Xəbərlər
“Dayanıqlılıq əlavə xərcdir” mifi — Niyə dayanıqlı layihələr daha səmərəlidir

Son ay ərzində dəfələrlə eyni sualla qarşılaşmışam:
“Dayanıqlılıq doğrudan da sərfəlidirmi?”
İnsanlar çox vaxt dayanıqlı layihələrin baha başa gəldiyini düşünür. Bu mif, dayanıqlılığın layihəyə sonradan əlavə olunmasından - başlanğıcdan düzgün inteqrasiya edilməməsindən - qaynaqlanır.
Əslində isə: Dayanıqlılıq baha deyil. Pis layihə idarəçiliyi bahadır.
Əgər dayanıqlılıq erkən mərhələdə və düzgün şəkildə tətbiq olunarsa, xərcləri azalda, səmərəliliyi artıra və riskləri azalda bilər. Layihə menecerləri bunu belə edə bilər:
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
Nə qərarlaşdırılıb, nə qalır?
Layihə sənədini aldıqda ilk olaraq nəzarət etdiyiniz sahələri müəyyən edin:
• Büdcə artıq müəyyən edilib?
• Təchizatçılarla müqavilələr bağlanıb?
• Dizayn yekunlaşıb?
Əgər yox, deməli, dayanıqlılığı mövcud məqsədlərə uyğun şəkildə inteqrasiya etmək üçün imkanınız var:
• Qənaət lazımdırsa - enerji effektiv sistemlərdən istifadə edin.
• Təchizat problemi varsa - yerli mənbələrdən faydalanın.
• Risklərə nəzarət vacibdirsə - tullantıların azaldılması və uyğunluq tədbirləri tətbiq edin.
Təchizata diqqət yetirin
Dayanıqlılıq dizayn qərarı deyil — təchizat qərarıdır.
Layihənin icrasına çatanda xərclərin 80%-i artıq təyin olunmuş olur. Ən böyük fürsət təchizat mərhələsindədir:
• Həyat dövrü üzrə xərcləri nəzərə alın: Dayanıqlı materiallar uzunmüddətli dövrdə daha az xərc tələb edir.
• Etiket yox, funksionallıq: Təchizatçıdan soruşun — bu məhsul enerjiyə, logistikaya və ya tullantıya necə təsir edir?
• Elastik müqavilələr qurun: Tədarükçülərə gələcəkdə dayanıqlılıq hədəflərinə çatmaq üçün stimullar verin.
İsrafı azaldın = Xərcləri azaldın
Dayanıqlılıq təkcə günəş panelləri və təkrar emal materialları deyil — səmərəsizlikdən qaçmaqdır:
• Material israfı: Artıq material almaq “ehtiyat üçün” görünə bilər, amma bu birbaşa pula başa gəlir. Dəqiq planlaşdırma və vaxtında təchizatla qarşısı alınır.
• Enerji israfı: Binalarda və əməliyyatlarda enerji səmərəliliyi uzunmüddətli xərcə qənaət edir.
• Logistika israfı: Daşımaların optimallaşdırılmaması əlavə xərc yaradır. Yerli təchizatçılardan istifadə edin.
• Zaman itkisi: Gecikmələr əmək haqqı və layihə müddətini artırır. Daha ağıllı planlama və iş axını bu riskləri azaldır.
İsrafın qarşısını almaq = layihə büdcəsini qorumaq. Rəhbərliyə dayanıqlılığı satmağa ehtiyac yoxdur — qənaət özünü göstərir.
“Sonradan əlavə etmə tələsinə” düşməyin
Dayanıqlılıq baha görünürsə, çox güman ki, çox gec düşünülüb.
Dizayn tamamlandıqdan, müqavilələr imzalandıqdan və büdcə ayrıldıqdan sonra dəyişikliklər etmək xərcləri artırır.
Məsələn, binanı sonradan enerji baxımından səmərəli etmək bahalıdır. Amma bu effektivlik ilkin dizaynda nəzərə alınsa, xərcləri azaldır. Bu eyni zamanda material, logistika və təchizat üçün də keçərlidir.
Dayanıqlılıq bahadırsa, problem onun özü deyil — gecikmiş qərardır.
Maliyyə faydalarını göstərin
Sponsorlar sadəcə "dayanıqlılıq üçün" investisiya etmirlər. Onlar büdcəyə, risklərə və biznes hədəflərinə baxırlar. Ona görə mesajınızı onların dili ilə çatdırın:
• “Karbon emissiyası azalacaq” yox, “Əməliyyat xərcləri 20% azalacaq” deyin.
• “Tullantı azaldılacaq” yox, “500 min dollar material qənaəti olacaq” deyin.
• “Ətraf mühitə təsir azalacaq” yox, “Uyğunluq riskləri və cərimələr azalacaq” deyin.
Dayanıqlılıq maliyyə dili ilə izah olunanda, əlavə yük yox — biznes üstünlüyü kimi görünür.
Joel Carboni, 2025
Original məqalə üçün: GPM GLOBAL
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az - a daxil olun
30.04.2025