• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

HR-də yaxşı ideyalar niyə nəticə vermir?

HR-də bir çox yaxşı fikir eyni aqibəti yaşayır. Başlanğıcda hər şey həvəslə gedir. Görüşlər olur, müzakirələr aparılır, təqdimatlar hazırlanır. Müəyyən mərhələyə qədər proses normal görünür. Sonra isə yavaş-yavaş dayanmağa başlayır. Prioritetlər dəyişir. Vaxt çatmır. Mövzu gündəlik işlərin arasında itib gedir. Bir müddət sonra da hamıya tanış olan cümlə yaranır. “Biz bunu etmişdik, işləmədi.”

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Maraqlısı odur ki, əksər hallarda problem ideyanın zəif olmasında olmur.

Performans qiymətləndirmə sistemi qurulur, amma rəhbərlər istifadə etmir. Təlim proqramı hazırlanır, amma nəticəsi ölçülmür. Adaptasiya prosesi yazılır, amma real iş mühitində tətbiq olunmur.

Əslində isə çox vaxt işləməyən ideya deyil. Yanaşmadır.
HR-də uzun müddət bir çox məsələyə əməliyyat işi kimi baxmışıq. Amma artıq vəziyyət dəyişib. Bu gün HR təkcə prosedur hazırlayan funksiya deyil. HR dəyişiklik idarə edir.

Dəyişiklik isə sadəcə yaxşı niyyətlə baş tutmur.
Məsələn yeni performans sistemi tətbiq etmək yalnız forma hazırlamaq deyil. Orada rəhbərlərin münasibəti var, əməkdaşların reaksiyası var, köhnə vərdişlər var, daxili müqavimət var.

Bəzən texniki olaraq çox yaxşı qurulan sistem sırf insanların yanaşmasına görə işləməyir.
Çünki insanlar dəyişiklikdən əvvəl onun təsirini hiss edir. Rəhbər düşünür ki, əlavə yük yaranacaq. Əməkdaş düşünür ki, nəzarət artacaq. HR isə hesab edir ki, proses artıq izah olunub və işləməlidir.

Praktikada ən çox rast gəldiyim problemlərdən biri də budur. HR sistemi hazırlayır, amma dəyişiklik ayrıca idarə olunmur. Kim nə etməlidir tam aydın olmur. Məqsəd hamıya eyni formada çatdırılmır. Risklər əvvəldən hesablanmır. Ölçmə meyarı müəyyən edilmir.

Nəticədə proses bir müddət şəxsi təşəbbüslə yaşayır. O təşəbbüs zəifləyəndə isə layihə də dayanır.

Məncə HR layihələrinin böyük hissəsi texniki səbəbdən yox, idarəetmə səbəbindən uğursuz olur. Ən vacib məqamlardan biri də budur ki, bəzi HR mövzuları artıq sadəcə proses deyil. Onlar layihədir.

Onboarding sistemini dəyişmək, performans modelini yenidən qurmaq, daxili təlim sistemini formalaşdırmaq — bunların hamısında kommunikasiya da var, risk də var, müqavimət də var, nəticə gözləntisi də var.

Yəni məsələ artıq sadəcə sənəd hazırlamaq səviyyəsindən çıxıb.

Son illərdə bir tendensiya daha açıq görünür. Şirkətlər artıq yalnız ideya verən HR yox, nəticəni idarə edə bilən HR axtarır. Çünki yaxşı fikir artıq kifayət etmir. Onu tətbiq etmək, davam etdirmək və işlək vəziyyətdə saxlamaq daha vacibdir.

HR-də ən çətin hissə də elə budur.

Dəyişiklik hazırlamaq yox, dəyişiklik yaşatmaq.

 

Vüqar Bayramov
MBA, IPMA-B, GPM-b PMO.AZ EKSPERT

21.05.2026

PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ ...

Xəbərlər

PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ ...

Keçdiyimiz günlərdə WUF13 və PMO.az'ın əməkdaşlıq çərçivəsində Xankəndi şəhərinin Qarabağ Universiteti ...

Təşkilati biliyin idarə olunması: Effektiv sənədləşmə ...

Xəbərlər

Təşkilati biliyin idarə olunması: Effektiv sənədləşmə ...

Müasir təşkilatlarda bilik ən strateji resurslardan biri hesab olunur. Komandaların uğuru ...