Xəbərlər
PMO.az ilə əməkdaşlıq çərçivəsində İTMİM-də Məhsul və xidmətlərin inkişafı və təşviqində layihə idarəetməsi yanaşmasının təkmilləşdirilməsi” layihəsi sona çatdı.
PMO.az Layihə Düşüncə Məktəbi ilə əməkdaşlıq çərçivəsində "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində (İTMİM) “Məhsul və xidmətlərin inkişafı və təşviqində layihə idarəetməsi yanaşmasının təkmilləşdirilməsi” layihəsi sona çatdı.
Bu əməkdaşlıq çərçivəsində aparılan layihə, məhsul və xidmətlərin inkişafı və təşviqində layihə idarəetməsi yanaşmasının təkmilləşdirilməsi məqsədilə həyata keçirildi. Tərəflər, layihənin başa çatmasında yüksək nailiyyət əldə etmiş və layihənin sektor üçün inkişafına böyük bir təsir göstərməyə nail olmuşdur.
Layihənin uğurlu bir şəkildə tamamlanması, İTMİM-in daxili və xarici layihələrinin inkişafı üçün strateji bir addım olmaqla birlikdə, layihələrə cəlb edilən əməkdaşların kvalifikasiyalarının artırılması, iş prossesinin daha səmərəli və layihə menecmenti üzrə beynəlxalq standartlara əsaslanmasına ilə layihələri daha üst bir səviyyədə aparılmasına gətirib çıxardı.
Bu layihə çərçivəsində İTMİM qurumunun layiq görüldüyü ISO 9001:2015 standartı Azərbaycan Respublikasının Dövlət idearəetməsi üçün informasiya sistemlərinin yaradılması və aparılmasında lazımlı keyfiyyət təmin edə bilməsini təsdiqləyir.
QS 10006:2018 (İSO 10006:2017) standartı isə İTMİM-in daxili proseslərinin bu layihələri müasir beynəlxalq standartlar və tələblərə uyğun keyfiyyətli idarə edilməsini təsdiqləyir. Həmçinin İTMİM Azərbaycanda bu standartı alımış ilk qurum hesab edilə bilər.
-
Layihə menecmenti beynəlxalq standartlara görə formalaşdırılması
-
17 əməkdaş IPMA beynəlxalq sertifikasiya proqramına əsasən dərəcələrə layiq görüldü60+ əməkdaş layihə menecmenti üzrə təlimləri başa vurdu
-
İdarənin bütün əməkdaşları Azərbaycanın beynəlxalq dərəcəli uğurlu layihə direktorlarının master-klasslarında iştirak etdilər.
-
İTMİM ISO 9001:2015 və QS 10006:2018 (İSO 10006:2017) beynəlxalq keyfiyyət serttifikatına layiq görüldü
Bu layihə, PMO.az və İTMİM-in tərəfdaşlığı ilə İnformasiya Texnologiyaları sahəsində daha da gücləndirilmiş bir əməkdaşlığın timsalıdır. Bu nəticəni əldə etməkdə əməyi keçən bütün tərəfdaşlara və layihənin uğurlu bir şəkildə icra olunmasında əlavə dəstək göstərən hamıya təşəkkür edirik.
06.12.2023

Xəbərlər
Neytrallığın sonu: Layihə menecerləri etik aydınlıqla ...
1990-cı illərin sonlarında layihə meneceri kimi fəaliyyətə başladığımda mənə neytrallığın qızıl ...

Xəbərlər
Layihə İdarəetməsində "Liderlik Davranışlarının Təsiri"
Layihə idarəetməsi yalnız bir sıra təkrarlanan tapşırıqların yerinə yetirilməsi deyil, həm ...