• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Layihə idarə etməsində etikanın vacibliyi. Elşən Zeynalov

Layihə idarə etməsində etikanın vacibliyi:

Giriş: Layihə menecerləri üçün etik öhdəliklər

Etika, bütün təşkilatlarda, onların çalışanları və digər maraqlı tərəflər üçün vacib olduğu kimi iri və mürəkkəb layihələri icra edən, həmçinin müxtəlif maraqlı tərəflərlə əlaqədə olan layihə menecerləri üçün də öz vacibliyini qoruyur. Etik olmaq, etik normalara əməl etmək layihə menecerləri üçün ilkin şərtlərdən biridir.

Müxtəlif aspektlərdən məsləyə daha dərindən baxaq;

-Tender və axtarış:

Layihə üçün tender və axtarış qeyri - etik və qəbuledilməz davranın əsas mənbələri ola bilər. Bunu, 2016 - cı ildə başa çatmış Rio olimpiadasına iddialı olan qlobal tikinti və infrastruktur şirkətləri misal gətirmək olar. Şirkətlərin və oların layihə menecerlərinin layihələri bağlamaq, onların layihə təkliflərin rəqiblərinin təkliflərindən əvvəl nəzərdən keçirilməsini təmin etmək üçün, qeyri - etik üsullardan istifadə edilməsinə dair bir sıra iddialar ortaya atılıb. Bura həmçinin Qətərdə keçiriləcək Futbol üzrə Dünya kuboku üçün firmalar və oların layihə menecerləri tərəfindən işlədilən qeyri - etik məqamlarla bağlı şayiələr ortaya çixib.

Maddi və qeyri - maddi təşviqlər, lobbiçilik kimi alətləri bura misal çəkə bilərik.

Layihə menecerinin geniş sosial məsuliyyəti:

Sosial həyatda həm təhsil, həm tibbi, həm də hüquq sahəsində olduğu kimi, layihənin idarə edilməsi sahəsinin də iştehlakla və cəmiyyətin digər üzləri daxil olmaqla daha geniş maraqlı tərəflər qarşısında böyük öhdəlikləri vardır. Bu səbəbdən layihə menecerləri öz maraqlı tərəflərinə qarşı məsuliyyət və öhdəliklərini başqa bir  "xərc maddəsi" kimi görməzlikdən gəlməlidir. Əksinə olaraq layihənin tender mərhələsindən başlayaq, layihənin təhvil verilməsinə qədər bütün etaplarda normativ və etik davranış qaydalarına əməl etməlidirlər.

Məsələn, iri və meqa layihələrdə iştirak edən layihə meneceri qanunvericiliyə əsasən, müxtəlif ekoloji uyğunluq və başqa bu kimi tənzimləyici qurumları məlumatlandırmaq kimi öhdəliyə malikdir. Heç bir halda layihə meneceri bu normalara uyğunsuzluq, məlumatların gizlədilməsi kimi hallar yol verməməlidir. Bu halım baş verməsi, təkcə etik normaları pozmaq deyil, eyni zamanda xitab etdiyin cəmiyyət qarşında məsuliyyətlərini yerinə yetirilməməsi mənasına gəlir.

Nəticə:

Etibarlıq, dürüstlük, məsuliyyət və ədalət komandaya harmoniya və peşəkarlıq yaradan önəmli dəyərlərdir. Nəticə etibari ilə etik qaydada riayət etmək layihə menecerləri üçün bəlkə də çətin olsada, bunu bilmək lazımdır ki, işin sonunda "ən yumuşaq yazdıq təmiz vicdandır". Bunun üçün normativ olmaq, etikaya riayət etmək özlüyündə "ali dəyərlərlə yoğrulmuş məqsəddir. Bundan əlavə layihə menecerlərinin bütün qarşılıqlı əlaqələrdə etik davranmaları daha uyğundur. Əks halda uzunmüddətli davamlılıq və korporativ imic zərbə alacaq. Uzun müddətdə peşman olmadansa, təhlükəsiz olmaq daha yaxşıdır. Unutmayaq ki, liderlik tamailə etik seçimlərdən asılıdır.

Müəllif 
Elşən Zeynaov 

13.12.2021

Layihə İdarəetməsində Etik Dəyərlər

Xəbərlər

Layihə İdarəetməsində Etik Dəyərlər

Layihə idarəetməsinin dinamik və mürəkkəb dünyasında etik prinsiplərə riayət etmək bir ...

Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...

Xəbərlər

Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...

Layihə idarəetməsində 80/20 qaydası (və ya Pareto prinsipi) geniş şəkildə istifadə ...