Xəbərlər
İqbal Babayev məzunlara sertifikatlarını təqdim etdi
PMO.az Layihə Düşüncə Məktəbinin növbəti 8ci qrup məzunları imtahanlarından uğurla keçərək Layihələrin idarə olunması sahəsində beyəlxalq sertifikatlara layiq görülmüşdülər.
Azərbaycan “Layihələrin İdarə Edilməsi Assosiasiyası” İctimai Birliyinin (AzPMA) və PMO.az Layihə Düşüncə Məktəbinin təşkilatçılığı təşkil olunan sertifikatları Assosiasiyanın prezidenti İqbal Babayev və icraçı direktoru Fatima Axundova tərəfindən təqdim edildi.
AzPMA prezidenti professor İqbal Babayev tədbiri açıq elan edərək çıxışında bildirdi ki, bu gün Azərbaycanda layihələrin idarə olunması sahəsində böyük işlər görülür. Sevindirici haldır ki, gənclər Layihələrin idarə olunmasına bu qədər diqqət ayırıb inkişaflarını məhs bunun üzərindən qurmuşdur. Bütün dünyada yeniliklər layihələrin düzgün idarə olunması və gənclər tərəfindən gətirildiyini vurğulayan İqbal müəllim iştrakçılara uğurlar və bilikləri davamlı şəkildə əldə edilməsi üçün tükənməz enerji arzuladı.
PMO.az Layihə Düşüncə Məktəbinin təsisçisi və direktoru kimi deyə bilərəm ki, İPMA İCB4 kompetensiyaları və onların elementlərini bilmək tək layihə rəhbərləri deyil, hər bir rəhbər və sahibkara gərək olan biliklərdi. İdarə etdiyim layihələrdə bu kompetensiyaların elemetlərinin effektiv istifadəsi, kompetensiyaları bilik, səriştə və qabiliyyət üzərindən olması və bunu bildikdə uğur qazanılması nə dərəcədə asanlığının şahidi oldum.
Bu gün biz layihələrin idarə olunmasının tədbiqini dövlət qurumlarında həyata keçiririk. Geniş təcrübəmiz və qurumun xüsusiyyətlərini nəzərə alaraq individual yanaşma ilə beynəlxalq təcrübəyə əsaslanan müəllif metodologiyalarımızı tədbiq edirik. Qürur hissi ilə bildirirəm ki, PMO.az Layihələrin idarə olunması sahəsində Azərbaycan Dövlət standartının ekspertizasını apararmış və qəbul edilməsinə nail olub. Eyni zamanda Azərbaycanda yeganə İPMA (AzPMA) akreditasiyasını almış şirkətdir. Bununla yanaşı fəaliyyətimiz İSO 9001 Beynəlxalq Keyfiyyət sertifikatına layiq görülmüşdür.
07.03.2023
Xəbərlər
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ...
27 dekabr tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşları İPMA ...
Xəbərlər
PMO.az Layihə Düşüncə Məktəbi olaraq Dövlət ...
PMO.az Layihə Düşüncə Məktəbi olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün ...