• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Bakı Limanı ölkəmizdə beynəlxalq təlim layihəsi təşkil edir

Bakı Limanı ölkəmizdə beynəlxalq təlim layihəsi təşkil edir

Bu ilin 29 sentyabr - 2 oktyabr tarixlərində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Antverp Beynəlxalq Limanının “APEC Beynəlxalq Təlim Mərkəzi” ilə birgə, Bakıda “Strateji Planlama, Biznesin İnkişafı və Marketinq” adlı təlim-master klassını keçirəcək. Marriot Bulvar otelində keçirilməsi nəzərdə tutulan beynəlxalq layihədə dünyaca məşhur ekspert, Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının Biznesin İnkişafı üzrə Baş müşaviri cənab Niko Says aşağıdakı mövzuları interaktiv formada tədris edəcək.

- “Strateji planlamanın əsasları-Avropa modeli”

- “Sənaye və infrastruktur platformalarında strateji planlama”

- “Beynəlxalq təchizat zənciri və marketinq”

- “Azad iqtisadi zonalar və mənfəətin idarə edilməsi”

- “Korporativ idarəetmə-Antverp modeli”

- “İnvestisiyaların cəlbi və yatırım modeli”

- “Brendinq, marketinq və korporativ münasibətlər”

Layihə çərçivəsində Belçika Krallığının sənaye və texniki mərkəzləri ilə onlayn bağlantı qurulacaq və həmin mərkəzlərin rəhbər heyətlərinin mövzulara dair interaktiv fikirləri öyrəniləcək, interaktiv olaraq 160 dan çox təlim vəsaitinin tətbiqi ilə müzakirələr ediləcək. 4 gün davam edəcək təlim-master klassların sonunda, iştirakçılara Antverp Beynəlxalq Limanı-APEC Beynəlxalq Təlim Mərkəzinin rəsmi sertifikatı təqdim ediləcək və Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediləcək.

Layihədə, korporativ idarəetmə, strateji planlama, biznesin inkişafı, təchizat zəncirinin idarə edilməsi, maliyyə cəlbi və marketinq, eləcə də kiçik və orta biznesin inkişafı üzrə mütəxəssislər iştirak edə bilərlər.

Layihədə bütün xərclər daxil, iştirakçı haqqı 500 AZN-dir və iştirakınızı təsdiq etmək üçün son qeydiyyat tarixi 20 sentyabrdır.

Bu təlim-master klassda iştirak etmək istəyənlər, qeyd edilən tarixədək trainingcenter@portofbaku.com mail ünvanı və ya 055 233 99 57, 012 599 00 03(3502) telefon nömrələrilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

http://portofbaku.com/MediaCenter/News/1098 

10.09.2021

Layihə İdarəetməsində Etik Dəyərlər

Xəbərlər

Layihə İdarəetməsində Etik Dəyərlər

Layihə idarəetməsinin dinamik və mürəkkəb dünyasında etik prinsiplərə riayət etmək bir ...

Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...

Xəbərlər

Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...

Layihə idarəetməsində 80/20 qaydası (və ya Pareto prinsipi) geniş şəkildə istifadə ...