• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Cəlil Məmmədquluzadə,
    102A, City Point

Xəbərlər

Bakı Limanı ilə Antverp Limanının müştərək layihəsinin açılış mərasimi baş tutub

Bakı Limanı ilə Antverp Limanının müştərək layihəsinin açılış mərasimi baş tutub

Bu gün Belçika Krallığında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Antverp Beynəlxalq Limanının birgə həyata keçirdiyi “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsinin açılış mərasimi baş tutub. Açılışı mərasimə mərasimə onlayn formada qatılan Bakı Limanının Baş direktoru Taleh Ziyadov və Antverp Beynəlxalq Limanının “APEC Liman Təlim Mərkəzi”-nin Layihələr və Planlama üzrə Direktoru və İdarə Heyətinin üzvü Steffan Kassimon edib. Açılış mərasimində çıxış edən Taleh Ziyadov bildirib ki, bu ilin yanvar ayında Bakı Limanı ilə Antverp Limanı arasında imzalanan insan kapitalının inkişafına dair Anlaşma Memorandumuna əsasən həyata keçirilən bu layihə yerli şirkətlərin təhlükəsizlik, mühafizə, sağlamlıq kimi məsələrəndən cavabdeh olan şəxslərinə Avropanın aparıcı təlim mərkəzində 21-ci əsrin tələblərinə cavab verən bilik əldə etməsini təmin edəcəkdir. Eyni zamanda, diqqətə çatdırılıb ki, memoranduma əsasən belə təlimlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur ki, bu da Avropanın ikinci ən çox yük aşıran limanı ilə əməkdaşlığın genişləndirilməsinə imkan verəcəkdir. Cənab Steffan Kassimon da bu əməkdaşlıqdan və Azərbaycandan olan təlim iştirakçılarını Belçika Krallığında salamlamaqdan məmnunluq duyduğunu bildirib.

Qeyd edək ki, hazırda Belçika Krallığında olan Azərbaycanın müxtəlif dövlət qurumlarını və ölkəmizdə fəaliyyət göstərən özəl şirkətlərin təhlükəsizlik məsələlərindən cavabdeh olan 12 rəhbər şəxsi, bu layihə çərçivəsində, Antverp Limanının və Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən keçirilən praktiki təlimlərdə iştirak edəcək və müasir nəzarət, idarəetmə mexanizmləri ilə yerində tanış olacaqlar.

http://portofbaku.com/MediaCenter/News/1097

Bir işçi layihənin ortasında işdən çıxır: ...

Xəbərlər

Bir işçi layihənin ortasında işdən çıxır: ...

Bir işçi layihənin ortasında işdən çıxır: nə etməli və hara qaçmalı ...

Layihə və biznes prosesinin idarə edilməsi: ...

Xəbərlər

Layihə və biznes prosesinin idarə edilməsi: ...

Layihə və biznes prosesinin idarə edilməsi: 12 onlayn xidmət Komandanın işini ...