• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

AzPMA-dan daha bir yenilik

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Layihələrin İdarəedilməsi Azərbaycan Assosiasiyası (AzPMA) layihə menecmenti sahəsində ali təhsildə dayanıqlı inkişafı dəstəkləmək, beynəlxalq standartlar əsasında tələbə, professor-müəllim heyəti və bu sahədə peşəkar nailiyyətlərə imza atmaq niyyətində olan şəxslərin səriştələrinin artırılması məqsədilə əməkdaşlığa start verdilər.

Əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən tədbirlərin keçirilməsi, müştərək layihələrin icra olunması, bu sahənin inkişafında milli və beynəlxalq təlimlərin icrası nəzərdə tutulur.  Əməkdaşlığın digər mühüm prioriteti ATMU tələbələrinin beynəlxalq IPMA  standartları üzrə sertifikatlaşdırılması üçün təqaüd proqramının icrasıdır.

İmzalanmış “Anlaşma memorandumu”-na əsasən ATMU-da IPMA təlim mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəz yüksək kvalifikasiyalı peşəkarlar tərəfindən IPMA sertifikasiyasına hazırlaşmaq istəyən bütün şəxslər üçün təlimlərə başlamaq məqsədilə tezliklə müraciətlərin qəbuluna start verəcəkdir.

Təlim iştirakçıları daha sonra IPMA sertifikasiya imtahanında iştirak edərək bu nüfuzlu beynəlxalq təşkilatın layihə idarəetməsi sahəsində sertifikatını əldə edə bilərlər.

Mənbə

ipma.az/atmu-v%c9%99-azpma-arasinda-anlasma-memorandumu-imzalandi/?fbclid=IwAR1LLQcT3MnUIvJL7z4HmZBRnlg4E_WXqhYHlLOsA0bb1FT9zvLjKS1cM88

03.06.2021

Layihələrin idarə olunması alətləri: Trello

Xəbərlər

Layihələrin idarə olunması alətləri: Trello

Layihələrin idarə olunması alətləri: Trello 4. Trello  Excel-dən sonra dünyanın ən ...

#Yüksəliş: 7. Büdcənin idarə edilməsi bacarığı ...

Xəbərlər

#Yüksəliş: 7. Büdcənin idarə edilməsi bacarığı ...

7. Büdcənin idarə edilməsi bacarığı və ya Praktika 7: Maliyyələr #yüksəliş müsabiqədə ...