Xəbərlər
🎉Bu gün Beynəlxalq Layihə Meneceri Günüdür!
Bəzən layihə meneceri olmaq, orkestrin dirijoru olmaq kimidir - amma fərq ondadır ki, bəzən orkestrin notları yoxdur, alətlər yarımçıqdır, səhnə isə hələ tikilməyib.
Və sən, bütün bu xaosun içində, bir melodiyanı eşitməyə çalışırsan.
Layihə meneceri olmaq - plan cızmaq deyil, ümid saxlamaqdır. Çünki bəzən planlar yanır, amma ruh qalır. Bəzən komanda yorulur, amma sən hələ də motivasiyanın “backup” versiyasısan.
Biz hamımız fərqli sahələrdə, fərqli layihələrdə işləyirik, amma bizi birləşdirən bir cümlə var:
👉 “Deadline dünəndir.” və biz, yenə də, çatdırırıq.
Bu gün bütün həmkarlarıma, səssiz qəhrəmanlara təşəkkür edirəm. Sizin sayənizdə ideyalar reallığa çevrilir, xaos sistemə dönür və gələcək formalaşır.
Layihələriniz uğurlu, komandalarınız motivasiyalı, “scope creep”ləriniz isə minimum olsun! 😄
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
06.11.2025
Xəbərlər
Rasim Xammədov ilə layihə idarəetməsi və ...
Dilshad İbrahimova: Bugünkü müsahibimiz PMO.az ekspertlərindən biri, layihələrin idarə olunması, maliyyə, ...
Xəbərlər
ADA Universitetinin tələbələri üçün təşkil olunan ...
Ekspertlərimizdən Zeynəbxanım Hüseynova və Firuzə Nəsibzadənin iştirakı ilə ADA Universitetinin tələbələri ...