• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

“İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir

Bakı. Çingiz Səfərli - Trend:

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.

Bu barədə Trend-ə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur. Layihə çərçivəsində işlə təmin edilən gənclərin əməkhaqqılarının 50%-i Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihəyə 18-29 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsi olan, iş təcrübəsi olmayan, işsiz və işaxtaran gənclər müraciət edə bilərlər. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.

Gənclər layihəyə www.genc.az saytı və “GencAPP” mobil tətbiqi vasitəsilə müraciət edə bilərlər.

Müraciətlərin qəbulu 15 iyul tarixindən başlamaqla 1 sentyabradək davam edəcək.

Məqalədə:

23.01.2021

Gap Analizi nədir? Biznesdə real dəyişiklikləri ...

Xəbərlər

Gap Analizi nədir? Biznesdə real dəyişiklikləri ...

Hər bir biznes rəhbəri sabit və yüksək gəlir, məmnun müştərilər və ...

Yoxlama Siyahısından Kənarda: Dayanıqlı Gələcək üçün ...

Xəbərlər

Yoxlama Siyahısından Kənarda: Dayanıqlı Gələcək üçün ...

Joel Carboni dayanıqlı layihə idarə edilməsi sahəsində tanınmış mütəxəssislərdən biridir. Onun Green Project ...