• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

IPMA ICB4 beynəlxalq sertifikasiya imtahanlarına hazırlıq kursları

IPMA – Layihələrin İdarə olunması üzrə Beynəlxalq Assosiasiya (International Project Management Association) 1965-ci ildə İsveçrədə yaradılmış və öz ətrafında layihə idarə olunması peşəkarlarını toplamış assosiasiyadır. IPMA özünün 4 dərəcəli (4LC) sertifikatlaşdırma sxemini qurmuşdur. Bu sertifikatlar dünyanın 80 ölkəsində tanınır və daha çox ölkələrdə Standartları keçərlidir.

ICB4® Kompetensiyaları nədir? Layihə mühitində kompetensiyalar birdən çox əsas kompetensiya indikatorlarını özündə birləşdirən 29 kompetensiya elementinə ayrılıb. 

• Perspektivli kompetensiyalar (5 element) 

• İnsan kompetensiyaları (10 element) 

• Praktiki kompetensiyalar (14 element)


ICB4® kompetensiya bilikləri üzrə beynəlxalq sertifikatlaşmanı həyata keçirir. Bu sertifikatlaşdırma 4 mərhələli və hər mərhələnin özünə uyğun tələbləri mövcuddur. 

  • IPMA A – (Certified Projects Director) - Sertifikatlaşdırılmış Layihələr Direktoru

  • IPMA B – (Certified Senior Project Manager) - Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri

  • IPMA C – (Certified Project Manager) -  Sertifikatlaşdırılmış Layihə Meneceri

  • IPMA D – (Certified Project Management Associate) - Sertifikatlaşdırılmış Layihə Mütəxəssisi

 

PMO.az Layihə Düşüncə Məktəbi yeganə akkreditasiya olunmuş şirkət olaraq sizə unikal hazırlıq kursları təqdim edir.

Hər biri uğurlu nəticə vəd edən üç tipdə təşkil olunan kurslardan sizə uyğun olanını seçə bilərsiniz

- Ənənəvi ƏYANİ təlim

- Əyani və onlayn təlimin birləşməsindən yaranan HİBRİD təlim

- Vaxtınızı istədiyiniz kimi təyin etmək üçün VİDEO KURSLAR

 

PMO.az platformasında IPMA ICB4 sertifikatlaşdırma imtahanına hazırlıq üçün seçdiyiniz təlimin növündən asılı olmayaraq bu üstünlüklərdən faydalana bilərsiniz:

- Təlimlər, təqdim olunan material, imtahan – Azərbaycan dilində!

- Tez bir müddətdə imtahana hazır olmaq fürsəti.

- İmtahana sənədlərin toplanılması və hesabatların hazırlanmasında dəstək.

- Bizim təlimi bitirənlərə imtahana giriş qiymətinə endirim əldə edəcəksiniz

 

Bu kurs kimlər üçündür?

Özünü layihə meneceri kimi görən hər bir şəxs üçün:

- Layihə idarəedilməsi istiqamətində karyera qurmaq istəyənlər. (İş təcrübəsi olmayanlar)

- Layihə meneceri kimi çalışıb artıq beynəlxalq sertifikat almaq istəyənlər

- Layihə idarəedilməsi üzrə IPMA sertifikatının dərəcəsini yüksəltmək istəyənlər

- İmtahanı Azərbaycan dilində verərək Beynəlxalq dərəcəli sertifikasiya əldə etmək istəyənlər

PMO.az Layihə Düşüncə Məktəbi proqramına Azərbaycan dilində 8 dərs (həftədə 2 dəfə), 300 səhifədən çox tədris materialı və tapşırıqlar daxildir. Dərslər məktəbin təsisçisi, IPMA B səviyyəli sertifikatlı layihə rəhbəri, AzPMA-nın asessoru, 20 ildən artıq təcrübəyə malik təcrübəli layihə meneceri Rəşad İbrahimov tərəfindən keçirilir

Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün https://pmo.az/ipma/ saytına daxil olun. Birbaşa əlaqə üçün: info@pmo.az   055 205 60 00

MERCEDES layihəsi necə yarandı?

Xəbərlər

MERCEDES layihəsi necə yarandı?

MERCEDES layihəsi necə yarandı? Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...

Layihə idarə edilməsində şəxsi ünsiyyət

Xəbərlər

Layihə idarə edilməsində şəxsi ünsiyyət

Layihə idarə edilməsində şəxsi ünsiyyət Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...