• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Kristal Abşeron-un City Garden Layihəsi GPM360 Sertifikasiyasının İlkin Qiymətləndirmə Mərhələsini Uğurla Tamamladı

Kristal Abşeron MMC-nin City Garden layihəsi beynəlxalq dayanıqlılıq meyarlarına uyğunluğunu təsdiqləmək üçün Green Project Management (GPM) Global tərəfindən təqdim edilən GPM360 sertifikasiyası çərçivəsində ilkin qiymətləndirmə mərhələsini uğurla keçdi. Layihə komandası sosial, ekoloji və iqtisadi sahələrdə yüksək nəticələr nümayiş etdirərək əsas qiymətləndirmə mərhələsinə keçid haqqı qazandı.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

GPM360 sertifikasiyası layihənin idarəedilməsində dayanıqlılıq prinsiplərinin tətbiqini təsdiqləyən beynəlxalq standartdır. P5 modeli (Məhsul, Proses, İnsanlar, Planet və Rifah) əsasında aparılan qiymətləndirmə layihənin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunu ölçür. Sertifikasiya prosesi müstəqil ekspertlər tərəfindən həyata keçirilir və uğur qazanan layihələr qlobal səviyyədə tanınır.

City Garden layihəsi ilkin qiymətləndirmə zamanı əməkdaşlara və insan hüquqlarının qorunmasına yönəlmiş effektiv siyasətlər, ekoloji cəhətdən təhlükəsiz materiallardan istifadə və ətraf mühitin yaxşılaşdırılması sahəsində müsbət təsiri ilə seçildi. Layihənin iqtisadi göstəriciləri də yüksək qiymətləndirildi və onun uzunmüddətli dayanıqlılıq prinsiplərinə uyğun olduğu təsdiq edildi.

PMO.az, Green Project Management Global-ın Azərbaycandakı rəsmi tərəfdaşı olaraq, ölkədə dayanıqlı layihə idarəetməsinin inkişafına töhfə verməyə davam edir. PMO.az artıq iki GPM360 sertifikasiyası layihəsinə rəhbərlik edib: PMD Projects-in Hilton Garden Inn Baku layihəsi uğurla sertifikatlaşdırılıb, Kristal Abşeron MMC-nin City Garden Narimanov layihəsi isə hazırda əsas qiymətləndirmə mərhələsindədir.

Bu sertifikasiya layihənin yerli və beynəlxalq bazarlarda tanınmasını artırmaq, investor və maraqlı tərəflərin etimadını gücləndirmək və dayanıqlılıq sahəsində qlobal standartlara uyğunluğu təsdiqləmək üçün mühüm vasitədir.

Daha ətraflı məlumat üçün: www.greenpm.az

14.02.2025

Layihələrin Təxmin Edilməsi Üçün Ən Son ...

Xəbərlər

Layihələrin Təxmin Edilməsi Üçün Ən Son ...

Hər kəs “qısa” bir tapşırığın bütün günü tələb etdiyi bir hal ...

Süni İntellekt Agile-in Sonu Olacaqmı?

Xəbərlər

Süni İntellekt Agile-in Sonu Olacaqmı?

Bu yazı mənim üçün bəzi çətinliklər yarada bilər... Ancaq yanlış başa ...