq onu yerinə yetirəcək gücdədir.

Layihə rəhbəri əvvəlcədən layihə ilə tanış olub, bu layihənin onun bilik və bacarıqlarına, eləcə də öz təcrübəsinə görə dəyərləndirib qəbul etməlidir.Öz idarəçilik prinsipləri ilə üst-üstə düşməyən layihələrdə uğursuzluq qaçınılmazdır.

Layihə rəhbəri layihənin əvvəlində : Layihənin məhsulunu və faydalarını təsvir edir; Onlar üçün şəxsi məsuliyyətin möhkəmlənməsinə nail olur, əsas maraqlı tərəfləri və onların gözləntilərini müəyyənləşdirir, layihənin əhəmiyyətli riskləri, məhdudiyyətləri və fərziyyələri barədə maraqlı tərəfləri məlumatlandırır; Layihənin planlaşdırılması üçün zəruri olan mütəxəssislərin tərkibini müəyyənləşdirir, layihənin uğurla həyata keçirilməsi üçün zəruri səlahiyyətləri qeyd edir.

Qeyd olunduğu kimi, hər bir layihənin müaəyyən olunan əvvəlcədən planlaşdırılan başlama və bitmə vaxtı – həyat dövrü olur. Layihə rəhbəri bu vaxtı layihənin bütün aspektlərini ,resursunu, strukturunu nəzərə alıb müəyyənləşdirməlidir. Buna görə başdan sona layihənin həyat dövrünə monitorinq və nəzarəti də rəhbər tərəfindən yerinə yetirilməlidir.

Layihəni planlaşdırarkən: Maraqlı tərəflərin tərkibini və onların layihədən gözləntilərini aydınlaşdırır; Maraqlı tərəflərin əhəmiyyətli maraq toqquşması zamanı, münaqişəni dərhal həll edir və ya daha yüksək səviyyəyə qaldırır; planlaşdırma alətlərini istifadə edərək, layihənin maraqlı tərəflərin gözləntilərinin təmin olunması şərtilə, layihənin həyata keçirilməsinin mümkünlüyünə əmin olur; Zərurət olduqda maraqlı tərəflərin gözləntilərinə düzəliş edir; layihənin maraqlı tərəflərin gözləntilərinin təmin olunması şərtilə layihənin tamamlanmasının mümkünlüyünə əmin olmadıqca layihənin icrasına keçid etmir.    

Demək olar ki, layihə rəhbərindən ən çox diqqət və məsuliyyət layihənin planlama müddətində tələb olunur. Çünki düzgün planlanmayan layihə düzgün idarə də oluna bilməz. Bu müddət ərzində layihə rəhbəri layihə iştirakçıları ilə sıx əlaqədə olmalı və layihəyə uyğun resursu müəyyən etməlidir.

Layihəni icra edərkən: Müntəzəm olaraq nəzarət edir ki, layihə maraqlı tərəflər üçün hələ də dəyərlidir; Layihə hələ də maraqlı tərəflərin gözləntilərini təmin edə bilir; layihə komandası hələ də layihənin uğuruna inanır; Zəruri olan halda layihəyə düzəliş etməyi və ya onu dayandırmağı təklif edir, layihənin düzəlməsi üçün tədbirlər görür; Maraqların toqquşması yarandığı halda, bütün maraqlı tərəflərin fikirlərini nəzərə alaraq, onları açıq şəkildə həll edir.

Layihə rəhbəri layihənin icra müddətində düzgün planlayıb nəticələrini gözlədiyi prosesləri nəzarət altında tətbiqinə başlayır.Bu mərhələdə layihənin qarşıya çıxan gecikkmə və problemlərini rəhbər düzgün qiymətləndirib həll etməyi bacarmalıdır.Əgər gəminin buz qayasına çırpılmadan xilas etməyi bacarırsa , deməli onu yaxşı kapitan adlandırmaq olar.

Layihəni sonlandırarkən öyrənilmiş dərsləri təhlil edir və fərdi inkişaf planını düzəldir.

Hər bir uğurlu layihə layihə rəhbəri üçün qazanılmış bir uğur,böyük təcrübə və göyərtəyə salamat çatan bir gəmidir.

Layihələrin İdarə Olunması Prinsipləri əldə etmək üçün linkə keçid alın

Müəllif: Gənc layihə rəhbəri Günel Əliyeva

11.01.2022

PMO.az və SCOPE Consulting Layihə Menecmentində ...

Xəbərlər

PMO.az və SCOPE Consulting Layihə Menecmentində ...

PMO.az və SCOPE Consulting Layihə Menecmentində Dayanıqlılığın Təşviqi Üzrə Memorandum İmzalamışdır ...

PMP-nin 10 Əsas Bilik Sahələri

Xəbərlər

PMP-nin 10 Əsas Bilik Sahələri

PMP-nin 10 Əsas Bilik Sahələri Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...