• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

City Garden Narimanov — Azərbaycanda beynəlxalq GPM 360° modeli ilə sertifikatlaşdırılmış daha bir layihə!

Fəxrlə bildiririk ki, Kristal Bakı MTK  tərəfindən həyata keçirilən City Garden Narimanov layihəsi PMO.az-ın dəstəyi ilə Azərbaycanda dayanıqlı layihə olunması üzrə beynəlxalq GPM 360° sertifikatını alan növbəti layihə oldu!​

Kristal Bakı MTK   — yaşayış komplekslərinin inşasına ixtisaslaşmış Azərbaycanın aparıcı tikinti şirkətlərindən biridir. 2020-ci ildə əsası qoyulan şirkət ölkənin tikinti sektorunun inkişafında fəal iştirak edir.​ City Garden Narimanov layihəsi komfortu, ekoloji təhlükəsizliyi və innovativ tikinti həllərini özündə birləşdirən müasir yaşayış kompleksidir.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Layihənin qiymətləndirmə komandası:

• Darya Solovyova — lead assessor (Serbiya)​,
• Mariya Denisova — assessor (Rusiya)​,
• Rəşad İbrahimov — assessor (Azərbaycan)​,
• Asılbek Jangulov — probatory assessor (Qazaxıstan)​,
• Ariza Məmmədova — project coordinator (Azərbaycan)​,
• Oksana Klimenko — project sponsor və validation coordinator, GPM Global Executive Director​.

City Garden Narimanov layihəsi Green Project Management 360° modeli üzrə tam qiymətləndirmə prosedurundan keçərək, dayanıqlı layihə idarə edilməsi sahəsində dünyanın ən nüfuzlu standartlarından biri olan GPM P5™ Standartına uyğunluğunu təsdiqlədi.​

Beynəlxalq qiymətləndirmə çərçivəsində assessorlar komandası layihənin Azərbaycanda və bütün Cənubi Qafqazda dayanıqlı inkişaf təcrübələrinin yayılması baxımından yüksək əhəmiyyətini qeyd etdilər. Layihəyə Certified Green Project (In Progress Phase) statusu verildi.​

GPM 360° — beynəlxalq GPM Global təşkilatı tərəfindən hazırlanmış layihələrin dayanıqlılığını qiymətləndirmə modelidir. Qiymətləndirmə layihə idarə olunmasının 10 əsas sahəsi və dayanıqlılığın 5 istiqaməti (ekoloji, sosial, iqtisadi, idarəetmə və texniki) üzrə həyata keçirilir ki, bu da layihənin yalnız idarəetmə proseslərini deyil, həm də ətraf mühitə təsirini obyektiv qiymətləndirməyə imkan verir.

GPM 360° komandaların şüurlu və balanslaşdırılmış idarəetmə qurmasına, layihələrin həyata keçirilməsi zamanı mənfi təsirləri minimuma endirib müsbət nəticələri artırmasına kömək edir.

Kristal Bakı MTK -nin komandasını və layihənin bütün iştirakçılarını beynəlxalq səviyyədə layiqli tanınma münasibətilə təbrik edirik!

Daha ətraflı məlumat üçün: www.greenpm.az

14.04.2025

Təsir Hədləri: Layihə Dayanıqlılığını Gerçək Etmək

Xəbərlər

Təsir Hədləri: Layihə Dayanıqlılığını Gerçək Etmək

Layihə idarəçiliyində dayanıqlılıq sadəcə bir dəb sözü deyil—bu, bir zərurətdir. Mən ...

RAPID qərarvermə texnikası nədir (və siz ...

Xəbərlər

RAPID qərarvermə texnikası nədir (və siz ...

Qərar vermək çətindir. 14,000-dən çox insan arasında aparılan bir araşdırmaya görə, ...