Xəbərlər
Bəxtiyar Nəsibov - Rəqəmsal transformasiyada insan resurslarının idarə edilməsi.
RƏQƏMSAL TRANSFORMASİYADA İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ.
XÜLASƏ
4-cü sənaye inqilabına keçid etmiş dünyada rəqəmsal transformasiyadan yan keçmək mümkün deyildir. İnformasiya texnologiyalarının sürətli inkişafı həyatımızda asan həllər gətirsə də bəzi peşələri avtomatlaşdırmaqla həmin peşələrə ehtiyyacı azaldır. Şirkətlərin rəqəmsal transformasiyası öz növbəsində şirkətin insan resurslarının idarəedilməsində də bəzi problemlərə gətirib çıxardır. Bu tezisdə həmin problemlər analiz edilərək şirkətdəki rəqəmsal transformasiya keçidinin nizamlanması təklifləri verilmişdir.
Açar sözlər: Rəqəmsal transformasiya, İnsan resursları, İnsan-maşın münasibətləri
İnsanın kompüterlə ilk tanışlığından sonra dünya yeni bir sənaye inqilabının – 4-cü sənaye inqilabına keçid etdi. Sürətlə həyatımıza daxil olan informasiya texnologiyaları zamanla şirkətlərin də strateji inkişaf planlarında öz yerini tapmışdır. Cari vəziyyətdə rəqəmsallaşma dalğasına qoşulmayan hər hansısa bir şirkətin ayaqda qalması ehtimalı çox azdır.
Şirkətlərin rəqəmsallaşma prosesinə təhrik edən aşağıdakı iki faktor vardır:
-
Proseslərin avtomatlaşdırılması: Proseslərin avtomatlaşdırılması siyasəti müəyyən müddətdən sonra şirkətin gəlirlərinin artırılmasına gətirib çıxarır. Gəlirin artmasına ilk səbəb proses avtomatlaşdıqdan sonra 7/24 xətasız işləyən insandan asılı olmayan bir sistem əladə ediləcəkdir. Gəlirin artmasına ikinci səbəb isə proses avtomatlaşdıqdan sonra sistemin insandan asılılığı azalır və müəyyən işçilərin əməyinə ehtiyyac qalmır və daha az işçi qüvvəsi ilə daha çox iş görmək mümkün olur.
-
Hesabatlılıq: Şirkətləri rəqəmsallaşdırmaya təhrik edən digər bir faktorda hesabatlılıqdır. Şirkətlər artıq qərarları intiutiv deyil əvvəlcədən toplanılmış data üzərindən daha əminliklə verirlər və alınmış qərarın uğursuz olmaslı ehtimalı daha da azalır.
Şirkətlər rəqəmsal transformasiya keçidində insan resurslarına təsiqi nəzərə alınmalıdır. Rəqəmsal transformasiyada işçilərin verimliliyinin aşağı düşməsi halı da qaçınılmazdır. Eyni zamanda artıq işin müəyyən bir hissəsini maşınların icra etməsi iş yükünü azaltsada işçilərdə rəqəmsal transformasiyaya qarşı nifrət yaradır. Rəqəmsal transformasiya keçidində verimliliyin aşağı düşməməsi üçün strateji rəqəmsallaşdırma planı hazırlanmalı və müəyyən mərhələlərlə keçid baş tutmalıdır.
NƏTİCƏ
Rəqəmsallaşdırma strategiyası qəbul edilərkən insan resursları nəzərə alınmaqla rəqəmsallaşdırma planını aşağıdakı kimi qura bilərik:
-
Paralel keçid: bu halda rəqəmsal transformasiya planı keçmiş iş startegiyası ilə paralel həyata keçirilir. Bu üsulun yaxşı cəhəti ondadır ki, işçilərin verimliliyi heç azalmır və paralel olaraq yeni İT məhsullarını istifadə edirlər (öyrənirlər). Bu üsulun pis cəhəti isə odur ki, rəqəmsal transformasiya prosesi nəzərdə tutulandan daha çox vaxt alır.
-
Bir başa keçid: bu halda şirkət ənənəvi iş strategiyasını kənara atır və yeni rəqəmsallaşdırma planına nəzərən işçilər öz fəaliyyətlərini davam etdirir. Bu üsulun müsbət cəhəti ondadır ki, rəqəmsal transformasiya prosesi nəzərdə tutulandan daha tez baş verir. Bu üsulda risk ondadır ki, işçi yükü yeni informasiya texnologiyaları məhsulu ilə tanışlıq ərəfəsində olduğundan işçinin verimliliyi hədsiz dərəcədə aşağı düşür.
ƏDƏBİYYAT
-
AL-CHALABI, Mustafa, (2018). The digital transformation of the
swedish banking industry: a study on the digitalisation of swedish banks
and how it affects their perspective on customer experience. Uppsala
Universitet (Sweden).
-
FORD, Vincent, B., (2019). Digital Engagement as a Mechanism for Digital Transformation: An Exploratory Study of the Performing Arts. Temple University.
-
Lİ Lİ, Lu, (2011). Investigation of chinese traditional books' digital transformation path choice. University of Science and Technology of China.
22.06.2021
Xəbərlər
Six Sigma-nın tətbiqində qarşılaşılan çətinliklər və ...
Six Sigma-nın tətbiqi keyfiyyət və səmərəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər, lakin ...
Xəbərlər
Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək
Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...