• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Komanda inkişafının 5 mərhələsindən istifadə edərək daha yaxşı lider olun

Güclü və effektiv komandalar qurmaq sadəcə insanları bir araya toplamaqla mümkün olmur. Liderlərin buraxdığı ən yayğın səhvlərdən biri odur ki, təsadüfi insanları eyni otağa toplayıb, onlara bir tapşırıq verirlər və gözləyirlər ki, hər şey yolunda getsin. Reallıq isə fərqlidir – komanda effektivliyə çatmazdan əvvəl mərhələ-mərhələ inkişaf etməlidir.

Tanınmış psixoloq Bruce Tuckman komandaların inkişafını izah edən 5 mərhələdən ibarət bir model təqdim etmişdi: Formalaşma, Qarşıdurma, Normallaşma, İcra və Dağılma. Bu model bu günə qədər liderlər üçün komanda quruculuğunda ən faydalı yanaşmalardan biri hesab olunur.

Əgər siz də yeni bir komandanın formalaşması ilə bağlı çətinliklər yaşayırsınızsa, bu məqalə sizin üçündür.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

 

Komanda inkişafının 5 əsas mərhələsi hansılardır?

Ən böyük şirkətlər belə kiçik komandalarla başlayıb: Google, Apple, Amazon… Onlar da bir vaxtlar qeyri-effektiv qərarlar verən, təcrübə etməyə çalışan, səhvlərdən dərs alan kiçik kollektivlər idilər. Komandaların inkişaf yolu da məhz bu cür başlayır.

İlk mərhələlərdə komanda üzvləri bir-birlərini tanıyır, yollarını yoxlayır, problemlərlə qarşılaşır. Liderlər bu mərhələlərdə daha çox iştiraka ehtiyac duyur: qərar verməyə kömək etməli, anlaşılmazlıqları həll etməli və prosesi yönləndirməlidirlər. Komanda yetkinləşdikcə isə lider daha çox geri çəkilə və komandanın müstəqil işləməsinə şərait yarada bilər.

Gəlin Tuckman modelinin mərhələlərini bir-bir nəzərdən keçirək və hər mərhələdə lider olaraq nələr etməli olduğunuzu anlayaq.

 

1. Formalaşma (Forming)

Bu mərhələdə komanda ilk dəfə bir araya gəlir. Üzvlər bir-birilə tanış olur, ümumi məqsədlər müəyyənləşdirilir, rollar və gözləntilər aydınlaşdırılır. Lider üçün bu mərhələ əsasən giriş və motivasiya yaratmaq mərhələsidir. Komanda üçün təhlükəsiz və açıq bir mühit formalaşdırmaq liderin əsas vəzifəsidir.

 

2. Böhran (Storming)

Komanda real fəaliyyətə başlayır və ilk tapşırıqlar üzərində işləyərkən fərqli düşüncə tərzləri və yanaşmalar üzə çıxır. Bu mərhələdə fikir ayrılıqları, münaqişələr və anlaşılmazlıqlar baş verir. Komanda üzvləri bir-birilə necə işləyəcəklərini müəyyənləşdirməyə çalışırlar.

Bu böhran mərhələsində liderin rolu xüsusilə önəmlidir – o, gərginlikləri idarə etməli, komanda üzvləri arasında qarşılıqlı hörmət və anlaşmanı təşviq etməlidir.

 

3. Normalaşma  (Norming)

Komanda artıq bir-birinə uyğunlaşmağa başlayır. Qarşıdurmalar azalmış, əməkdaşlıq və komanda ruhu formalaşmış olur. Üzvlər bir-birlərinin güclü və zəif tərəflərini qəbul edir, tapşırıqlar arasında bölüşmə baş verir.

Liderin vəzifəsi artıq rəhbərlikdən daha çox müşahidəyə keçir. Ehtiyac olduqda dəstək verməli, amma komandanın öz yolunu tapmasına imkan yaratmalıdır.

 

4. İcra (Performing)

Komanda artıq tam potensialında işləyir – hər kəs öz rolunu bilir, birlikdə məqsədlərə çatır, çevik və yaradıcı qərarlar verir. Bu mərhələdə lider daha çox strateji səviyyədə işləyir, çünki komanda artıq öz-özünü idarə edə bilir.

Lider yalnız yol göstərən və motivasiya edən roldadır. Komanda isə yüksək məhsuldarlıq, güclü əməkdaşlıq və effektiv qərarvermə ilə fəaliyyət göstərir.

 

5. Yekunlaşma (Adjourning)

Komanda artıq missiyasını tamamlayır və birgə fəaliyyət sona çatır. Bu mərhələ layihənin və ya komanda fəaliyyətinin başa çatması, komanda üzvlərinin yeni vəzifələrə keçməsi və ya komandanın tamamilə buraxılması ilə xarakterizə olunur.

Lider bu mərhələdə komandanın keçdiyi yolu təhlil etməli, öyrənilən dərsləri qeyd etməli və üzvlərə yeni mərhələlərə keçidlərində dəstək göstərməlidir. Bu, həm də təşəkkür etmə və komandanın əldə etdiyi uğurları qeyd etmə mərhələsidir.

Əgər sizdə "IPMA ICB4 Kompetensiyalar"nı öyrənmək istəyirsinizsə bu linkdən ətraflı məlumat ala bilərsiniz

Nəticə

Komandalar zamanla inkişaf edir və bu prosesdə liderin rolu dəyişir. Hər mərhələnin öz çətinlikləri və fürsətləri var. Tuckman modeli ilə tanış olan liderlər bu mərhələləri daha asan tanıya və uyğun şəkildə müdaxilə edə bilər.

Uğurlu liderlik – düzgün zamanda, düzgün şəkildə müdaxilə edə bilmək və komandanın inkişafına şərait yaratmaqdır.

11.07.2025

Product Discovery nədir?

Xəbərlər

Product Discovery nədir?

Product discovery – müştərilərin ehtiyaclarını anlamaq və onlara əlavə dəyər gətirəcək ...

Türk Hava Yolları layihəsi necə yaranıb?

Xəbərlər

Türk Hava Yolları layihəsi necə yaranıb?

Türk Hava Yolları – yalnız təyyarələr uçuran bir şirkət deyil, eyni ...