• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Layihə Jurnalı - İş dəftəri

Layihə Jurnalı - İş dəftəri

Rusiya Federasiyasının ən tanınmış Layihə rəhbəri Vadim Boqdanov və mən, PMO.az Layihə Düşüncə Məktəbi yaradıcısı Rəşad İbrahimov birgə sizə hazırki Layihə Jurnalını qürur hissi ilə təqdim edirik. Azərbaycanda ilk dəfə bu formatda olan həm gənc, həm də peşəkar layihə menecerlərinin faydalana biləcəyi iş dəftərindən istifadə etdiyinizə görə minnətdarlığımızı bildiririk. Şəxsi istifadəniz üçün tərtib edilmiş bu jurnalın elemetləri bir neçə il ərzində həm Azərbaycanda həm də digər ölkələrdə “Layihə meneceri 2.0” təlimlərində istifadə edilmişdir. Bu təlimlərdə jurnaldan minlərlə insan istifadə etmişdir və hazırda Azərbaycan gənclərinin istifadəsinə təqdim edirik. Ümid edirik ki, əməyimizin nəticəsi Sizə layihələrinizdə yardımçı olacaq. Jurnaldan istifadə qaydası Azərbaycan və Rus dillərində oxucuya təqdim edilir.

Yeri gəlmişkən bu mövzüya dair qısa video layihə düşüncə YouTube kanalımızda baxa bilərsiniz 

https://youtu.be/lzyW_Wzcmo8

Layihə jurnalını masaüstü alətiniz olaraq layihə üzərində işlədikcə istifadə edin. Jurnal layihənizin gedişatı boyu atacağınız addımlar üzrə bütün işləri əhatə edir. Hər addım üçün köməkçilər və Sizə işinizdə yardımçı olacaq videolar, şablonlar, nümunələr və s. kimi materiallara linklər yerləşdirilib.
Həmin materiallara jurnalda yer alan QR-kodlar vasitəsilə daxil olmaq olar. Hər layihə üçün ayrıca jurnal doldurulmalıdır. Bu səbəbdən jurnalı internetdən yükləyib yeni layihə üçün çap edə bilərsiniz. Biz jurnalı və daxil olan materialları tez-tez yeniləyirik - ən son versiya QR-kodla açılan linkdə yerləşdirilir.

Rəşad İbrahimov MBA, İPMA-B, CPS, PMO-CP 

PMO - Layihə Düşüncə Məktəbi 

24.04.2022

İlk GPM təlimimiz sona çatdı.

Xəbərlər

İlk GPM təlimimiz sona çatdı.

İlk GPM təlimimiz sona çatdı. Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Xəbərlər

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...