• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Layihə təcrübəsi Nailə Mirzəbəyovadan - Elektron Sənəd Dövriyyəsi

Müsabiqənin video yazısını dinləmək üçün keçid alın

Expressbankın uzun illər ərzində uğurlu fəaliyyətinin sirri nədir?

Düşünürük ki, bank olaraq əldə etdiyimiz uğurumuz qarşımıza qoyduğumuz strateji hədəfləri düzgün prioritetləşdirməyimizlə şərtləndirilir:

  • olduqca geniş çeşid xidmətləri ən rahat üsullarla təqdim etmək

  • maliyyə və bank xidmətlərinin əlçatanlığını təmin etmək

  • müştəri üçün yaxın tərəfdaş və daimi məsləhətçi olmağı özümüzə strateji hədəf və missiyamız olaraq müəyyən etmişik.  

Müştəri məmnunluğuna hədəflənən bu yolda “Expressbank” hər zaman öz ideallarına sadiq qalıb və bununla da böyük sayda insanın etimadını qazanmağa müvəffəq olub. Bunun üçün isə ən qabaqcıl təcrübə və daim ən son yenilikləri tətbiq edirik.

Sənəd mübadiləsinin avtomatlaşdırılmasına olan tələbat nə ilə əlaqəli idi?

Bankda sənəd dövriyyəsi bir tərəfdən proses olaraq olduqca çoxşaxəlidir, digər tərəfdən sənədlərin özü də mürəkkəb təsnifata və böyük həcmə malikdir. Bu prosesin optimal və səmərəli təşkili yeni həllərin tətbiqini labüd etmişdir.  Burada əsas məqsəd bütün proses iştirakçılarının maraqlarının təmin olunması idi. İstər icra, istər nəzarət baxımından, istərsə də sadəcə müşahidə məqsədləri üçün yararlı və çevik sistemin tətbiq olunması bir tələb idi. Bu gün SED (Sənədlərin Elektron Dövriyyəsi sistemi) sənədlərin düzgün təsnifləşdirildiyi və rahat idarə olunduğu bir platformadır.    

Azərbaycanda WSS Docs istifadə edən ilk şirkət olmaq necə idi?

Yeni bir sistemin tətbiqi hər zaman məsuliyyətli və riskli bir addımdır. Bu məsələdə rəhbərliyin iradəsi və komandanın dəstəyi vacibdir. Hər ikisi var idi. Komandamız əsas tələblərimizi əks etdirən təfsilatlı texniki tapşırıq hazırlamışdır. Həmin dövrdə yerli bazarda tələblərimizə tam uyğun bir həll tapmaq çətin idi, buna görə diqqətimizi beynəlxalq təcrübəyə yönəltdik. Sistemlə tanış olduqdan sonra WSS Docs funksionallığının tələblərimizi tam əhatə etdiyi bəlli oldu. Sistem sadəliyi və rahatlığı ilə bizi cəlb etdi. Seçimimizdə yanılmadığımız üçün sevinirik.

 

WSS Docs hansı prosesləri avtomatlaşdırdı?

SED artıq bankdaxili biznes proseslərin ayrılmaz tərkib hissəsidir. Bankımızda bu platformadan istifadə etməyən işçimiz demək olar ki, yoxdur. İcazə, məzuniyyət ərizələrindən tutmuş, daxili təqdimatlar, müqavilə və ödəniş sənədləri, bankdaxili normativ sənədlərin razılaşdırılması, Banka daxil olan və Bankdan çıxan korrespondensiyanın uçotu kimi proseslər bu gün SED-in əhatə dairəsinə daxildir.

 

İstismar dövrü ərzində bank hansı yeniliklər tədbiq etdi?

SED ilk istismara verildiyi tarixdən bu günə böyük təkamül yolu keçib. Həm vizual görünüş baxımından, həm texniki struktur baxımından bir çox dəyişikliklər aparılmışdır. Məsələn interfeys bütövlükdə bankın korporativ üslübuna uyğunlaşdırılmış, müxtəlif vizual indikatorlar tətbiq olunmuşdur.

Texniki strukturdan danışırıqsa, ilk əvvəllər sistemdə mövcud olmayan və yalnız istismar prosesində tətbiqi zəruri olan yeni-yeni modullar işlənib hazırlanmışdır. Bankın özünün daxili biznes prosesləri dəyişdikcə, təkamülə uğradıqca təbii olaraq buna uyğun SED-də də müvafiq optimallaşdırma işləri aparılmış və hələ də aparılmaqdadır.

DO-İT komandasının fəaliyyətini necə qiymətləndirirsiniz?

Bütün bunlar Do İ.T. komandasının daimi texniki dəstəyi sayəsində mümkün olmuşdur.

Bu komandanın mütəxəssislərində təqdir etdiyimiz əsas və çox önəmli cəhətlərdən biri odur ki, sifariş olunan biznes prosesin və ya hər hansı sorğunun operativ və keyfiyyətli realizasiyası ilə yanaşı, biznes məntiqinin düzgün qurulmasında konstruktiv təkliflər irəli sürmələri və sifarişçi üçün ən münasib həll yolunun seçilməsini prioritetdə saxlamalarıdır. Bu da komandanı etibarlı tərəfdaş kimi xarakterizə edir.

Digər həmkarlarınıza nə məsləhət görərsiniz?

Həmkarlarıma bildirmək istərdim ki, rəqəmsallaşmanın bütün fəaliyyət sahələrinə sirayət etdiyi bir şəraitdə resurs və vaxtın səmərəli idarə olunması üçün vahid platformanın mövcud olması geniş imkanlar və böyük üstünlüklər yaradır. Əldə etdiyimiz çoxsaylı üstünlüklərdən aşağıdakıları misal gətirə bilərəm:

  • Sənədlərin vaxtlıvaxtında adresata çatdırılmasına imkan verir;

  • Sənəd dövriyyəsi ilə bağlı mühüm proseslərin sistemləşdirilməsini mümkün edir;

  • Nəzarət və təfsilatlı hesabatlıq alətidir;

  • Sənədlərin razılaşdırılması prosesini avtomatlaşdırır;

  • Məlumatları vahid bazada birləşdirir, konsolidə edir;

  • Hər hansı yubanmanın, problemin (baş verərsə) zamanında diaqnostikasına imkan verir;

  • Sənədlərə nəzarət və icra prosedurlarını asan və daha rahat edir. Gecikmələr barədə xəbərdar edir;

  • Lazım olan məlumatları daha tez toplamağa imkan yaradır;

  • Böyük həcmli korrespondensiyanı vahid pəncərədə idarə etməyə imkan verir;

  • Və ən əsası sənədlərin hərəkət marşrutunu əhəmiyyətli dərəcədə qısaldır.

Qeyd etmək istərdim ki, bu üstünlüklər bir çox biznes proseslərin daha effektiv qurulmasında bizə yardımçı olmuşdur.

 

07.06.2021

İlk GPM təlimimiz sona çatdı.

Xəbərlər

İlk GPM təlimimiz sona çatdı.

İlk GPM təlimimiz sona çatdı. Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Xəbərlər

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...