Xəbərlər
Karbon saymaq yetmir: Artıq “Handprint” yaratmağın vaxtıdır
Karbon izimizi azaltmaq vacibdir, amma 2025-ci ildə biznesə baxanda daha bir həqiqət görünür: biz müsbət təsirimizi – handprintimizi – böyütməliyik.
Şirkətlərin böyük hissəsi emissiya və tullantıları ölçməyi öyrənib. Amma çox azı yaratdıqları dəyəri – layiqli iş yerlərini, təhlükəsizləşdirilmiş təchizat zəncirlərini, bərpa olunan ekosistemləri, qurulan etimadı – ölçür və bunu idarəetmənin bir parçasına çevirir.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
Handprint bir şüar deyil — idarəetmə seçimidir: zərəri azaltmaqdan kənara çıxıb insanlar, planet və rifah üçün artan dəyər yaratmaq.
Bu yanaşmanın praktik yolu P5 linzalarıdır — Product, Process, People, Planet, Prosperity. Yəni: biznes nə təklif edir, necə fəaliyyət göstərir və bunun insanlara, ekosistemlərə və iqtisadiyyata necə təsiri olur.
Bu linzalarla işləyən təşkilatlarda “impact” hesabat üçün sonradan yazılan paraqraf yox, büdcəyə, qərarlara və portfelə yön verən meyar olur.
Tənzimləmələr də eyni dəyişikliyi tələb edir
Avropanın CSRD direktivi ikiqat məzmunluluğu tələb edir:
– Biznesə təsir edən risklər
– Biznesin təsir etdiyi sahələr
CSDDD isə şirkətləri bütün dəyər zənciri üzrə riskləri müəyyənləşdirməyə və azaltmağa məcbur edir. Bu tələblər kağız üzərində deyil — layihələrdə həyata keçirilir. Hər bir zavod, sistem dəyişikliyi və ya məhsul lansmanı artıq sizin handprintinizin harada düşəcəyinə qərar verir.
Alətlər artıq hazırdır
10 ildən çoxdur ki, biz dayanıqlı layihə idarəçiliyi üçün tətbiq oluna bilən açıq, pulsuz vasitələr təqdim edirik:
-
P5 Standard – nəyi ölçmək lazım olduğunu müəyyən edir
-
P5 Impact Analysis – dəyərləndirmə mexanizmi yaradır
-
Sustainability Management Plan – niyyəti fəaliyyətə çevirir
Bu alətlər real layihə idarəçiliyi proseslərinə yerləşsin deyə hazırlanıb: governance mərhələləri, procurement, risklər və benefits realization.
“Bahalıdır” arqumenti yanlışdır
Əgər sistem bütöv şəkildə optimallaşdırılarsa, handprint yaratmaq bahalı deyil — əslində daha ucuzdur.
Bütün sistem doğru ölçüləndə:
-
OpEx azalır
-
CapEx azalır
-
Risklər azalır
-
Pul axını daha stabil olur
-
İşçi motivasiyası yüksəlir
Dar düşüncə xərci artırır, sistem düşüncəsi isə xərci azaldır.
PMO bu dəyişikliyin mərkəzidir
Handprint dövründə PMO artıq təkcə nəzarət mərkəzi deyil — dəyərin qoruyucusudur:
-
Layihələri strategiya ilə uyğunlaşdırır
-
P5 meyarlarını governance-ə daxil edir
-
Şəffaf məlumat axını yaradır
-
Qərar nöqtələrində challenge function kimi çıxış edir
Bu “scope creep” deyil — scope claritydir.
Uyğunluqdan icraya keçid
CSRD və CSDDD-ə uyğunlaşmaq üçün:
-
P5 indikatorlarını layihə qəbul prosesinə əlavə edin
-
Su, logistika, əmək hüquqları, biomüxtəliflik kimi sahələri dashboardlarda görünən edin
-
Materiality-nin həm “xarici risk”, həm də “daxili təsir” tərəfini ölçün
Portfel səviyyəsində bu, handprintinizi görünən və idarə olunan edir.
Praktik olaraq necə başlamaq olar?
-
Növbəti investisiya iclasında handprint soruşun.
-
RFP-lərdə P5 tələblərini qeyd edin.
-
Rüblük iclaslarda sosial və ekoloji göstəriciləri xərc fərqi kimi izləyin.
-
PMO-da Sustainability Management Plan və P5 Impact Analysis standart sənəd olsun.
-
“Daha az zərər” – minimum, handprint – əsas hədəf olsun.
Son dəvət
Karbon izini azaltmağa davam edin.
Amma handprintinizi böyüdün — o, təşkilatınızın ən qiymətli aktivinə çevriləcək.
İdarə heyətləri, tənzimləyicilər, müştərilər və əməkdaşlar artıq bunu tələb edir.
Artıq qalan tək şey — addım atmaq seçimidir.
Qalanı sadəcə idarəetmədir.
Joel Carboni, 2025
Original məqalə üçün: GPM GLOBAL
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun
17.11.2025