• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Bacarıqlardan kənarda: Dayanıqlı layihə idarəetməsində xarakterin gücü

Layihə idarəçiliyi deyəndə çox zaman ağla ilk gələn bacarıq və biliklər olur. Ancaq uğurlu layihənin arxasında yalnız texniki kompetensiya deyil, həm də düzgün xarakter xüsusiyyətləri dayanır. Bu yanaşma göstərir ki, empatiya, dürüstlük və məsuliyyət kimi keyfiyyətlər layihə rəhbərliyində həqiqi fərq yaradan əsas amillərdəndir.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

 

Layihə idarəçiliyi sahəsində biz çox zaman kompetensiyanı – yəni bacarıq və bilikləri – ön plana çəkirik.

IPMA, ISO, GAPPS kimi beynəlxalq standartlara istinad edirik. Ancaq unutmamalıyıq ki, uğurlu layihə üçün təkcə bilik və bacarıq yetərli deyil! Layihə rəhbərləri, həm də öyrənilən bacarıqlardan kənara çıxan və insanın daxilindən gələn müəyyən xarakter xüsusiyyətlərinə sahib olmalıdır. Bunlar elə keyfiyyətlərdir ki, insanı dürüst rəhbərliyə sövq edir, komandada ruh yaradır və işin daha geniş təsirini daim nəzərdə saxlayır. Bəlkə də siz də bacarığı olan, amma bu cür xarakter çatışmazlığı ilə layihəni uğursuz edən birini tanıyırsınız.

 

Xarakter + Kompetensiya = Peşəkar Keyfiyyətlər

Bu peşəkar keyfiyyətlər yalnız bilik və bacarıqların birləşməsindən ibarət deyil; həm də işə yanaşma tərzimizi müəyyən edir. Xüsusilə dayanıqlı layihə idarəçiliyi sahəsində bu yanaşma çox vacibdir. Mənfəətlə ekoloji dəyərlər, sosial məsuliyyət və uzunmüddətli dayanıqlıq arasında tarazlıq yaratmaq – həm kompetensiyanı, həm də düzgün xarakteri tələb edir. Bu unikal vəhdət layihə rəhbərinə təkcə layihəni vaxtında və büdcə daxilində tamamlamağa deyil, həm də dünyaya uzunmüddətli müsbət təsir göstərməyə imkan verir.

 

İki Layihə Rəhbərinin Hekayəsi: Humanitar Yardım Layihəsi

Aşağıdakı hekayədə eyni bacarıq və biliklərə sahib, amma xarakter xüsusiyyətləri ilə fərqlənən iki layihə rəhbəri müqayisə olunur:

 

Layihə Rəhbəri A

Layihə Rəhbəri B

Empatiya göstərən, məqsədyönlü,                əməkdaşlığa açıq, şəffaf və məsuliyyətli

Empatiyası olmayan, məqsəddən uzaq, əməkdaşlıqdan yayınan, qapalı və məsuliyyətsiz

 

 

Komanda ilə ilkin münasibət:

A təyin olunandan dərhal sonra komanda üzvləri ilə görüş keçirdi, onların maraq və narahatlıqlarını dinlədi. Hər kəsin fikrini ifadə edə biləcəyi təhlükəsiz mühit yaratdı.

B isə daha sərt və əmrverici yanaşma sərgilədi. Rolları sadəcə e-mail ilə paylaşdı, komanda ruhu formalaşdırmaq üçün heç bir təşəbbüs göstərmədi.

 

Komanda bağlılığı:

A komanda ilə müntəzəm görüşlər təşkil etdi, çətinlikləri və nailiyyətləri bölüşmək imkanı yaratdı. Fərdi töhfələri açıq şəkildə tanıtdı və təşviq etdi.

B isə yalnız tapşırıqlar və son tarixlərə fokuslandı. Heç bir təşəkkür və ya təşviq yox idi. Görüşlər qısa və müzakirəsiz keçirildi.

 

Problemlərin həlli:

A ciddi bir təchizat problemi yarananda "brainstorming" sessiyası keçirdi, hər kəsin fikrini topladı və yaradıcı həll yolu tapıldı.

B isə problemi təkbaşına həll etməyə çalışdı, komandanın fikrini nəzərə almadı. Nəticədə gecikmələr və zəif çıxış baş verdi.

 

Maraqlı tərəflərlə münasibət:

A mütəmadi və dürüst kommunikasiya aparırdı. Problemləri gizlətmədən bölüşdü və bu da əlavə resurslar əldə etməyə kömək etdi.

B isə yalnız minimum məlumatı paylaşırdı. Şəffaflıq olmadığından maraqlı tərəflərin etimadı azaldı və əlavə dəstək almaq çətinləşdi.

 

Layihənin nəticəsi:

A rəhbərliyi altında layihə vaxtında başa çatdı, komanda məmnun idi və humanitar yardım effektiv şəkildə çatdırıldı. Layihə yenilikçi və birləşdirici ruhuna görə təqdir edildi.

B rəhbərliyində isə komanda motivasiyasını itirdi, layihə gecikdi və maraqlı tərəflərlə münasibət pozuldu. Nəticə olaraq, layihə başa çatsa da, potensial təsir çox az oldu.

 

Bu müqayisə göstərir ki, bilik və bacarıqlar vacib olsa da, empatiya, məqsədyönlülük, əməkdaşlıq, şəffaflıq və məsuliyyət kimi xarakter xüsusiyyətləri layihənin uğurunu əsaslı şəkildə dəyişə bilər. Xüsusilə humanitar layihələr kimi həssas sahələrdə bu cür keyfiyyətlər həlledici rol oynayır.

 

Son Düşüncə

Layihə idarəçiliyində kompetensiya – yəni bacarıq və biliklər – əvəzsizdir. Bu bizə çətinliklərə cavab verməyə, hədəflərə çatmağa yardım edir. Amma unutmaq olmaz ki, bu kompetensiyanı necə tətbiq etdiyimiz bizim xarakterimizdən asılıdır. Empatiya, dürüstlük, məsuliyyət kimi keyfiyyətlər bizə məqsədyönlü rəhbərlik etməyə, komandaları ruhlandırmağa və dəyərli nəticələr əldə etməyə imkan yaradır. Yadda saxlayaq: həqiqi uğur kompetensiya ilə xarakterin vəhdətindən doğur. Bu birlik sayəsində layihələrimiz təkcə bugünün ehtiyaclarını deyil, sabahın dünyasına da müsbət təsir edə bilər.16:14

 

Joel Carboni, 2025
Original məqalə üçün: GPM GLOBAL
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun

19.06.2025

Dil və terminologiya: Bərabərlik yolunda görünməz ...

Xəbərlər

Dil və terminologiya: Bərabərlik yolunda görünməz ...

İşlədiyim bütün təşkilatlarda bu kimi ifadələrə rast gəlmişəm: “resurslar”, “danışıqsız şərtlər”, ...

3 günlük proqramımızın son günü, 8 ...

Xəbərlər

3 günlük proqramımızın son günü, 8 ...

3 günlük proqramımızın son günü, 8 iyun İlk məkanımız İçəri Şəhər ...