• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Komanda inkişafının mərhələləri

1. Formalaşma mərhələsi (Forming)

Bu, komandanın yaranmağa başladığı ilk mərhələdir. Üzvlər yeni tanış olur, hələ bir-birinə güvənmirlər və nələr edəcəklərini tam anlamırlar. Hər kəs bir az ehtiyatlı davranır, çünki hələ komanda daxilində qaydalar, rollar və gözləntilər müəyyən olunmayıb.

Bu mərhələdə:

Lider daha çox danışan və yönəldici rol oynayır.

Üzvlər daha çox müşahidə edir, çox az aktiv olurlar.

Komanda hələ “biz” hissini yaşamır.

Əsas ehtiyac: “təhlükəsizlik və aydınlıq” – insanlar bilmək istəyir ki, kim nə edir, lider kimdir və məqsəd nədir.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

2. Fırtına mərhələsi (Storming)

Komandada artıq ilk tanışlıq mərhələsi keçib və insanlar daha açıq davranmağa başlayıb. Amma bu, eyni zamanda fikir ayrılıqları və konfliktlərin ortaya çıxmasına səbəb olur. Hər kəs öz fikrini demək, öz rolunu müəyyənləşdirmək istəyir.

Bu mərhələdə:

Rollar və vəzifələr müzakirə olunur və bəzən mübahisəyə səbəb olur.

Bəzi üzvlər liderin qərarlarına qarşı çıxa bilər.

Komandada “mən” hissi “biz”dən önə keçə bilər.
 

Əgər bu mərhələ düzgün idarə olunmasa, komanda dağılmağa qədər gedə bilər. Liderin əsas vəzifəsi bu mübahisələri düzgün şəkildə yönəltmək, dinləmək və hər kəsi ortaq məqsəddə birləşdirməkdir.

 

3. Normallaşma mərhələsi (Norming)

Bu mərhələdə komanda artıq əvvəlki gərginlikləri aradan qaldırıb və daha stabil bir əməkdaşlıq mühiti yaranır. Üzvlər bir-birinə güvənməyə başlayır, ortaq məqsədləri qəbul edir və rollar artıq aydınlaşıb.

Bu mərhələdə:

Əməkdaşlıq artır, insanlar bir-birinə yardım etməyə başlayır.

Komanda daxilində daxili qaydalar və normalar formalaşır.

Lider daha az müdaxilə edir, çünki komanda özü idarə olunmağa başlayır.
 

Əsas ehtiyac: “hörmət və birlik”. Artıq komanda bir orqanizm kimi hərəkət edir və hədəfə doğru birgə irəliləyir.

 

4. Performans mərhələsi (Performing)

Komanda artıq tam formalaşıb və yüksək effektivliklə işləyir. Hər kəs öz rolunu tam bilir, məsuliyyət daşıyır və müstəqil qərarlar verə bilir. Bu mərhələ uğurlu komandaların hədəflərinə çatdığı mərhələdir.

Bu mərhələdə:

Komanda öz-özünü idarə edə bilir.

Yaradıcılıq və məhsuldarlıq yüksək olur.

Lider yalnız dəstək və istiqamətləndirmə funksiyasını yerinə yetirir.
 

Əsas ehtiyac: “etimad və müstəqillik”. Komanda artıq effektiv işləyir, çünki üzvlər bir-birinə güvənir və ortaq məqsəd üçün çalışırlar.

Əgər sizdə “Layihələrin idarə edilməsi”ni öyrənmək istəyirsinizsə bu linkdən ətraflı məlumat ala bilərsiniz 

26.08.2025

Beynəlxalq inkişafda dayanıqlılıq: Niyə P5 standartı ...

Xəbərlər

Beynəlxalq inkişafda dayanıqlılıq: Niyə P5 standartı ...

İnkişaf layihələri sadəcə plan sənədləri deyil — onlar verilmiş vədlərdir. Bu ...

Məhsulunu Kim, Nə Zaman və Niyə ...

Xəbərlər

Məhsulunu Kim, Nə Zaman və Niyə ...

Məhsul meneceri kimi istifadəçilərin davranışlarını sadəcə ümumi göstəricilərlə izləmək bəzən sizi ...