• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

“Layihələrin idarə edilməsi” adlı dərs vəsaiti işıq üzü görüb

“Layihələrin idarə edilməsi” adlı dərs vəsaiti işıq üzü görüb

Bizi Telegramdan izləyin

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmləri doktoru, professor İqbal Babayevin müəllifi olduğu “Layihələrin idarə edilməsi” adlı dərs vəsaiti çap olunub.

Kitabda layihələrin idarə olunması prinsipləri, təriflər və anlayışlar, metodlar və struktur modellər, innovasiya və kreativ texnologiyalar, Layihələrin İdarə edilməsi Beynəlxalq Assosiasiyasının yaratdığı Beynəlxalq Kompetensiyanın Əsasları və layihələrin idarə edilməsi üzrə ISO-21500 standartları öz əksini tapıb. Eyni zamanda, layihələrin idarə edilməsində genetik model anlayışı və təşkilatların inkişaf proqramlarının genetik modellər əsasında idarə edilməsi nəzəriyyəsi, layihələrin idarə edilməsində insan faktorları, layihə ofisinin yaradılması, habelə layihə komandasının formalaşdırılmasında xüsusi tələblər göstərilib.

Kitab layihələrin idarə edilməsi sahəsində işləyən mütəxəssislər, layihə menecerləri, layihə rəhbərləri, layihə ofisinin işçiləri, müəllimlər, aspirantlar, magistr pilləsinin tələbələri, elmi işçilər və layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırma proqramlarının dinləyiciləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, professor İqbal Babayev layihələrin idarə olunması sahəsində  7 monoqrafiya, 13 dərslik, 100-dən çox elmi-metodiki işin müəllifidir.

Mənbə

30.04.2021

Dayanıqlı layihə idarəçiliyində əskik qol: 80/20 ...

Xəbərlər

Dayanıqlı layihə idarəçiliyində əskik qol: 80/20 ...

“Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə təsirin toplandığı nöqtəyə ...

Layihə planınız bir yalandır. Onun yerinə ...

Xəbərlər

Layihə planınız bir yalandır. Onun yerinə ...

Açıq danışaq: layihə planı bir yalandır. Parlaq Gantt cədvəli, dəqiq asılılıqlar, ...